DUBL

сущ. дубль:
1. вторая, резервная команда спортивного коллектива. Dublda oynamaq играть в дубле
2. повторная съёмка эпизода в фильме
3. в спорте: двойная победа
DUAYAZAN
DUBL-BEKAR
OBASTAN VİKİ
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Dublin
Dublin – Dublin (İrlandca: Baile Átha Cliath, Áth Cliath, ya da Dubh Linn deyə də bilinir) İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri. Ölkənin şərq sahilinin ortasında, Liffey çayının ağzında, Dublin Saarayı'nın mərkəzində yerləşir.Vikinq məskunlaşmalarının mərkəzi olaraq qurulan şəhər, Orta Əsrlərdən bəri İrlandiyanın paytaxtıdır. BBC-nin 2003-ci ildə, Avropa daxilində 112 şəhər və 11.200 adamla apardığı anketdə Dublin, Avropanın yaşanacaq ən yaxşı paytaxtı, İrlandiya isə Avropanın ən xoşbəxt ölkəsi seçilmişdir. == Adı == Dublin adı, İrlandaca'da "qara hovuz" mənasını verən Dubh Linn sözündən gəlməkdədir. Sonrakı zaman isə İrlandaca'da yazılışında bh'deki B'nin on Dub Linn, ya da Duḃlinn, şəklində bir nöqtə vardır. Fransız dilində danışan Anglo-Norman'lar nöqtəni götürmüşlər və adı Develyn, ya da Dublin olaraq yazmışlar. Bəzi mənbələrdə Dublin adının Skandinaviya mənşəli olduğuna dair də fikirlər var. Müasir İrlandiya dilində şəhərin məşhur adı baile Athan Cliathtır.Bu sözlə 988-ci ildə II. Mael Sechnaill tərəfindən qurulan, Dubh Linn qəsəbəsi və Qara Göl ilə birləşən yaşayış yeri nəzərdə tutulur. == Tarixi == Yunanlı astronom Ptolemey'in yazıları Dublin ilə əlaqədar ən qədim mənbəələrdəndir. E.Ə. 140 illərində Eblana Civitas adlı bir yaşayış yerindən bəhs etməkdədir.
Dublin Triniti Kolleci
Dublin Triniti Kolleci (irl. Coláiste na Tríonóide) — İrlandiyanda, Dublin şəhərində yerləşən və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim ali təhsil müəssisəsindən biri. == Tarixi == 1592-ci ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça Yelizavetadan məktub aldıqdan sonra şəhər divarlarından cənub-şərqdə yerləşən baxımsız qalmış Bütün Müqəddəslər kilsəsində kollec yaradır. Ali məktəbin ilk rektoru Dublin şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton) təyin edilir. İki ildən sonra burada müəllim və tələbələrin sayı artmağa başlayır. 50 il müddətində kollecə yardımlar edilir, torpaq sahələri bağışlanır, təqaüdlər təşkil olunur, tədris proqramları, nizamnamələr qəbul edilir, kitabxanalar yaradılır və s. XIX əsr Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb 1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan Mühəndislik Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi yaradılır.
Dublin Universitet Kolleci
Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi. == Tarixi == Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür. XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Dublin krallığı
Vikinq hücumları nəticəsində Orkney qraflığı və Adalar krallığı kimi İrlandiyada qurulmuş bir dövlət idi. İlk Dublin kralları həm də ilk Adalar kralları olmuşdular. Amlayb, İmar və Aisl qardaşları 853-873-cü illər arası hər iki dövləti idarə edirdi. Son kral olan Haskulf Raqnvaldson Normanlar tərəfindən öldürülmüşdü.
Dublin özəyi
Dublin özəyi (ing. Dublin Core Metadata Initiative, DCMI) — standard metaməlumatlar. == Elementləri == Metaməlumatlarda sadə "Dublin özəyi"ndə 15 əsas element əks olunur: başlıq (sərlövhə) (ing. title); informasiyanın müəllifi və ya onu yaradan (ing. creator); mövzu və açar sözləri (ing. subject); təsvir (ing. description); naşir (ing. publisher); başqa iştirakçılar (ing. contributor); tarix (ing. date); resursun tipi (ing.
