Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi. Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. == Məzmun == Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır.