Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krossvord
Krossvord (ing. Crossword — sözlərin kəsişməsi) — sözlərin təyinatının (mənasının) tapılması üzrə qurulmuş oyun. Daxil edilmiş sözlər kəsişərək krossvord torunu əmələ gətirirlər. Krossvord xanalardan ibarətdir. Adətən bu xanaların birində tələb edilən sözün ipucu, digərində isə tələb olunan söz daxil edilir. Krossvord oyununda tələb olunan söz, ipucu verilmiş xanada göstərilmiş istiqamət üzrə daxil edilməlidir. Krossvordda yaş məhdudiyyəti yoxdur.