Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mötley Crüe
Mötley Crüe ('mɒtliː kruː) — 1981-ci ildə Los-Ancelesdə qurulan Amerikan hevi/glam metal qrupu. == Qrup haqqında == 1981-ci ildə bas gitarist Nikki Sixx «London» adındakı qrupundan ayrılmış və Tommy Lee ilə tanış olmuşdur. Mick Mars (gitara) və Vince Neil'in (vokal) qatılmasıyla qrup adını Mötley Crüe olaraq dəqiqləşdirdi. «Too Fast For Love» adlı ilk albomlarını hazırladılar və 1981-ci ilin noyabr ayında bu albomu satışa çıxardılar. Bu albom musiqi bazarını alt-üst etdi. Bu albom sayəsində Guns N’ Roses, Bon Jovi kimi qruplar ortaya çıxacaqdı. 20.000 satan albomdan sonra 1982-ci ilin baharında qrup Elektra Records ilə razılaşdı. Bu firmanın israrıyla ilk albom Roy Tomas Baker prodüserliyində təkrar hazırlanıb nəşr olundu. Qrup Elektra Records ilə 80-ci illərdə bir sıra klassik alboma imza atdı. 1983-cü ildə müzakirələrə gətirib çıxaran, satanik elementlər daşıyan «Shout At The Devil», 1985-ci ildə bir az daha qaranlıq quruluşda və təvazökar bir albom olan «Theatre Of Pain», 1987-ci ildə qrupun əvvəlki albomlarına görə daha çox blues təsirli bir iş olan və bir həftə içində yüksək satış müvəffəqiyyətinə nail olan bir nömrəyə yerləşən «Girls, Girls, Girls», 1989-cu ildə də böyük bir albom olan və qrupun zirvəyə çatmasını təmin edən «Dr.
Darude
Ville Virtanen (17 iyul 1975, Eura[d], Satakunta) və ya səhnə adı ilə Darude — Finlandiya DJ-i və prodüseri. O, 1995-ci ildən musiqi karyerasına start vermiş və 1999-cu ilin sonlarında buraxdığı "Sandstorm" hit sinqlı ilə dünyada şöhrəti qazanmışdır. 2000-ci ilin sentyabrında satışa buraxdığı Before the Storm adlı debüt studio albomunun dünyada 800,000-dən artıq nüsxəsi satılmış və Darude üç fin Grammy mükafatına layiq görülmüşdür. Albom Finlandiya hit-paradlarında birinciliyə, Amerikanın Billboard dərgisində isə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Darudenin ikinci studiya albomu Rush Billboard dərgisində 11-ci yerdə, Finlandiyada isə 4-cü yerdə qərarlaşmışdır. Onun üçüncü studiya albomu olan Label This! 2007-ci ildə işıq üzü görmüşdür. Label This! Darudenin digər albomları kimi uğur qazana bilməsə də, Amerikan bloqu Gawker albomu tərifləmişdir. 2011-ci ildə o, EnMass albom şirkətini yaratmışdır.
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Rudge
Eduard Rudge (ing. Edward Rudge; 27 iyun 1763, Solsberi, Uiltşir[d] – 3 sentyabr 1846) - İngilis botaniki. == Elmi əsərləri == 1811. A description of several species of plants from New Holland. Ed. R.Taylor. == Şərəfinə adlandırılmış taksonlar == Rudgea Salisb. onun şərəfinə adlandırılmışdır. Eləcə də aşağıdakı bitki növləri: Calyptrostylis rudgei Nees, Panicum rudgei Roem. & Schult.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Cudi
Abucanlı (İcrud)
Abucanlı (fars. ابوجانلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (17 ailə).
Alaçəmən (İcrud)
Alaçəmən (fars. الاچمن‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == İcrud şəhristanının Səcusrud kəndistanında, Qiydar qəsəbəsindən 36 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1048 nəfər yaşayır (233 ailə).
Armudlu (İcrud)
Armudlu (fars. ارموتلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (19 ailə).
Ayşən Qruda
Ayşən Qruda (d. 22 avqust 1944, İstanbul — ö. 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. == Həyatı == Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır.
Ağbulaq (İcrud)
Ağbulaq (fars. آقبلاغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 674 nəfər yaşayır (157 ailə).
Ağkənd (İcrud)
Ağkənd - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İcrud kəndistanında, Zəncan şəhərindən 26 km cənub-qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 12 kilometrliyindədir.
Ağlıbəybala (İcrud)
Ağlıbəybala (fars. اغلبيك عليا‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsində, İcrud kəndistanında, Zəncan şəhərindən 25 km cənubdadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 949 nəfər yaşayır (232 ailə).
Barikab (İcrud)
Barikab (fars. باريك اب‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 715 nəfər yaşayır (181 ailə).
Bağkəndi (İcrud)
Bağkəndi (fars. باغ كندي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 265 nəfər yaşayır (75 ailə).
Bidginə (İcrud)
Bidginə (fars. بيدگينه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == İcrud şəhristanının İcərud kəndistanında, Zəncan şəhərindən 39 km. cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 880 nəfər yaşayır (220 ailə).
True Crime: New York City
True Crime: New York City - oyunu Luxoflux tərəfindən hazırlanan, Activision tərəfindən nəşr edilən açıq-dünya aksion-macəra janrlı oyundur. Bu oyunun PlayStation 2 və Xbox platformaları üçün olan versiyası 15 noyabr 2005-ci il, Microsoft Windows platforması üçün olan versiyası isə 24 mart 2006-cı ildə satışa çıxarılmışdır. Bu oyun True Crime: Street of LA oyununun növbəti versiyasıdır. Adından da göründüyü kimi hadisələr New Yorkda baş verir. Baş qəhrəman Marcus polis departamentində işləyir. Oyunda həm atıcılığa, həm də döyüşə üstünlük verilir. Burada şəhər olduqca böyükdür.
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rede
Rede (alm. Rhede‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 78.65 km2, əhalisi 19293 nəfərdir (2006).
Rube
Rube (fr. Roubaix, nid. Robaais) - Fransanın şimalındakı bir keçmiş sənaye şəhəri, Belçika sərhədinə yaxın bir. Üçüncü böyük şəhər isə Nor-Pə-Dö-Kəle-Pikardiya regionunda yerləşən 95.866 əhalisi olan Rubedir. Rube xalqı müxtəlif etnik qruplardan ibarətdir. == Xarici keçidlər == Vikianbarda Rube ilə əlaqəli mediafayllar var.
Ruse
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Bruce Schneier
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) Amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Bəlvbin (İcrud)
Bəlvbin (fars. بلوبين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (23 ailə).
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Ərküdə
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Viteks:The Plant List saytında takson barədə məlumat.
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar.ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır. Cümə ayrıca kişi şəxs adı da vardır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. == Hazırlanması == Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
Çübə
Çübə (fars. چوبه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 195 nəfər yaşayır (63 ailə).
Adi ərgüdə
Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).