Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vicia cracca
Vicia cracca (lat. Vicia cracca) — paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
ASAP Rocky
ASAP Rocky (Əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem[d], Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. A$AP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
Tracy Ashton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Crazy For You
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Track Top-40
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Crazy (Franka Bateliç mahnısı)
Crazy (azərb. Dəli‎) — Xorvatiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Franka Bateliç "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi xorvatiyalı bəstəkar Branimir Mihalyeviçə, sözləri isə ifaçı Franka Bateliçə aiddir.
How Crazy Your Love
How Crazy Your Love — Yui albomu.
Club Tracks EP (volume 1)
Club Tracks EP xorvatiyalı musiqiçi Dj Sineddin üçücü albomudur. == Albom haqqında == Alboma Dj Sinedd tərəfindən əvvəllər yazılmış mahnılarla yanaşı yeni mahnılar da yer alıb. Albomun bütün mahnılarının müəllif hüququ Dj Sinedd-ə məxsusdur. Dj Sinedd blogunda bildirmişdi ki, albomun relizi 1 aprel tarixində olacaq, lakin daha sonradan o reliz tarixini 15 maya keçirdi. Albomun relizi ilə bağlı heç bir tədbir planlaşdırılmamışdı. Albom Xorvatiyanin rəqs albomlari arasinda 6-cı, Azərbaycanda isə 3-cü pilləyə qədər qalxdi. Bu günə qədər albom 11.000 nüsxə ilə satılıb.
Cucumis melo var. gem-rocky
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Shine On You Crazy Diamond
Shine On You Crazy Diamond (azərb. Parla, divanə brilyant‎) — ingilis proqressiv rok qrupu Pink Floydun 1975-ci ildə buraxılmış Wish You Were Here konseptual studiya albomundakı 9 hissədən ibarət olan mahnı. Mahnının musiqisi Riçard Rayt, Devid Gilmor və Rocer Uoters tərəfindən bəstələnmiş, sözləri isə Rocer Uoters tərəfindən yazılmışdır. 2011-ci ildə "Shine On You Crazy Diamond" PopMatters saytının versiyasına görə "proqressiv rok janrında bütün dövrlərin ən yaxşı 25 mahnısı" siyahısında ikinci yeri tutdu.. Shine On You, Crazy Diamond Pink Floydun qurucu üzvü olmuş, daha sonra isə qrupdan xaric edilmiş Sid Barretə ithaf edilib. Barrett 1968-ci ildə narkotik istifadəsi və bununla qismən əlaqəli olan psixi sağlamlıq problemləri səbəbi ilə qrupdan xaric edilib. Onu əvvəlcə ikinci gitaraçı kimi gətirilən və Barrettin keçmiş məktəb yoldaşı olan Devid Gilmorəvəz edib. Digər qrup üzvləri Barretti qrupdan çıxarmaqda özlərini günahkar hesab etsələr də, Barrettin yaradıcılığına heyran qaldıqları və onun zehni problemlərindən narahat olduqları üçün bunu zəruri olduğunu düşünürdülər. Əsər ilk dəfə olaraq 1974-cü il Fransa turunda ifa edilib və 1975-ci ildə “Wish You Were Here” albomu ilə birlikdə işıq üzü görüb.
The Bugs Bunny Crazy Castle 2
Yaponiyada ミッキーマウスII ( Mickey Mouse II ) və Avropada Mickey Mouse və ya Hugo kimi tanınan Bugs Bunny Crazy Castle 2, ilk olaraq 1991-ci ildə Game Boy üçün Kemco tərəfindən hazırlanmış videooyundur.