Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədim
Qədim — kişi adı, təxəllüs.
Dövri cədvəl
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Dövri enkoder
Dövri enkoder — mexaniki hərəkəti, bucaq yerdəyişməsini elektrik siqnalına çevirən elektromexaniki qurğudur. Onun göndərdiyi siqnal sayğac və ya proqramlaşdırılabilən məntiqi kontroller (ing. PLC) vasitəsilə oxuna bilir. Bu siqnal vasitəsilə kontroller vəziyyəti, sayı, sürəti və ya istiqaməti müəyyən edə və buna müvafiq əmri icra edə bilər, məsələn, müəyyən olunmuş nöqtəyə rəng vurma və ya müvafiq uzunluqdan sonra kəsmə.Dövri enkoderlər iş prinsipinə görə iki kateqoriyaya bölünürlər: mütləq və artan enkoderlər. Artan enkoderlərin hər mövqe üçün xüsusi göstəricisi yoxdur, onlar yalnız hərəkətin bir nöqtədən digərinə keçməsini göstərir. Mütləq enkoderlərin isə hər mövqe üçün ayrıca qiyməti var.
Dövri funksiya
Təbiətdə və texnikada bəzi proseslər periodik olaraq təkrar olunur. Periodik dəyişən kəmiyyətləri öyrənmək üçün dövri funksiya anlayışından istifadə olunur. Hər bir "x" ədədi ilə birlikdə "x-T" və "x+T" (T sıfırdan fərqli) ədədləri də "f" funksiyasının təyin oblastına daxildirlərsə və f ( x − T ) = f ( x ) = f ( x + T ) {\displaystyle f(x-T)=f(x)=f(x+T)} bərabərliyi ödənirsə, f funksiyasına dövrü T olan "dövri funksiya" deyilir. 0 (sıfır) istənilən funksiyanın dövrüdür. Dövrü "0" olan funksiyalar maraqlı deyil. Ona görə də T-ni sıfırdan fərqli qəbul edilir. Dövri funksiyanın tərifi aşağıdakı teoremlərlə alınır. == Teoremlər == === Teorem 1: === "T" ədədi "f" funksiyasının dövrüdürsə "(-T)" ədədi də "f" funksiyasının dövri olur. === Teorem 2: === "T1" və "T2" ədədləri f funksiyasının dövrüdürsə T1+T2 və T1-T2 ədədləri də f funksiyasının dövrü olur. === Teorem 3: === T ədədi f funksiyasının dövrüdürsə, n istənilən tam ədəd olduqda "nT" ədədi də f funksiyasının dövrüdür.
Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. == Əsas xüsusiyyətləri == Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. == Dövri mətbuatın əsas məqsədi == Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir. Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır: • İctimai rəyi formalaşdırmaq; • Xalqı maarifləndirmək; • Elm və tərəqqinin yolunu açmaq; • Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s. == Tarixi == Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.
