Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Collision Course
Collison Course - Linkin Parkın Jay-Z ilə birlikdə hazırladığı remiks albomudur. Dünya üzrə 5 milyon satılmışdır. Bu albom sayəsində Linkin Park ilə Jay-Z Qremmi mükafatı almışdırlar. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park and Jay-Z tərəfindən yazılmış və bəstələnmişdir.
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Rouge
Rouge, San-Paulu, Braziliya pop qrupudur. 2002 - 2006, 2017 - 2019 də fasiləsiz işləmişdir.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. == Həyatı == Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.
CERGE-EI
CERGE-EI (Center for Economic Research and Graduate Education – Economics Institute) Nyu-York Dövlət İdarə Heyətinin imtiyazıyla Amerikan üslublu İqtisadiyyat üzrə Master və Doktorantura, həmçinin Tətbiqi İqtisadiyyat üzrə Master (MAE) proqramları və Mərkəzi Avropa Elmləri üzrə bakalavr tələbə proqramı təchiz edən akademik institutdur. CERGE-EI həmçinin nəzəri və tətbiqi siyasi iqtisadiyyat üzrə tədqiqatlar da həyata keçirir. CERGE-EI Çarlz Universitetinin İqtisadi Tədqiqatlar və Aspirantura Təhsili üzrə Mərkəzinin və Çex Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlmişdir. Mərkəz 1991-ci ildə Jan Švejnar və Jozef Zieleniec tərəfindən post-kommunist ölkələrindən yeni nəsil iqtisadiyyatçıların yetişdirilməsi məqsədi ilə yaradılmışdır. Hal-hazırda CERGE-EI-yə təhsil üçün Mərkəzi və Şərqi Avropadan, Rusiyadan və keçmiş Sovet respubliklarından, Mərkəzi Asiya və digər ölkələrdən tələbələr gəlirlər. = CERGE-EI-nin akademik icması = İnstitutun tələbə icması dünyanın 30 ölkəsindən, əsasən də Mərkəzi və Şərqi Avropa və post-Sovet ölkələrindən gələn təxminən 120 tələbədən ibarətdir. CERGE-EI nin daimi müəllim heyətini müxtəlif ölkələrdən olan 19 alim təşkil edir. Əsas heyət üzvləri iqtisadiyyat üzrə PhD dərəcəsini tanınmış ABŞ və Qərbi Avropa universitetlərində almışlar. Yeni müəllim heyətinin üzvləri akademik iqtisadiyyatçıların beynəlxalq bazarı vasitəsilə cəlb edilir. İnstitutun iş dili İngilis dilidir.
Corce Corceksu
Corce Corceksu (12 sentyabr 1887 – 1 sentyabr 1964, Buxarest) — rumın dirijoru, violonçelçalan. == Həyatı == Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir. == Fəaliyyəti == 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], Parisin 8-ci rayonu[d], Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Kongeriket Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Rixard Zorge
Rixard Zorge (alm. Richard Sorge‎; rus. Ри́хард Зо́рге; 4 oktyabr 1895[…], Bakı – 7 noyabr 1944[…], Suqamo[d], Tokio) — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir. Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir. Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur.
Yorge Qambra
Yorge Qambra (14 iyul 1963) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Yorge Qambra Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Yorge Qambra Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Zorge parkı
Zorge parkı – Bakı şəhərinin Nəsimi rayonunda yerləşən park. Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin adını daşıyır. Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir. Sahəsi 2,39 hektardır. 2012-ci ildə təmir olunub. == Haqqında == Bakının çox geniş ərazidə yerləşən köhnə parkı olan Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.1981-ci ildə parkda kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltaraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub. Onun diqqətli baxışları sanki ətrafdakıları müşahidə edir.
F. P. Journe
F. P. Journe — İsveçrə premium saat istehsalçısı. == Tarixi == Montres Journe SA kimi rəsmi qeydiyyatdan keçmiş F. P. Journe 1999-cu ildə Fransua-Paul Journe tərəfindən əsası qoyulmuş yüksək səviyyəli İsveçrə saat istehsalçısıdır. Fondation du Grand Prix d'Horlogerie de Genève Aiguille d'Or mükafatının yeganə üçqat qalibi. Journe, ildə 800-ə yaxın saat istehsal edən, mürəkkəb dəqiqlikli saatlar üzrə ixtisaslaşmışdır. Şirkətin 20%-i 2018-ci ildə açıqlanmayan məbləğə Chanel tərəfindən alınıb.
Corce Eduardo Rayt
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Ocotea jorge-escobarii
[[Kateqoriya:]] Ocotea jorge-escobarii (lat. Ocotea jorge-escobarii) – dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Intel Core
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır. Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir. Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək. == Ümumi baxış == Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb.
