"Just Cause" əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb.
== Əmaliyyatın gedişi ==
15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələdə müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.