Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Curcu
Curcu (rum. Giurgiu) — Rumıniyada şəhər. == İdman == Ployeştidən köçən "Astra" futbol klubu 2012-ci ildən Curcuda məskən salıb. Klub ev oyunlarını Curcunun 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir.
Curcu (judets)
Curcu judets (rum. Judeţul Giurgiu) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 3526 km². Şərqdə — Keleraşi, qərbdə — Teleorman, şimalda — İlfov və Dımbovitsa judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 283 408 nəfər təşkil edirdi, sıxlığı — 80,37 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 2 şəhər və 51 kommuna daxildir.
Çüçür
Şanyü Çüçür (v. 172) — bir hun əyanı idi. Mete xaqanın nəslindən gəlirdi. 147-ci ildə imperator tərəfindən şanyü təyin olunmuşdu. Şanyü Çüçür syenbilərə qarşı mübarizəyə çətinliklə dözürdü və əsasən çinli əsgərlərdən istifadə edirdi deyə imperator onu 172-ci ildə taxtdan çəkilməyə məcbur etdi. Eyni il öldü. Yerinə oğlu gətirildi.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Circus
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Cumğur
Cumğur — Çingizilər sülaləsindən olan şahzadə və Hülakü xanın ikinci oğlu. Bəzi tarixçilər onun əslində Hülakü xanın ən böyük oğlu olduğunu bildirirlər. == Həyatı == O, 1234-cü ildə Hülakü xanla onun Oyrat tayfasından olan arvadı Güyük Xatunun evliliyindən dünyaya gəlmişdir. O, hər iki tərəfdən Çingiz xanın soyundan gəlməkdə idi. Onun atası Çingiz xanın oğlu Toluy idi. Anası Güyükün anası isə Çingiz xanın qızı Çeçeyxen idi. Onun ana tərəfdən babası olan Turalçı Güregen Qutuqa Beyinin oğlanlarından biri idi.Hülakü xan yeni fəthlər üçün 1253-cü ildə Monqolustanı tərk etdiyi zaman Cumğur ali xaqan Münke ilə birlikdə qalmışdı. Atasının digər arvadlarına əmanət edilən Cumğur orda ilə birlikdə Almalıq adlı yerdə düşərgə salmışdı. Lakin tez bir zamanda o, özünü vərasət savaşının ortasında tapdı. Bu vərasət savaşı onun əmiləri olan Xubilayla Arıq Bökə arasında getməkdə idi və Cumğur Bökəni dəstəklədi.
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Curcuma
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək. 2.
Curium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Burbur (Urmiya)
Burbur (fars. بوربور‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (35 ailə).
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.
Caracur dağı
Caracur dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1483,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km-dək şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik və Biləv lay dəstələrinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında müşahidə edilən Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.
Circus aeruginosus
Bataqlıq belibağlısı (lat. Circus aeruginosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus approximans
Circus approximans (lat. Circus approximans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus assimilis
Circus assimilis (lat. Circus assimilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus buffoni
Circus buffoni (lat. Circus buffoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus cinereus
Circus cinereus (lat. Circus cinereus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus cyaneus
Tarla belibağlısı (lat. Circus cyaneus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Circus dossenus
Circus dossenus (lat. Circus dossenus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Cürcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Çırçır
Çırçır (Sevan)
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Cütcü
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. === Tarixi abidələri === Cütcü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.