Çöhrəq (Sərab)
Çöhrəq (fars. چهرق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ürgə
Ürgə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Xəzər dənizin sahilində yerləşən kənd əsasən qumsal torpaqlardan ibarətdir. Lənkəran şəhərindən 8 kilometr məsafədə yerləşir. Göyşaban, Veravul Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir. == Əhalisi == Əhalisi 2500 nəfərdir. Əhali əsasən XX əsrin 60-cı illərində Marso sovxozu yaradılarkən Lerik və Yardımlı rayonunun kəndlərindən köçüb gələnlərdir. Eyni zamanda əhalinin köçü bu gün də davam edir. == Din == Kənddə Ürgə kənd məscidi dini icması fəaliyyət göstərir.
Moulin Rouge! (film, 2001)
Moulin Rouge! — 2001-ci ildə istehsal edilmiş, musiqili, romantik film. Filmin rejissoru, orodüsseri və ssenari müəllifi Baz Luhrmanndır. Qırmızı Pərdə prinsipi əsasında hazrlanmış filmdə Orfey əfsənəsi və Cüzeppe Verdinin "La Traviata" operasının motivlərindən istifadə edilmişdir. Filmdə gənc ingilis yazıçı – şairi olan Kristianın, ölümcül xəstə olan,Mulen Ruj gecə klubunun ulduzu, kabare aktrisa və kurtizan Satinə qarşı olan məhəbbətindən bəhs edilir. Hadisələr, incəsənət adamlarının yaşadığı ərazi kimi tanınan, Parisin Montmartre məhəlləsində cərəyan edir. Film səkkiz Oskar mükafatına namizəd göstərilmiş: Ən yaxşı bədii rejissor və Ən yaxşı paltar dizaynı nomanasiyalarında qalib gəlmişdir. Bu film iyirmi iki il ərzində Ən yaxşı şəkil nominasiyasında namizədliyi irəli sürülən ilk musicl idi. Film Avstraliyanın Sidney şəhərində, Fox Studiyasında çəkilmişdir. == Süjet == Filmdə hadisələr, 1900-cü ildə Paris şəhərində cərəyan edir.
Boransız-Cülgə
Boransız-Cülgə - Azərbaycan Respublikasında Qobustan rayonu ərazisində palçıq vulkanı. Boyanata dağından şərqdə yerləşir. Sopka və qrifonlarının paylaşmasına görə beş məntəqədə qruplaşır. Sopka breksiyası əsasən gil və az miqdarda mergel, qumdaşı, əhəngdaşı və dolomitlərdən ibarətdir. Sopkalar Qovundağ və Maykop dəstələrinin suxurları üzərində yerləşir, Boransız-Cülgə antiklinal qırışığına uyğun gəlir. Vulkan qırışıqdakı pozulmalarla əlaqədardır. Sopka və qrifonlardan qaz,, bulanıq su, palçıq və neft çıxır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013. səh.299.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Loya cirgə
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
İntel core i ailəsi
Kani Gürgə (Bükan)
Kani Gürgə (fars. كاني گرگه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (20 ailə).
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. == Mahnılar == Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Pentium Dual-Core mikroprosessorlarının siyahısı və sonrakılar
Bu siyahıda İntel şirkətinin mikroprosessorlarının siyahısı təqdim olunub, Pentium Dual-Core adıyla buraxılanlar və ondan sonrakılar. Hal-hazırda İntel Pentium Dual-Core markasında imtina edib və həmçinin prosessorlar Dual-Core yazısıyla istehsal olunur, ark.intel.com saytıda isə sadəcə olaraq Pentium adlandırılır. Bu siyahıda nə vaxtsa Dual-Core adlandırılmış prosessorlar Pentium Dual-Core göstərilib, başqaları isə sadəcə Pentium. == Stolüstü prosessorlar == === Mikroarxitektura Core === ==== İki nüvəli stolüstü prosessorlar ==== ===== "Allendale", "Conroe" (65 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation) ===== "Wolfdale-3M" (45 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation). E5400 E5300 prosessorlar nişanlanmasından asılı olaraq Intel Virtualization Technology (VT-x) dəstəkləyir. İstənilən E5500 prosessoru Vt-x dəstəkləyir.Əvvəlki E6xx seriyası Conroe seriyasına aiddir, daha aşağı tezlikləri ilə fərqlənirdi və Core Duo 2 kimi adlandırılırdı. E6xxx seriyası 2009-ci ilin mayında yarandı və Е6300 - 2,8 GHs prosessoru təqdim olundu. 2009-ci ilin avqust ayında E6500 - 2.93 Ghs onun yanına artdı.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.