NAY

bax ney.
Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir.
Oynatdı məni həm dəfə, həm nayə bizim qız! Baxmaz nə o dünyayə, nə bu dünyayə bizim qız. Ə.Nəzmi.

NAVİQÁTOR
NAZ
OBASTAN VİKİ
Amblyseius nayaritensis
Amblyseius nayaritensis (lat. Amblyseius nayaritensis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius nayaritensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.
Con Pik Nayt
Con Pik Nayt (13 yanvar 1828, Nottinqem, Nottinqemşir[d] – 23 iyul 1886, London) — İngilis dəmir yolu idarəçisi və ixtiraçısı idi. 1868-ci ildə işıqforun ixtirası ilə tanınır. == Həyatı == Con Pik Nottinqemdə anadan olub və Nottingham Liseyində oxuyub. Onun ibtidai məktəbi məlum deyil. 12 yaşında məktəbi tərk edərək Derbi vağzalının bağlama otağında işləməyə başladı. Pik Nayt tez bir zamanda yüksəldi və 20 yaşına qədər Cənub-Şərqi Dəmiryoluna qatılaraq Baş Müfəttiş rütbəsinə yüksəldi. O, 1869-cu ildə Londondan Brighton xəttinə Trafik Meneceri və növbəti il Baş Menecer təyin edildi. O, Vestinghouse hava əyləcini, rabitə kabelləri ilə daha təhlükəsiz vaqonları, elektrik işıqlandırmasını və Pulman avtomobillərini təqdim edərək, dəmir yolunda dəmir yolu səyahətinin keyfiyyətini yaxşılaşdırmaq üçün çox şey etdi. Onun və həyat yoldaşı Elizabet beş oğlu var idi və ən böyüyü JP Nayt Ltd. yedək gəmisi operatorlarını şirkətini qurdu.
Devran Nayibov
Devran Fazil oğlu Nayıbov (30 noyabr 1993, Bərdə rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Devran Nayıbov 1993-cü il noyabrın 30-da Bərdə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Devran Nayıbov oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Devran Nayıbov

Florens Naytingel
Florens Naytingel (ing. Florence Nightingale; 12 may 1820[…], Florensiya, Böyük Toskana hersoqluğu – 13 avqust 1910[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Xeyirxah tibb bacısı. == Həyatı == Florens Naytingel tibb bacıları ixtisası və hospitalların islahatının təşəbüsçüsü kimi məşhurdu. O, öz missiyasını insanlara xidmət və insanları xəstəliklərdən, ölümdən azad etməkdə görürdü. Buna o bütün həyatını həsr etmişdi. Naytingeyl (ing.nightingale)-bülbül mənasına gəlir. Florens Naytingelin əsas xidməti Britaniya ordusun tibbi xidmətini islahati və tibb bacılarının işini ciddi xidmıtə çevirilməsi idi. Tibbi xidmətlərin əsası Florens Naytingelin XIX əsirdə müharibələrdə iştirakı götürülüb. Florens Naytingel 12 may 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis sahibkarının ailəsinin Avropada uzun çəkən səyahəti zamanı anadan olub. Ailəsi Britaniyanın ali cəmiyyətinə aid idi.
Florens Naytingeyl medalı
"Florens Naytingel" medalı — tibb bacısı üzrə xüsusi fərqlənənlərə təqdim edilən və britaniyalı tibb bacısı Florens Naytingelin adını daşıyan beynəlxalq mükafat. Medal 1907-ci ildə Londonda keçirilən Qızıl Xaç Cəmiyyətlərinin Səkkizinci Beynəlxalq Konfransından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 1912 ildə təsis edilmişdir. Bu, tibb bacısının əldə edə biləcəyi ən yüksək beynəlxalq mükafatdır və tibb bacılarına və ya tibb bacısının köməkçilərinə "xəsarət alanlara, xəstələrə və ya əlillərə və ya münaqişə və ya fəlakətin mülki qurbanlarına fövqəladə cəsarət və sədaqət" və ya " ctimai səhiyyə və ya tibb bacısı təhsili sahələrdə nümunəvi xidmət və ya ixtiraçılıq və qabaqcıl ruh" üçün verilir. Florens Nightingale Medal Komissiyası BQXK-nın bir neçə üzvü və işçilərindən ibarətdir, onlardan bir neçəsi tibb bacısı mütəxəssisləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş tibb bacısıdır. Komissiyanın işində Beynəlxalq Tibb Bacıları Şurasının nümayəndəsi də iştirak edir. 12 may 2021-ci ildə Vətən müharibəsi şəhidi Arəstə Baxışova Florens Naytingel medalı ilə təltif edilmişdir.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Martin Naydiç
Martin Naydiç (17 dekabr 1990) — Argentinalı üzgüçü. Martin Naydiç Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Martin Naydiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:39.93 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
NAYO
NAYO (Norveç dili: Norges Aserbaidsjanske Ungdomsforening, Azərbaycan dili: Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, İngilis dili: Norwegian Azerbaijanis Youth Organization) — Norveçdəki Azərbaycan cəmiyyətinə, Azərbaycana və Azərbaycanın mədəniyyətinə maraq göstərən gənclər üçün qeyri-siyasi, qeyri-gəlir, qeyri-dini təşkilatdır. Təşkilat bir qrup azərbaycanlı, norveçli və xarici tələbələrin təşəbbüsü ilə, Norveç Tələbə İttifaqının keçmiş vitse-prezidenti olan Ramil Əliyevin başçılığı ilə 2006-ci ildə yaradılmışdır. NAYO Azərbaycana aid prezentasiyalar, mədəni görüşlər, foto sərgilər, informasiya tədbirlər, şənliklər və konsertlər təşkil edir.
Nayada (Neptunun peyki)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. == Tarix == Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. == Fiziki xarakteristikaları == Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. == Orbital xarakteristikaları == Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin == Araşdırma == Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsi ilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsi ilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Nayada (peyk)

