nouvel

adj bax nouveau

nouveau
nouvelle
OBASTAN VİKİ
Bulletin de Nouvelles
Bulletin de Nouvelles (azərb. Xəbər Bülteni‎) - Osmanlı imperiyasında çap olunmuş ilk qəzet. Qəzet imperiyanın paytaxtı İstanbul şəhərində, fransız dilində 15 gündən bir olmaqla çap edilmişdir. Bulletin de Nouvelles Osmanlı imperiyası ərazisində çap olunan ilk qəzet olaraq qəbul olunur. == Məlumat == XVIII-XIX əsrlər ərzində fransız dili Qərbi Avropanın əsas ünsiyyət dillərindən biri hesab olunurdu. Fransanın XVI əsrdən etibarən Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazilərlə ciddi ticarət əlaqələri mövcud olmuşdur. Bu səbəbdən fransız dili həmin dövrlərdə mətbuatın əsas beynəlxalq dili hesab olunurdu və Osmanlı imperiyasında bu dildəki mətbuat nümunələrini təkcə fransızlar yox, eyni zamanda yəhudi, erməni və yunan əsilli şəxslər də nəşr və çap etdirmişdir. 1839-1922-ci illər arasında Osmanlı imperiyasında fransız dilində 400 dən çox jurnal və qəzet çap olunmuşdur. Bu qəzetlərin bir çoxu İstanbulda yerləşən fransız təmayüllü orta məktəblərin dəstəyi və Fransa Səfirliyinin maddi yardımı ilə çap olunurdu. Müasir Türkiyə ərazisində ilk qəzet 1795-ci ilin avqust ayında nəşr olunmuşdur.
Nouvelle Vague
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır. Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar. Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.