Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cape Canaveral
Kanaveral burnu - Florida, ABŞ-də yerləşən Atlantik okeanı sahilindəki uzun və ensiz bir ərazidir. Bura kosmik çimərlik kimi də tanınır və Kennedi Kosmik Mərkəzinin bir hissəsidir. Bu hissələrin hər hansı birindən bir çox ABŞ kosmik gəmiləri buraxılır. ABŞ-nin bütün pilotlu kosmik uçuş proqramları da Canaveral burnundan həyata keçirilən buraxılışlarla reallaşır. “Canaveral” (İspan dilində: Cañaveral) adı ispaniyalı səyyahlar tərəfindən verilmişdir və canebrake, yəni bambuk və ya qamış kolu deməkdir. “Cape of Canes”, yəni qamış burnu kimi də tərcümə edilə bilər.
Cape Canaveral, Florida
Keip Kanaveral, ABŞ-nin Florida ştatında yerləşən, Brevard qraflığının tərkibində yerləşən şəhərdir. 2010-cu il əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 9.912 nəfərdir.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi.Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. == Məzmun == Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır. Kukla-adamda artıq nir neçə şəxsiyyət pozqunluğu yaranır və Volt-Boy kuklasının onunla danışdığını fərz edir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Craşen
Craşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Trapez
Trapez — dənizçinin qayığı tarazlaşdırmaq üçün etdiyi bədənin çölə doğru uzanma hərəkəti. Dənizçi ayaqlarını trapez qayışlarına bağlayır, sükanı tutan şəxs əsas yelkənin şkotunu, kliverçi də kliverin şkotunu dartaraq qayığın kənarına doğru sallandırır. Külək sörfündə də istifadə edilən trapez, beli tutan qancanın çəngəl bumbanın üzərindəki trapez iplərinə asılması yolu ilə yelkəndəki qüvvəni tarazlaşdırmağa yarayar. Sərt hava şəraitində sörf taxtasının arxasındakı ayaq dayaqlarından alınan dəstəklə birlikdə istifadə edilir.
MRAP
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Antye Traue
Antye Traue (alm. Antje Traue‎; 18 yanvar 1981) — alman aktrisa. == Həyatı == Traue keçmiş Qərbi Almaniyanın (ADR) Saksoniya vilayətinin Mitvayda şəhərində anadan olmuşdur. Anası rəqqas və müğənni idi. Traue rus dilində danışaraq böyümüşdür. İngilis və alman dilində axıcı danışır.
Apostates rapae
Apostates rapae (lat. Apostates rapae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin apostates cinsinə aid bitki növü.
Brave (brauzer)
Brave — Chromium brauzeri koduna əsaslanan Brave şirkəti tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli veb brauzerdir. Bir çox digər brauzerlər də Chromium koduna əsaslanır,Microsoft Edge və Opera bunlardan bir neçəsidir. Reklamları və veb sayt izləyicilərini bloklamağı ilə fərqlənir. 2019-cu ildən etibarən Brave Windows, macOS, Linux, Android və iOS üçün buraxılıb. Hazırkı versiyada partnyoru DuckDuckGo da daxil olmaqla bir qayda olaraq beş axtarış motoru mövcuddur.
Chase Atlantic
Chase Atlantic (bəzən CHASE ATLANTIC kimi stilizə olunur) — Avstraliyada 2014-cü ildə qurulmuş R&B qrupu və prodüser üçlüsü. Qrup üzvləri Kristian Antoni, Klinyon Keyv və Mitçel Keyvdir. Chase Atlantic yeddi mini albom və üç studiya albomu buraxdı.
Chase Elliott
William Clyde Elliott II və ya Chase Elliott (28 noyabr 1995, Dousonvill[d], Corciya) — Amerikalı bir avtomobil yarışçısıdır. Hal-hazırda NAPA Auto Parts-ın sponsor olduğu 9 nömrəli Chevrolet Camaro ZL1 1LE avtomobilində Hendrick Motorsports komandası ilə NASCAR Kuboku Seriyasında yarışır. == Həyatı == Elliott keçmiş NASCAR yarışçısı Bill Elliottun yeganə oğludur.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Cucumis chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dustin Clare
Dustin Clare (d. 2 yanvar 1982) — Logie mükafatı qazanan avstraliyalı aktyor. == Həyatı == Dustin Avstraliyada doğuldu və orada böyüdü. Əslən Ballina, Yeni Cənubi Uelslidir.O dramatik sənətlər bölümündən 2004-cü ildə məzun olmuşdur. 2006-2007-ci illərdə McLeod's Daughters serialının 48 bölümündə Riley Ward rolunu canlandırmışdır. Amma Dustini daha çox məşhurlaşdıran Spartacus: Gods of the Arena, Spartacus: Vengeance və Spartacus: War of the Damned seriallarındakı Qannikus rolu olmuşdur.
