Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tuasse
Tuasse (fr. Thoissey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01420. == Coğrafiyası == Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 34 km qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 872 nəfər (15-64 yaş arasında) 688 nəfər iqtisadi cəhətdən, 184 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 74.7%). Fəaliyyət göstərən 688 sakindən 603 nəfər (315 kişi və 288 qadın), 85 nəfər işsiz (32 kişi və 53 qadın) idi.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Buasse (En)
Buasse (fr. Boissey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01050. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 288 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 169 nəfər arasında (15-64 yaş arasında) 131 nəfər iqtisadi cəhətdən fəal, 38 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 77.5%, 1999-cu ildə 66.1%). 131 fəal sakindən 123 nəfər (68 kişi və 55 qadın), 8 nəfəri işsizdir (5 kişi və 3 qadın). Aktiv olmayan 38 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Rosemari Quispe
Rosemari Quispe (20 avqust 1983, La-Pas) — Boliviyalı marafonçu. Rosemari Quispe Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosemari Quispe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 58 dəqiqə 32 saniyəyə qət edərək 157 marafonçu sırasında 117-ci yeri tutdu.
Cesse Ouens
Ceyms Klivlend "Cessi" Ouens (d. 12 sentyabr 1913, Oakville, Alabama, ABŞ – ö. 31 mart 1980, Tukson, Arizona, ABŞ) — yüngül atletika üzrə amerikan idmançısı və 4 qat olimpiya çempionu. Ouens, yüngül atletika tarixində bəlkə də ən yaxşı və məşhur idmançı kimi tanınmış, yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmişdi. 3 dünya rekordu və digər əldə etdiyi nailiyyətlər "idman tarixinin ən böyük 45 dəqiqəsi" kimi adlandırılmış və heç vaxt bu nəticə təkrarlanmamışdır. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş 1936 yay Olimpiya oyunlarında Ouens 4 qızıl medalla dünya şöhrəti qazandı: 100 m, 200 m, yerindən uzunluğa tullanma və 400 m estafet. O, oyunların ən yaxşısı idi və bu, Adolf Hitlerin Ari irqinin üstünlüyü mifinin uğursuzluğuna səbəb oldu. Cessi Ouens mükafatı, ABŞ-də yüngül atletika üzrə ilin ən yaxşı idmançısına verilir, ESPN idman televiziyası tərəfindən XX əsrin 6-cı ən yaxşı idmançısı kimi qiymətləndirilmişdir. == Həyatı == Ouens, ailədə 3 qız və 7 oğlan olmaqla, 10 uşağın ən kiçiyi idi, Anri Klivlend Ouens və Meri Emma Fitzgeraldın övladı kimi 1913-cü ilin 12 sentyabrında Alabama ştatının Oakville şəhərində anadan olmuşdu. 1.5 milyon qara dərili amerikalının irqi ayrı seçkiliyə görə miqrasiyası zamanı böyük ümidlərlə Ohayo ştatının Klivlend şəhərinə ailəsi ilə 9 yaşı olarkən köçmüşdü.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur. Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır.
Lis Musse
Lis Musse (8 fevral 1996-cı ildə anadan olub) — Premyer liqa təmsilçilərindən olan Bornmut FK klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Musse həmçinin Fransanın U-20 komandasının üzvüdür. == Klub karyerası == === Havr === Lis Musse əvvəlcə yerli klublardan olan Sokense Qravill və Havr Kukriauvill klublarında çıxış etmişdir. 2006-cı ildə isə Havr klubunun akedemiyasına qoşulmuşdur. Əvvəlcə Havr klubunun ikinci dəstəsində çıxış etməyə başlayır və 14 qolla yadda qalır. 2014-cü ildə Havr klubunun əsas heyətində debüt edir və 34 oyuna 14 qol vurur. === Bornmut === Musse 30 iyun 2016-cı ildə €7.3 milyon qarşılığında Havr klubundan Bornmut FK klubuna transfer olmuşdur. == Milli karyerası == Musse Fransanın U-20 komandasında 2015-ci ildə debüt etmişdir.
Luise Stablein
Luise Stablein (15 sentyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Luise Stablein Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Luk Russe
Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == === Bristol Rovers === Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır. O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5–1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Russe (Yuxarı Alplar)
Russe (fr. Rousset, oks. Rosset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05127. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 69 nəfər iqtisadi cəhətdən fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.9%, 1999-cu ildə 64.6%). Fəal olan 69 nəfərdən 63 nəfər (31 kişi və 32 qadın) işləyir, 6 nəfər işsizdir (5 kişi və 1 qadın).
Büsse
Byusse (fr. Busset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 849 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 547 yaşda olan (15-64 yaş arasında) 422 nəfər iqtisadi fəal, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.3%). Fəal olan 422 nəfərdən 391 nəfəri (215 kişi və 176 qadın), 31 nəfəri işsizdir (17 kişi və 14 qadın). 125 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 50 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. == Nümunələr == Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Şüşşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. == Adın yaranması == Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Amanda Uiss
Amanda Uiss (ing. Amanda Wyss; 24 noyabr 1960, Menhetten-Biç[d], Kaliforniya) —amerikalı film və televiziya aktrisadır. == Həyatı == Amanda Uiss 24 noyabr 1960-cı ildə Nyu-York şəhərinin Manhetten bölgəsində anadan olmuşdu. Yetkin yaşına çatdığı zaman bir sıra teatrlarda rollar ifa etməyə başlayır.. İlk seçilən rolu Qarağac küçəsində qarabasma filmində ifa etdiyi Tina rolu olur. Amanda Uiss bir sıra televiziya seriallarına çəkilmişdi. Hal-hazırda Los Ancelesdə yaşayır.
Vars-Alyer-e-Risse
Vars-Alyer-e-Risse (fr. Varces-Allières-et-Risset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38524. Kommunanın 2012-ci il üçün əhalisi 6583 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 247 ilə 1 960 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənubda, Qrenobldan 14 km cənub-qərbdə yerləşir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
La-Büiss
La-Büiss (fr. La Buisse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38061. Kommunanın 2006-cı il üçün əhalisi 2627 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 187 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Çişmə (Baltas)
Çişmə (rus. ЧишмаŞ başq. Шишмә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 152 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 16 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 85 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (63%) tatarlar (36%) üstünlük təşkil edir.
Qüssə kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Alfred de Müsse
Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852). == Həyatı == Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür. Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır.
Məsih (III hissə)
Məsih (HWV 56) — Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan "O, xor görüldü" səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin "Haleluya" xoru ilə başa çatan "Tanrının triumfu" hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: "…Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir…" Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (II hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.