Dövri qanun
Dövri qanun — 1869-cu ildə Dmitri Mendeleyev tərəfindən o dövrdə məlum olan kimyəvi elementlərin xassələri və onların atom kütlələrinin qiymətləri müqayisə edilərkən kəşf edilmiş əsas təbiət qanunu. == Təriflər == Dövri qanunun kəşfindən sonra Dmitri Mendeleyev iki il onun tərtibini təkmilləşdirdi və nəhayət, aşağıdakı formada rəsmiləşdirdi (1871): Atom fizikası və kvant kimyasının inkişafı ilə Dövri Qanun ciddi nəzəri əsas əldə etdi. C.Rıdberqin (1897), A.Van den Brukun (1913), Q.Mozelinin (1913) klassik əsərləri sayəsində elementin sıra (atom) nömrəsinin fiziki mənası açılmışdır. Daha sonra kimyəvi elementlərin atomlarının nüvələrinin yükləri artdıqca elektron strukturunun dövri dəyişməsi üçün kvant mexaniki modeli yaradılmışdır. Hal-hazırda D. I. Mendeleyevin Dövri Qanunu aşağıdakı formadadır: Dövri qanunun digər fundamental qanunlar arasında özəlliyi ondan ibarətdir ki, onun riyazi tənlik şəklində ifadəsi yoxdur. Dövri qanun Kainat üçün universaldır: məşhur rus kimyaçısı N.D.Zelinskinin obrazlı şəkildə qeyd etdiyi kimi, dövri qanun “kainatdakı bütün atomların qarşılıqlı əlaqəsinin kəşfi” idi. Qanunun qrafik (cədvəl) ifadəsi Mendeleyev tərəfindən işlənmiş kimyəvi elementlərin dövri sistemidir. Ümumilikdə dövri sistemin təsvirinin bir neçə yüzvariantı (analitik əyrilər, cədvəllər, həndəsi fiqurlar və s.) təklif edilmişdir. == Tarixi == Kimyəvi elementlərin təbii təsnifatı və sistemləşdirilməsi üçün əsasların axtarışı Dövri Qanunun kəşfindən çox əvvəl başlamışdır. Bu sahədə ilk dəfə işləyən təbiət alimlərinin qarşılaşdıqları çətinliklər eksperimental məlumatların olmaması ilə əlaqədar idi: XIX əsrin əvvəllərində məlum kimyəvi elementlərin sayı az idi və atomun qəbul edilən dəyərləri çoxlu elementlərin kütlələri yanlışdır.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü - Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim (Sayınqala)
Qədim (fars. ‎قديم‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Qədim (ad)
Qədim — kişi adı, təxəllüs.
Qədim (dəqiqləşdirmə)
Qədim — kişi adı, təxəllüs.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Qədim Bakı
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Qədim Bərdə
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Qədim Gəncə
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır: Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir.
Qədim Havana
Qədim Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Qədim Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Qədim Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Qədim Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Qədim Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Qədim Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Qədim Larsa
== Tarixi == III minilliyin sonunda III Ur dövlətinin dağılmasından sonra (təqribən 2112–2004) hökmdarlar Cənubi Mesopotamiyada ayrı-ayrı şəhərlərə nəzərati ələ aldılar ve yerli sülalələr meydana gəldi. İkinci minilliyin əvvəllərində bu yerli padşahlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İsin, Larsa və sonra Babildəki hökmdarların sülalələri, ardıcıl olaraq Cənubi Mesopotamiyanın böyük hissələrini nəzarət altına aldı. Bu şəhərlər adlarını müasir xronoloji dövrlərə verdilər:İsin-Larsa dövrü(e.ə 2004–1763) və Köhnə Babil dövrü(e.ə 1894–1595). Larsa günəş tanrısı Utu Kultunun mərkəzi olan Qədim Şumerin vacib bir şəhəri idi. İraqın Zi Qar valisindəki Urukdan 25 km cənub-şərqdə, Şell en-Nil kanalının şərq sahili yaxınlığında Tell-as Senkereh və ya Sankarah qəsəbəsi yerindədir. Şumer kral siyahısına görə Larsa əfsanəvi antililuvian dövründə ''krallığı həyata keçirən'' beş şəhərdən biri idi. Tarixi ''Larsa'' onu imperatorluğuna birləşdirən Laqaşın Eannatumun dövründən əvvəl mövcud idi. İsin-Larsa dövründə şəhər siyasi bir qüvvəyə çevrildi. Hər şəhərin hökmranlığını möhkəmləndirdiyi dövrdə İsin və Larsa bir əsrdən çoxdur silahlı bitərəflik şəraitində yaşayırlar.
Dövri cədvəl bloku
=== Bloklar === Bəzən, Atomların malik olduğu axırıncı elektronu hansı xarici elektron təbəqədə yerləşidiyinə görə dövrü cədvəli bloklara bölürlər. S-bloku ilk iki qrupu, yəni qələvi metallar və qələvi torpaq metallar, həmçinin hidrogen və helium elementlərini əhatə edir, P-bloku axırıncı altı qrupu (BNTKİ klassifikasiyası üzrə 13-dən 18-dək, amerikan sistemi üzrə IIIA-dan VIIIA-dək), digər elementlərdən əlavə bütün metalloidləri əhatə edir, D-bloku BNTKİ klassifikasiyası üzrə 3-dən 12-dək, amerikan sistemi üzrə IIIB-dan IIB-dək olan qruplardakı keçid metalları əhatə edir F-bloku adətən cədvəldən kənara çıxarılan lantanoidlər və aktinoidlərdən ibarətdir.