Naycel Hotorn
Naycel Hotorn (5 aprel 1929[…], Koventri, Uest-Midlends[d] – 26 dekabr 2001[…]) — dünyaca məşhur İngilis aktyor. İngiltərənin Koventri şəhərində 1929-cu ildə anadan olan aktyor Cənubi Afrikada böyüdü. və 1950-1960 illər arasında İngiltərədə aktyorluq karyerasına başladı. Ancaq dünyada məşhurluğu Sir Humphrey Appleby xarakteriylə qazandı. Fırıldaqçı dövlət adamlarının təxribara məruz qoyduğu bəxtsiz bir nazirin canlandırıldığı serialı, həmin zamanın Baş Naziri Marqaret Tetçerdə sevdiyini söyləmişdi. Hotorn, 1991-ci ildə Şadovlands oyununda yazıçı C.S. Levis fikri ilə Tony mükafatına 3. George`nin çılğınlığı (The Madness of George III) oyunu ilə 1992-ci ildə ən yaxşı aktyor namizədliyində Oliver mükafatına layiq görülmüşdür.Kral George`nin çılğınlığı oyununun film versiyasında Oskara namizəd göstərilən Naycel Hotorn'a , 1999-cu ildə Kraliça Elizabet tərəfindən Sir adı verilmişdir. İngiltərənin (Yes Minister) adlı televiziya serialında Sir Humphrey Appleby xarakterini canlandıran aktyor , 71 yaşında vəfat etdi.
Naydyonış adası
Naydyonış adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Ondan Uzkiy boğazı ilə ayrılır. Maksimal hündürlük 44 metrdir. Yüksəklik adanın cənubunda yerləşir. Mərkəzində hündürlük 24, şimalında isə 31 metrdir. Şimal-şərqində elədə böyük olmayan yarımada vardır. Gildən təşkil olunmuşdur. Adada bir necə iri göl vardır ki, onlardanda çaylar başlayır.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Nayib Qasımov
Nayib Qasımov (tam adı: Nayib Akif oğlu Qasımov; 12 iyun 1997; Masallı, Azərbaycan — 6 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb. == Hərbi xidməti == Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Nayin dili
Nayin dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Nayində danışılır.
Nayin şəhristanı
Nayin şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nayin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,810 nəfər və 10,995 ailədən ibarət idi.
Nayk Braziliya topu
Nayk Braziliya topu — futbol topu Braziliyalılar ABŞ top şirkəti ilə 1996-cı ildə 120 milyon dollar dəyərində müqavilə imzalayarkən, hər kəs təəccüblənmişdi. Nəticədə bu top 1998-ci ildə hazır oldu. Bu topun vurulan trayektoriya ilə getməsi onun ən böyük üstünlüyüdür.
Naykvist tezliyi
Naykvist tezliyi (ing. Nyquist frequency, rus. Частота Найквиста) – analoq siqnalını onun ən yüksək tezliyindən iki dəfə böyük tezlikdə diskretləşdirdikdə, siqnalı tezlik spektrindən düzgün bərpa etmək olar. Bu diskretləşdirmə tezliyi Naykvist tezliyi adlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Nayl Horan
