Caracur dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1483,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km-dək şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik və Biləv lay dəstələrinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında müşahidə edilən Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.[1]
Caracur dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1483,6 m |
Yerləşməsi | |
Ölkə |
![]() |
Rayon |