Dövri cədvəl qrupu
Dövri cədvəl qrupu - Qrup elementlərin şaquli sütunuda yerləşməsidir. Eyni qrupda yeləşən elementlərin elektron quruluşu və kimyəvi xassələri eynidir. İki yerə ayrılır: Əsas və əlavə yarımqrup elementləri.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünur: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Qədim Mustafayev
Qədim İbrahimxəlil oğlu Mustafayev - Qazax rayonu Partiya Komitəsinin birinci katibi. Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Haqqında == Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir. ADU-nun “Elmi ateizmin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur. 1961-63 illərdə Gədəbəy və Qazax rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim dövr
Antik latınca anticius sözündən götürülmüşdür. Mənası qədim, köhnə olmaqdadır. İnsanlıq tarixinin başlanğıcından orta əsrlərə kimi davam edib (XV-XVI). Şumer mixi yazısının kəşf edilmiş ən köhnə yazı növü olduğuna görə, qeydə alınmış tarixin müddəti təxminən 5.000-5.500 ildir. Genetik dəlillərə görə isə, insanın ilk ortaya çıxışı təxminən 1,5 milyon il əvvəldir. Ayrıca, Homo Sapiensin Afrikanı təxminən 60.000 il əvvəl tərk etdiyinə dair inkişaf edən bir düşüncə və dəlillər vardır. == Antik dünyanın incələnməsi == Antik dünyanın incələməsindəki ən əsas problem, yalnız bir qisminin qeydə alınması və sənədləşdirilmiş olması və bu sənədləşdirilmiş qisimindən yalnız bir hissəsinin günümüzə çatmış olmasıdır. Antik dünyanın sonundan çox sonraya qədər savadlılıq hər hansı bir mədəniyyətə yaygınlaşmamıştır, beləcə tarixi yazma fürsətinə sahib olmuş insan sayı az idi. Yazılmış tarixlər belə yayılmamış, dağılamamıştır, çünki o dövrlərdə mətbəə maşını olmadığı üçün bir əsəri çoxaltmaqın tək yolu əl ilə surətini çıxartmatqdi.Antik Qərbin elm dərəcəsi ən yüksək olan Roma imperiyasının ən dahi və tanınmış alimlərinin əsərlərinin çoxu dövrümüzə gəlib çatmamışdır. Tarixçilərin antik dünyaya dair məlumat əldə etmələrinin iki ana yolu vardır; arxeologiya və əsas qaynaqların araşdırılması.
Qədim dövr müharibələri
Qədim dövr müharibələri — Qədim dövrdə həm Azərbaycan, həm də dünya tarixində dövlətlər arasında toqquşmalar olmuşdur. Bu toqquşmalar siyasi, iqtisadi, sosial, etnik və.s məsələlər üzərində baş vermişdir. == Manna, Urartu və Assuriya arasındakı döyüşlər == Assuriyanın Mannaya basqınlarının davam etdiyi bir vaxtda, e.ə IX əsrin sonlarında Manna yeni bir təhlükə ilə- Urartu dövlətinin hücumları ilə üzləşdi. Həm Assuriya, həm Urartu Manna torpaqlarını ələ keçirmək üçün mübarizə aparırdı. E.ə VIII əsrin birinci yarısında Urartunun Mannaya yürüşləri daha da artdı. Çətin münaqişə dövründə Mannanın hökmdarı İranzu (e.ə 740–719) Assuriya ilə müttəfiqlik əlaqələri qurmağı qərara aldı. Bu dövrdə Assuriya ilə Urartu arasında uzun sürən mübarizə e.ə 735-ci ildə Assuriyanın qələbəsi ilə başa çatdı. Hökmdar Azadan (e.ə 718–716) sonra hakimiyyətə gələn Ullusunu Urartu meyilli siyasət aparmağa başladı. Assuriya onunla ittifaqda olan Mannanın düşmənləri sırasına keçməməsi üçün e.ə 716 cı ildə hücuma keçdi. Bu hücum nəticəsində Urartu meyilli qüvvələr məğlub edildi.
