Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İkinci Dünya müharibəsində döyüşmüş legionların siyahısı
== Həmçinin bax ==
Qoyulmuş terras
Qoyulmuş terras söykənmiş terras (rus. вложенная терраса, ing. inset terrace, fill-in-fill terrase) - allüvial qatı çay dərəsinə qoyulmuş kimi olan çay, yaxud qobu terrası; məcradan uzaq kənarları ana sahilin süxurlarına, yaxud daha qədim terras çöküntüləri qatına söykənir.
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. == Lazım olan ərzaqlar == Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) == Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. == Məzmunu == Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. == Ekranizasiyası == 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. == Nəşrləri == Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib. Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər.
Romada azad doğulmuş ərli qadın
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.