Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünbüli
Dünbüli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Dünbüli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Sahib Sultan Dünbüli — Azərbaycan şairəsi Sahib Sultan xanım Şahbaz xan Dünbülinin qızıdır.
Günbələ
Günbələ (fars. گنبله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 298 nəfər yaşayır (91 ailə).
Tünzalə
Tünzalə — azərbaycanlı qadın adı. Tünzalə Ağayeva — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). Tünzalə Əliyeva — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Tünzalə Rafiqqızı — Azərbaycan jurnalisti. Tünzalə Arazlı — azərbaycanlı yazıçı.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər.
Dünbüli (Germi)
Dünbüli (fars. دومولي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (36 ailə).
Dünbüli (Miyanə)
Dünbüli (fars. دونبلی‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Tünzalə Arazlı
Tünzalə Ağayeva
Tünzalə Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). == Həyatı == Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Yaradıcılığı == 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu.
Tünzalə Rafiqqızı
Tünzalə Rafiqqızı (tam adı:Tünzalə Rafiq qızı Zeynalova ; d. 29 sentyabr, 1978, Hacallı, Bərdə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, ANS TV-nin aparıcısı, şairə == Həyatı == Zeynalova Tünzalə Rafiq qızı.29 sentyabr 1978-ci ildə Bərdə rayonunda anadan olub. 1985–1995-ci illərdə Bərdə şəhərində orta məktəbdə oxuyub. == Təhsili == 1995–1999-cu illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində təhsil alıb. 1999–2001-ci illərdə BDU-nun magistraturasını bitirib. İkici ali təhsilini İqtisad Uuniversitetində "maliyyə işi" ixtisası üzrə oxuyub. == Jurnalistlik Fəaliyyəti == Jurnalistlik fəaliyyətinə 1995-ci ildən başlayıb. Müxtəlif media sturukturlarında çalışıb.Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçüsudur. Buna baxmayaraq, jurnalistikaya marağı onu yenidən 2012-ci ildə mediaya qaytarıb.
Tünzalə Əliyeva
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. == Həyatı == Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Cəfərqulu xan Dünbili
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. == Atasının adı ilə bağlı mübahisələr == Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. == Həyatı == Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli, türk mənşəli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Kazım bəy Dünbili
Kazım bəy Əhməd xan oğlu Dünbili (?-?) — Xoy xanlığının sərkərdəsi, qalabəyi. == Həyatı == Kazım bəy Əhməd xan oğlu Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Kazım bəy atası Əhməd xan 1786-cı ildə öldürüləndən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O, İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Kazım bəy qardaşı Hüseynqulu xan Dünbilinin dövründə Xoy qalasının qalabəyisi olmuşdu. == Ailəsi == Kazım bəyin Əsədulla xan, Qasım xan, Əli xan adlı oğlanları vardı.
Kəlbəli xan Dünbili
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Mahmud xan Dünbili
Mahmud xan Məhəmməd bəy oğlu Dünbili (1772-?) — Xoyun hakimi, ədib. == Həyatı == Mahmud xan Məhəmməd bəy oğlu 1772-ci ildə Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. "Nigaristani-Dara" əsərində yazılır ki, o, elmdə, ədəbiyyatda bilikli və istedadlı şəxsiyyətlərdən olmuşdur. O, ilkin təhsil aldıqdan sonra fəlsəfə, tibb və tarix elmlərini öyrənmiş, şeir, ədəbiyyat və digər fənlərdə tay-tuşlarından üstün olmuşdur. "Təzkireyi-dilguşə" əsərində qeyd olunur ki, Mahmud xan ata-babası kimibir müddət Xoy və Səlmas şəhərlərinin hakimi olmuşdu. Sonra şah sarayında eşikağasıbaşı vəzifəsində qulluq etmişdi. Mirzə Məhəmmədəli xan Tərbiyyət onu Şahbaz xanın nəvəsi hesab edir.
Məhəmməd bəy Dünbili
Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan ədəbiyyatşünası, ədibi. == Həyatı == Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O,ədib, ədəbiyyatşünas idi. Qurana ərəb dilində geniş izahat yazmışdır" == Ailəsi == Məhəmməd bəyin Əli bəy adlı oğlu vardı.
Nəcəfqulu xan Dünbili
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy, Qərbi Azərbaycan ostanı – 1784, Təbriz) — Təbriz hakimi. == Həyatı == Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi. Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı. Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib. == Ailəsi == Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
Sahib Sultan Dünbüli
Sahib Sultan Dünbüli — Azərbaycan şairəsi == Həyatı == Sahib Sultan xanım Şahbaz xan Dünbülinin qızıdır. Güney Azərbaycanın Dünbül şəhərində yaşamışdır. Yüksək şeir istedadına malik olan bu qız incəsənət sahəsində çox qabiliyyətli imiş. Mənbələrdə şahzadə Həsənəli Muradın tərifi münasibətilə bir şeirinə rast gəlinir. Şeirin iki variantda təcüməsi oxuculara təqdim olunur. Haqqın başqa məlumat yoxdur. == Şeirləri == O güllü bağçanıza yaxın olsa da əğyar, Bu məni nə qorxuya, nə də bir dərdə salar. Çünki mən də bir zaman sizə yaxın olmuşam, Elə bu yaxınlıqdan bir arzu kam almışam. Var olsun bu cahanın şahənşahı şahzadə, Ağıllılar içində cavan Mahmud dünyadə.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. == Həyatı == Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Əbuturab xan Dünbili
Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili (?-1846) — Xoy xanlığı və Şəki xanlığının sərkərdəsi. == Həyatı == Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Anası Şərəfnisə bəyimdir. Evin dördüncü övladı idi. Saray təhsili almışdı. Əzət bəyim ləqəbiylə tanınan İzzət bəyim İbrahimxəlil xan qızı ilə ailə qurandan sonra Şuşa şəhərinə köçmüşdü. == Ailəsi == Əbuturab xan Dünbili Əzət bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailə qurmuşdu. Övladları: Bəyim xanım - 1824-cü ildə anadan olmuşdur və Süleyman ağa Ziyadxanlının həyat yoldaşıdır. Ata xan - 1827-də doğulub. Şuşa Uyezdinin Cavanşir mahalnda anası Əzətbəydən miras qalan Sarob, Qaraqədəm və Xasılı sarayları vardı.
Əli bəy Dünbili
Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi. == Həyatı == Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. == Həyatı == Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dundalk FK
Dandolk Futbol Klubu – İrlandiyanın Dandolk şəhərini təmsil edən futbol klubu. Klub 1903-cü ildə İrlandiyadakı Böyük Şimal dəmiryolçularından ibarət olaraq təsis edilib. 1926-cı ildə Premyer Diviziyaya yüksələn klub 1932–33-cü il mövsümündə çempion olaraq Dublin klublarının ağalığına son qoydu. Dandolk İrlandiya Liqasında ən çox uğur qazanmış ikinci komandadır. 1963–64 mövsümündə ölkə çempionu olaraq UEFA Çempionlar Kubokunda oynamaq hüququ qazandı. Bununla da Avropada ilk rəsmi matçını keçirmiş oldu. Çempionlar Liqasının 2019–20-ci il mövsümündə isə 70-ci Avropa matçına çıxdı. Ənənəvi rəngləri 1940-cı ildən bəri ağ və qaradır. Buna görə də klubun ləqəbi bəyaz zanbaqlar (ingiliscə: The Lilywhites) olaraq qalmışdır. İrlandiyanın ən köklü və uğurlu klublarındandır.