Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. == Ümumi məlumat == Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Dükanlar
Dükanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə yaşayış məntəqəsində bir neçə dukan olduğu üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Sükanla idarə
Sükanla idarə — nəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir. == Avtomobillərin sükanla idarəsi == 4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir. == Traktorların sükanla idarəsi == Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.
Sükanla idarənin gücləndiriciləri
Sükanla idarənin gücləndiriciləri - sükanla idarədə sükana tətbiq olunan gücü azaltmaq və bununla idraə komfortunu artıqrmaq məqsədi daşıyan mexanizm və sistemlərlərdir. Minik avtmobillərində bel gücləndiricilərin olması mütləq deyil. Yek avtomobillərində isə onsuz idarə çox çətin olur, ona görə də, burada güclındiricilər konstruksiyanın tərkib hissəsi sayılır. === Növləri === Sükan elektrik gücləndiricisi, Sükan elektro-hidravlik gücləndiricisi, Sükan hidrogücləndiricisi, Sükanın mexaniki gücləndiricisi- burada effekt ötürmə nisbətinin artırılması hesabına əldə edilir. Sükan pnevmogücləndiricisi. === Tarixi === İlk sükan gücləndiricisi keçən əsrin 30-cu illərində ağır texnika sayılan karxana yük maşınlarnda tətbiq olunmuşdur. Əvvəlcə əyləc kompressoruna qoşulmuş, sadə konstruksiyaya malik pnevmogücləndiricilər mövcud idi. Ancaq hidravlika daha təmiz və dəqiq olduğundan, onun mürəkkəbliyinə və bahalığına baxmayaraq tezliklə istifadə olubnmağa başlayır. Buna görə də, minik avtomobillərində o önə çəkilir. 1951-ci ildə Amerikada istehsal olunan Chrysler Crown Imperial avtomobillərində hidrogücləndiricilər standart düyüm kimi quraşdırılır.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Meydanda dükan
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. == Məzmun == İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Möcüzələr dükanı (roman)
Möcüzələr dükanı — (port. Tenda dos Milagres) 1960-cı illərin ortalarında Jorje Amadu tərəfindən yazılmış sehrli realizm romanıdır. Romanın əsas mövzusu Braziliyada mədəniyyətlərin qarışması və irqçiliyin araşdırılmasıdır. 1977-ci ildə roman Nelson Pereira dos Santos tərəfindən Amadunun özünün ssenarisi əsasında lentə alınıb. 1985-ci ildə roman əsasında kiçik serial (30 seriya) səhnələşdirilib. == Məzmun == Baş qəhrəman eyni zamanda candomblé keşişi, kapoeyra ustası, orijinal sosial mütəfəkkir və şair, fransız, ispan və ingilis dillərini mükəmməl bilən, simvolik "bütün insanların atası" olan melez dilənçi Pedro Arçenjodur. Romanın hərəkəti 1968-ci ildə amerikalı antropoloq, Nobel mükafatı laureatı Levensonun Bahiaya gəlişi ilə başlayır, təhsilli braziliyalılar Arçenxonun varlığını ilk dəfə ondan öyrənirlər. Levenson braziliyalının 100 illik yubileyini qeyd etmək istəyir və yerli şair Fausto Penaya onun tərcümeyi-halı üçün materiallar hazırlamağı əmr edir. Bu, çox sayda personaj və vəziyyətin olduğu romanın əsas süjet quruluşudur. Levenson Amerikada Arçenjodur onunla heç bir əlaqəsi olmayan tərcümeyi-halını nəşr etdirdi: o, Fausto Penanın əlyazmasına belə baxmadı.
Üç dükan (Ərdəbil)
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Meydanda dükan (film, 1965)
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. == Məzmun == İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. == Məzmunu == Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. == Rollarda == Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko == Xarici keçidlər == «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında."«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
Yunanca
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır. == Başlıca ləhcələri == === Dimotiki / (Δημοτική) === Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir. === Kathareuousa / (Καθαρεύουσα) === 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Yunanca Vikipediya
Yunanca Vikipediya — Vikipediyanın yunan dilində olan bölməsidir. Bu günə gədər 226.455 məqalə yaradılıb.
Yunanca beynəlmiləl sözlər
Yunanca beynəlmiləl sözlər — dünyanın bir çox ölkələrində yunanca və latınca olan sözlərdən istifadə edirlər. Bu sözlərdən elm sahələrində daha geniş istifadə olunur.
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.