Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dördgözlər
Dördgözlər (lat. Anablepidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Dördyol
Birinci Dördyol
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı - Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
Korgöz
Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Haqqında == Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır.Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s. mövcuddur.Qəsəbə cənubdan Puta, şimaldan isə Qızıldaş qəsəbəsi ilə həmsərhəddir.
Lordoz
Lordoz (yun. "lordos" – əyilmiş) — anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır.
Birinci Dördyol
Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Dördyol məhəlləsi
Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. == Haqqında == Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
İkinci Dördyol
İkinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Korgöz bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dordoy Bişkek FK
Dordoy Bişkek FK — Qırğızıstanın Bişkek şəhərini təmsil edən futbol klubu. == Tarixi == 2007-ci il martın 3-də tarixində ilk rəsmi matçın onilliyini qeyd edən komanda dağılmış paytaxt klubu "Semetey"in oyunçularından qurulmuşdu.[mənbə göstərin] Biznesmen Askar Salımbekovun təsis etdiyi klub birinci dəstədə "Alqa-SKA"nı 1:0 yenməklə debüt etdi. İkinci cəhddən elita arzusu gerçəkləşən Narın təmsilçisi 1999-cu ildə güclülər sırasında debütünü 5-ci yerdə bitirdi. Əslən Narın şəhərindən olan ölkə çempionatları tarixinin ən yaxşı qolçusu Zamirbek Jumaqulovun 2000-ci ildə komandaya gəlişi heç nəyi dəyişmədi – 6-cı yer. Qolçular sırasında üçüncü olan forvard növbəti mövsüm həm özü bu pillədə qaldı, həm də "Dordoy" ilk mükafatına – "bürünc"ə qovuşdu. 2002 və 2003-cü illərdə Mixail Tyaqusovun rəhbərliyi altında daha iki bürünc qazanıldı. Hər iki mövsümdə ikinci qolçu olan Zamirbek isə 2002-nin ən yaxşı futbolçusu da seçildi. İldən-ilə heyəti güclənən komanda həm də irəli addımlayırdı. 2004-cü il əlamətdar hadisələrlə başladı. Hələ SSRİ dönəmində Əlcəzairdə çalışdırdığı klubu çempion edən Boris Podkorıtov komandaya dəvət olundu.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.