Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crematory
Crematory — Alman Gothic/Doom/Melodik death metal qrupu. == Haqqında == 1991-ci ildə Almaniyada yaradılıb. Qrup bu üslubda My Dying Bride, Tiamat və Atrocity kimi qruplarla tez tanınaraq, üslublarının ən məşhurları olmuşdur. Almaniyanın Wacken Open Air festivalın da 1996, 1998, 1999, 2001 və 2008-ci ildə daxil olmaqla konsertlər də çıxış etmişdir.1996-cı ildə Nuclear Blast albom şirkəti ilə müqavilə bağlayan Crematory, daha sonra 2006-cı ildə müqaviləni qarşılıqlı olaraq ləğv edərək, yarandıqları ildən ilk albom şirkəti olan Massacre Records ilə yenidən müqavilə bağlamışdır. Qrupun ilk debüt studio albomu 1993-cü ildə "Transmigration" adlı albomları olmuşdur. Bu albom Almaniya və Avropada çox bəyənilmişdir. Crematory qrupu 2001-ci ildə qrup fəaliyyətini dayandırsa da, 2003-cü ildə yenidən bir araya gələrək qrup fəaliyyətlərinə davam etmişdir.
Tyler, the Creator
Tyler, the Creator (əsl adı: Tayler Qreqori Okonma; 6 mart 1991, Hotorn[d], Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi və musiqi prodüseri. Odd Future musiqi qrupunun yaradıcılarından biridir. Okonma iki "Qremmi", üç "BET Hip Hop", bir "BRIT" və "MTV Video Music" mükafatı laureatıdır. Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca "Igor" və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır.