Dördkürəli sürtünmə maşını
Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır.
= Dördkürəli sürtünmə maşını haqqında məlumat və tətbiq sahəsi =
Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. ЧМТ maşını 1933-cü ildə Berlaqe tərəfindən təklif edilmişdir və sürtkü yağlarının laboratoriya şəraitində siyrilmə və yeyilməyə qarşı xassələrini öyrənmək üçün geniş istifadə olunur.
Standart 4-kürəli sürtünmə maşını bir kasaya yerləşdirilmiş üç tərpənməyən (sabit) və onların üstündə bir hərəkətli (çevik) polad kürəciklərdən ibarət olan test aparatıdır.
Müəyyən sürətlə və verilmiş yüklə üst kürəcik qalan kürəciklərə görə qaynaq olana qədər fırlanır. Sürtunmə maşınlarının çoxunda diametri 12,7 mm olan polad kürəciklərdən istifadə olunur.
Dördkürəli sürtünmə maşını bir neçə dəfə modikfikasiya olunmuşdur, lakin sürtünmə konstruksiyası (bir piramida şəklində 4 kürə) dəyişməmişdir.
== Dördkürəli sürtünmə maşını necə işləyir? ==
Dördkürəli sürtünmə maşını əslində maddələrin sürtünmə zamanı yaranan yüklənməyə qarşı qabiliyyətini qiymətləndirən triboloji analizatordur. Sürtkülərin yeyilməyə qarşı xassələri siyrilmə zamanı böhran yükü ilə və yeyilmə ləkələrinin ölçülməsi ilə qiymətləndirilir.