Nayl Horan (əsl adı Niall James Horan; 13 sentyabr 1993) — İrlandiya müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. == Həyatı == Niall James Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Bobby və Maura Gallagherin oğlu olan Niallın Greg adlı böyük qardaşı var. 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda ataları ilə yaşamışlar. 18 yaşında olarkən X factor adlanan yarışmaya gedir və səsi ilə hər kəsi valeh edir. Daha sonra 5 nəfər ilə birləşib One Direction adlanan musiqi qrupu yaratdı. Hal-hazırda dünyada tanınırlar və milyonlarla pərəstişkarları var. Hal-hazırda o solo müğənnidir və 2 solo albomu (Flicker, Heartbreak Weather)var.
Nayman Ana
Nayman Ana - türk və qırğız əfsanələrində adı çəkilən qadın. Manqurt dastanında oğlunu qurtarmağa çalışarkən ölür. Manqurt halına çevrilən oğlu tərəfindən öldürülmüşdür. Ruhu Dönənbəy (Dönenbay) adlı bir quşa çevrilmişdir. Məzarı müqəddəslik qazanmışdır. Naymanlar adlı bir türk-monqol boyu ilə əlaqəlidir. Monqolların səkkiz boyunun anası sayılır. == Etimologiya == (Nay/Yat) kökündən törəmişdir. Yayan, doğuran deməkdir. Monqolca səkkiz rəqəmi ilə əlaqəlidir.
Naymanlar
Naymanlar - bugünkü Qazaxıstanın şimal şərqi ilə Monqolustanın qərbində yaşayan ən əski və çoxsaylı türk tayfalarından biri. == Tarixi == Orta çağda bu ulus səkkiz qola bölünürdü. Qazaxların Orta jüzünün 7 böyük oymağından biridir. Çingiz xan zamanında Nayman dövləti bölgənin ən güclü ordusuna sahib dövlət idi. Çingiz xan naymanlarla kereitlər arasındaki nifaqdan ustalıqla istifadə edərək onları savaşa sürüklədi və gücsüzləşən hər iki xanlığı asanlıqla ələ keçirdi. Nayman dövləti Çingiz xan imperatorluğunun içində ərisə də, naymanlar güclü idari və əsgəri bacarıqları sayəsində günümüzə qədər xalq olaraq çatmağı bacarmışdılar. Çingiz ordularının 3/5-ü türk tayfalarından ibarət idi. Çingiz xan ordusunun türk qanadının başında da naymanlarla kereitler dururdular. Naymanlar günümüzdə Qazaxıstanın Şərqi Qazaxıstan, Semey, Jezkazgan, Qızılordu və Çimkənd vilayətlərində, Çin Xalq Respublikasının İlə, Altay, Tarbagatay bölgələrində və Monqolustanın Bayan Ulgey bölgəsində yaşayırlar. Naymanlar qonquratlar, yaklar, kereitlər, arqunlar, qıpçaqlar və naymanlar adlı tayfalardan təşkil olunublar.
Nayoro
Nayoro (yap. 名寄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.

Digər lüğətlərdə

вискозиме́тр задо́брить захронометри́ровать зацепно́й непостоя́нность пересма́тривать поссо́риться уике́нд безме́рно безотцо́вщина компоне́нтный посве́чивать пулемётишко ри́нуться только назва́ние шкет варендорское розмарин bawn Labrador pannikin возрадоваться душка кобчик пчелолечение