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
JPMorgan Chase
JPMorgan Chase, «Cey Pi Morqan Çeys» — Amerika maliyyə holdinqi ABŞ-nin bir neçə iri bankının birləşməsi nəticəsində yarandı. Bankın mərkəzi Nyu-Yorkda, Manhettenda yerləşir. Bank of America, Citigroup və Wells Fargo ilə birlikdə “böyük dördlüyə” ABŞ banklarına daxil edilmişdir . Əsas fəaliyyət sahələri investisiya bankçılığı, fiziki şəxslərə və kiçik müəssisələrə maliyyə xidmətləri, kommersiya bankçılığı, maliyyə əməliyyatları və aktivlərin idarə olunmasıdır. Ən böyük depozit banklarından biridir, depozit aktivlərinin həcmi 23,5 trilyon dollar, idarəetmə altındakı aktivlərin həcmi 4,1 trilyon dollar, idarəedilən aktivlərin həcmi 2 trilyon dollardır (2017-ci ilin sonunda). JPMorgan Chase Bank (23 ştatda iştirak edən milli bank), Chase Bank USA (milli kredit kartı bankı) və J.P. Morgan Securities LLC (broker firması). Əsas fəaliyyət bölgəsi Kanada, Böyük Britaniya və Hindistandan daha əhəmiyyətli bir iştiraka sahib olan ABŞ-dır (gəlirlərin üçdə ikisindən çoxunu təşkil edirlər). 2018 Forbes Global 2000 dünyanın ən böyük dövlət şirkətlərinin siyahısında JPMorgan Chase dövriyyəsi 42, xalis mənfəəti 10, aktivləri baxımından 8, bazar kapitallaşması baxımından 9-cu olmaqla 3-cü yeri tutdu . 2011-ci ildən etibarən sistem əhəmiyyətli banklardan biridir. == Tarixi == JPMorgan Chase & Co.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Kevin Trapp
Kevin Trapp (8 iyul 1990) — Almaniyalı futbolçu.
Tixo Brahe
Tyge Ottesen Brahe (14 dekabr 1546[…] – 24 oktyabr 1601[…], Praqa, Bohemiya, Müqəddəs Roma imperiyası) — Danimarkalı kimyagər, astronom və münəccim. Zadəgan ailəsində dünyaya gələn Tixonun atasının qalası var idi və çox nüfuzlu biri idi. Dünyaya gəlməsindən əvvəl atası onu əmisi Jorgenə verəcəyini demişdi amma, dünyaya gələndən sonra tası bu fikrindən daşınır. Danimarka donanmasında zabit olan əmisi Tixonu qaçırdır. == Universitet illəri və astronomiya ilə ilk tanışlıq == Tixonun həyatı 21 avqust 1560-cı ildə dəyişdir. O Kopenhagen universitetində olarkən günəş tutulmasının şahidi olur və bu onda böyük maraq oyadır. Əmisi onu Danimarkada önəmli siyasi xadim etmək fikridə olduğu üçün 1562-ci il fevralda onu Leypsiq (Leipzig. Germany) Universitetində hüquq oxumağa göndərdi. Səhərlər hüquq oxuyan Tixo gecələri astronomiya ilə məşğul olur, müşahidələr aparırdı. Leypsiq Universitetində Tixo ilk müşahidələrinin qeydlərini aparmağa başladı.
Trapp formasiyası
Trapp formasiyası - maqmatik formasiya Qırışıqlıq strukturların platforma inkişaf rejimi üçün səciyyəvi olub, çox vaxt qədim və cavan platformaların örtüyünün tərkibinə daxil olur. Trapp formasiyası əmələ gəlməsinə səbəb olan maqmatizmin miqyası olduqca geniş olub yer səthinə çıxarılan və ya litosferin üst qatlarına nüfuz edən maqmatik materialın həcmi 1mln.km3-ə çatır. Trapp formasiyası üçün süxurların effuziv örtük və intruziv (subvulkan) formalı horizontal yatım, qitə və laqun çöküntüləri, bəzən isə tuflarla assosiasiya yaratması səciyyəvidir. Trapp formasiyası süxurları ilkin toleit-bazalt maqmasından əmələ gəlir və yeknəsəq olması ilə fərqlənir. Trapp formasiyası effuziv süxurları adətən labrador və monoklinik piroksendən, az miqdarda filiz minerallarından və olivindən (bəzən olmur) ibarətdir. Süxurların çoxunda az miqdarda qalıq şüşə və ya kvars-çöl şpatı aqreqatları olur. Trapp formasiyası intruziv süxurları poykilit, ofit və ya intersertal (sillərin kənar hissələrində) quruluşlu olub labradordan və piroksendən (pijonit və ya avgit və rombik piroksendən) ibarətdir; bunlarda az miqdarda biotit, hornblend (buynuzdaşı), apatit, filiz mineralları (maqnetit, ilmenit və b.) iştirak edir. Trapp formasiyası süxurlarının müxtəlifliyinin əsas səbəbi kristallaşma diferensasiyasıdır və bunun da əsas nəticəsi kristallaşmanın gec məhsullarında Fe yüksək miqdarda olmasıdır. == Geomorfoloji termin == Trapp — (rus. трапп, ing.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. == Tarixi == 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…] – 25 dekabr 1938[…]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Çarapa (Ərdəbil)
Çarapa (fars. چراپا‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).