SCRAPE

scrape1

n 1. qaşıma, qazıma, siyirmə; təmizləmə; to give a carrot a ~ kökü təmizləmək; 2. sıyrıntı, cırmaq, cırmaq yeri; to give one’s hand a ~ əlini sıyırmaq / cızmaq; 3. cırıltı, xışıltı, cığıltı; cırıldama; a ~ of a chair / of a bed stulun / çarpayının cırıltısı; 4. d.d. çətinlik, xoşagəlməz vəziyyət, pis iş / hadisə; to get into ~s bəlaya düşmək

scrape2

v 1. qazımaq, qaşımaq, təmizləmək (həm də to ~ away / off); to ~ grease from pots and pans qazanları / tavaları yağdan təmizləmək; 2. cızmaq, soymaq, soyub qopartmaq; to ~ one’s knee against a stone daşa vurub dizini cızmaq; 3. qazmaq; to ~ (out) a hole quyu qazmaq; to ~ down a wall divarı qaşıyıb təmizləmək; to ~ together yığmaq, toplamaq (pul haq.): to ~ together a few pounds for a holiday məzuniyyət üçün bir neçə funt pul yığmaq

SCRAP-HEAP
SCRAPER