Son qədim dövr
Son qədim dövr, Qədim dövrdən erkən orta əsrlərə keçidi izah edən müasir bir termindir. Son qədim dövr ifadəsi özünü ədəbiyyatda ilk dəfə Max Weber ilə tapsa da, ilk dəfə bu ifadə mədəniyyəti tarixçisi Jacob Burckhardt tərəfindən 1853-cü ildə istifadə edilmişdir. Son qədim dövrün nə vaxt başladığı və nə vaxt bitdiyinə dair mübahisələr var. Ümumiyyətlə, dövrün başlanğıcının, eramızın 284-cü ilində Kayser Diocletianın taxta keçməsi ilə başlandığı qəbul edilir. Qərbdə bu dövrün Qərbi Romanın dağılmasına və ya 568-ci ildə Lombardların İtaliyanı işğal etməsinə qədər davam etdiyi iddia edilir. Ancaq bu tarix şərqdə eramızın 565-ci ilində İmparator I Yustinianın ölümünə və hətta VII əsrdə İslamın yayılmasına qədər davam edir.
Fars dövrü (Qədim Misir)
İran Misiri və ya Fars Misiri — İran dövlətlərinin Misir ərazisini idarə etdiyi tarixi dövr. İran Misirinin tarixi üç dövrə bölünür: Əhəməni Misiri (e.ə. 525–404 və e.ə. 343–332 BC) — müstəqillik intervalı ilə bölünmüş, Əhəmənilər dövləti hakimiyyətini əhatə edən iki tarixi dövr. Onlar: İyirmi yeddinci sülalə (e.ə. 525–404), həmçinin Birinci Misir satraplığı. Otuz ikinci sülalə (e.ə. 343–332), həmçinin İkinci Misir satraplığı. Sasanilərin Misirə yürüşü (619–629) — Sasanilər imperiyasının Misiri işğal etdiyi dövr. Həmçinin, Sasani Misiri də adlanır.Qədim Misir zəngin bir dövlət idi və farslar min ildən çox bir müddət idi ki, arzulayırdı.
Orta qədim dövr (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə.
Şərur yaşayış yeri (Qədim dövr)
Şərur yаşаyış yеri — Аntik dövr аbidəsidir. Şərur ilk dəfə V əsr mənbəsində е.ə. II əsrə аid hаdisələrdən dаnışılаrkən хаtırlаnmışdır. Şərur yаşаyış məskəni kimi həmçinin «Kitаbi Dədə Qоrqud» dаstаnındа «Şаruk» kimi хаtırlаnmışdır. Şərur yаşаyış yеri hаzırdа müаsir tikintilərlə örtüldüyündən burаdа аrхеоlоji tədqiqаt işləri аpаrılmаmış və yаşаyış yеrinin tаriхi kifаyət qədər аydınlаşdırılmаmışdır.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Qədim dövrün iqtisadi təlimləri
Qədim dövrün iqtisadi təlimləri — İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq Qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəsilə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir. İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur.
Qədim dövrün klassik məsələləri (riyaziyyat)
Qədim dövrün klassik məsələləri - aşağıdakı üç qurma məsələsi qədim dövrün klassik məsələləridir. 1. Dairənin kvadraturası; 2. Bucağın triseksiyası; 3. Kubun ikiqat böyüdülməsi. Qədim yunanlar qurma məsələlərinin həllində çox böyük nailiyyətlər əldə etmişdilər. Lakin yuxarıdakı üç qurma məsələsi həll olunmurdu. Sonrakı əsrlərdə isbat etdilər ki, bu qurma məsələlərini təkcə pərgar və xətkeşlə həll etmək mümkün deyil. Buna baxmayaraq, əsrlər boyu bu üç məsələ görkəmli riyazıyyatçıların diqqətini cəlb etmiş, nəticədə çoxlu riyazi üsullar yaranmış və təkmilləşmişdir. == Ədəbiyyat == 1.