Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crusader Kings II
Crusader Kings II (azərb. Səlibçi Krallar II‎) — orta əsrlərə aid Strategiya janrında çoxplatformalı kompüter oyunu. Oyun Crusader Kings seriyasının ikinci nümayəndəsidir. Oyun, Microsoft Windows (14 fevral 2012), Linux (14 yanvar 2013) və Mac OS X (24 may 2012) platformaları üçün Paradox Interactive şirkəti tərəfindən hazırlanmışdır. Seriyanın davamı Crusader Kings III (1 sentyabr 2020) oyunu ilə gəlir.
Vought F-8 Crusader
1952-ci ilin sentyabr ayında ABŞ Hərbi Donanması aviadaşıyıcılarda istifadə edilə biləcək, ön şərtlər içərisində təmirin asanlığı, qatlanan qanadlar, aşağı eniş sürəti və kreyser sürəti əsnasında supersonik sürətlərə çata bilən yeni bir təyyarə üçün səkkiz istehsalçı şirkət arasında yarış elan etdi. Bundan öncəki üç cəhddə uğursuz nəticələr (F5U, F6U və F7U ilə) almış Chance Vought firması bu yarışmanı 45 dərəcə arxaya əyilmiş qanadları olan supersonik F8U “Crusader” ilə qazandı. Bu təyyarənin enmə və qalxma zamanı aşağı sürəti təmin edə bilən, hidravlik olaraq 7 dərəcəlik bucaq ilə qaldırıla bilən, uçuş və göyərtədə gövdəyə paralel olan xüsusi və bənzərsiz qanadları var idi. Dörd ədəd 20 mm-lik top ilə təchiz edilmiş F8U bir “silahşör” və pilotları tərəfindən hava üstünlük təyyarəsi olaraq qəbul edilirdi. Eyni zamanda 1800 kq-lıq silah yükü daşıya bilirdi. Bu yük gövdənin iki yanına bərkidilmiş 4 ədəd AIM-9 “Sidewinder” enfraruj AA döyüş raketi, qanad altındakı pilonlarda “Bullpup” AS idarə edilə bilən döyüş raketləri və “Zuni” AS raketlərindən ibarət idi. F8U modelinin çox vacib olan uğurlarından biri Sakit okeandakı bir aviadaşıyıcıdan qalxıb ABŞ-ni başdan-başa keçərək Atlantik okeanına gəlməsidir. Tək motorlu bir təyyarə üçün çox vacib olan bu vəzifə əsnasında 1195 km/saat sürətlə qitələrarası sürət rekordunu da qırmağı bacarmışdır. Bu vəzifə əsnasında təyyarəni birbaşa astronavt və ABŞ senatoru olan USMC pilotu Minbaşı John Glenn idarə etmişdir. Livandakı patrul vəzifəsi, Kuba böhranındakı kəşfiyyat-foto vəzifələri də vacib vəzifələrindən hesab oluna bilər.