CÜYÜR

I
сущ. косуля (парнокопытное жвачное животное сем. оленей; дикая коза), козуля. Ürkək cüyür пугливая косуля
II
прил. косулий, козулий:
1. принадлежащий косуле. Cüyür dərisi козулья шкура, cüyür izləri козульи следы, cüyür əti козулье мясо (козулятина)
2. состоящий из косуль (козуль). Cüyür sürüsü козулье стадо
CÜYÜLTÜ
CÜYÜRLÜ
OBASTAN VİKİ
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Avropa cüyürü
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər. == Qısa təsviri == Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur. == Yayılması == Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır.
Cüyürlər
Cüyürlər (lat. Capreolinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Cüyürlü abidəsi
Cüyürlü abidəsi ― Şəkinin Cüyürlü kəndində yerləşən dəmir və antik dövrünə məxsus yaşayış yeri və nekropolu. == Yerləşir == Cüyürlü abidəsi Şəkinin Daşüz və Küdürlü kəndlərinin yaxınlığındakı Cüyürlü kəndinin meşə ərazisində yerləşir. Abidə dağlıq, dağətəyi və düzən iqlimlərinin qovşağında, Əyriçay və Qarasu çayla əhatələnən təpə üzərindədir. Cüyürlü abidəsi 4 ha yaxın ərazini əhatə edir. == Cüyürlü abidəsinin arxeoloji tədqiqatları == Cüyürlü abidəsi 2008-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydə alınıb. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası" tərəfindən abidədə kəşfiyyat qazıntısı aparılıb. Tədqiqatlar nəticəsində abidənin dəmir və antik dövrə aid yaşayış yeri və nekropol olduğu müəyyən olunub. 2012-ci ildə abidədə aparılan xilasetmə işləri nəticəsində içərisində çoxlu keramikaların aşkarlandığı təsərrüfat quyusu müəyyən olunub. 2013-cü ildə kəşfiyyat və xilasetmə işləri davam etdirilmiş və yaşayış yerindən yarım qazma tipli, dördbucaqlı tikililər müəyyən edilmişdir. Bu qazmaların yer səthindən 40 sm dərinlikdə olub, ağac basdırmalarla və qamış örtüklü olması güman edilir.

Digər lüğətlərdə