Dublin şəhəri
Dublin – Dublin (İrlandca: Baile Átha Cliath, Áth Cliath, ya da Dubh Linn deyə də bilinir) İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri. Ölkənin şərq sahilinin ortasında, Liffey çayının ağzında, Dublin Saarayı'nın mərkəzində yerləşir.Vikinq məskunlaşmalarının mərkəzi olaraq qurulan şəhər, Orta Əsrlərdən bəri İrlandiyanın paytaxtıdır. BBC-nin 2003-ci ildə, Avropa daxilində 112 şəhər və 11.200 adamla apardığı anketdə Dublin, Avropanın yaşanacaq ən yaxşı paytaxtı, İrlandiya isə Avropanın ən xoşbəxt ölkəsi seçilmişdir. == Adı == Dublin adı, İrlandaca'da "qara hovuz" mənasını verən Dubh Linn sözündən gəlməkdədir. Sonrakı zaman isə İrlandaca'da yazılışında bh'deki B'nin on Dub Linn, ya da Duḃlinn, şəklində bir nöqtə vardır. Fransız dilində danışan Anglo-Norman'lar nöqtəni götürmüşlər və adı Develyn, ya da Dublin olaraq yazmışlar. Bəzi mənbələrdə Dublin adının Skandinaviya mənşəli olduğuna dair də fikirlər var. Müasir İrlandiya dilində şəhərin məşhur adı baile Athan Cliathtır.Bu sözlə 988-ci ildə II. Mael Sechnaill tərəfindən qurulan, Dubh Linn qəsəbəsi və Qara Göl ilə birləşən yaşayış yeri nəzərdə tutulur. == Tarixi == Yunanlı astronom Ptolemey'in yazıları Dublin ilə əlaqədar ən qədim mənbəələrdəndir. E.Ə. 140 illərində Eblana Civitas adlı bir yaşayış yerindən bəhs etməkdədir.
Triniti Kollecinin kitabxanası (Dublin)
Triniti Kollecinin kitabxanası (ir. Leabharlann Choláiste na Tríonóide) — Triniti Kolleci və Dublin Universitetinin akademik kitabxanası. Bu, İrlandiyadakı naşirlərin bütün nüsxələrini orada pulsuz saxlamağı tələb edən qanuni depozit və ya "müəllif hüquqları kitabxanasıdır". Kitabxana Birləşmiş Krallıqda nəşr olunan əsərlər üçün belə hüquqlara malik olan yeganə İrlandiya kitabxanasıdır. Kitabxanada daimi olaraq İrlandiyanın milli simvolu olan Brian Boru arfası, Kells Kitabı və 1916-cı ilə aid olan İrlandiya Respublikasının elan edilməsi haqqında sənədin nüsxələri saxlanılır. Kells Kitabının 4 cildindən 1-i istənilən vaxt ictimaiyyətə təqdim olunur. Kells Kitabının göstərilən cildləri və səhifələri müntəzəm olaraq dəyişdirilir. 2020-ci ildə quraşdırılmış yeni vitrin, bir neçə onilliklər ərzində ictimaiyyətdə görünməyən bir çox səhifələr də daxil olmaqla, bütün səhifələrin nümayiş etdirilməsini asanlaşdırdı. Kitabxananın özü bir neçə binanı tutur, onlardan 6-sı Triniti Kollecinin kampusunda, digər hissəsi isə Dublindəki St. James xəstəxanasında Triniti Mərkəzində yerləşir: İndi Köhnə kitabxana kimi tanınan ən qədim kitabxana binası Tomas Burqun görkəmli əsəridir.
Dublyaj
Dublyaj — televiziya, radio, kino və ya rəqəmsal mediada yayımlanacaq çəkiliş əsərlərinin mətnlərinin peşəkar dublyaj aktyorları tərəfindən tərcümə edilməsi prosesidir. Dublyaj prosesi çox nəzərə çarpmasa da, dublyaj aktyorlarının səsləndirdiyi mətnin və ya personajların diksiyası və vurğusu baxımından nəzərə alındıqda, əslində tamamilə şəxsiyyətə yönəlmiş olan bir təsvir olduğu üçün böyük bir əhəmiyyət kəsb edir.

Digər lüğətlərdə