Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Andromeda (bürc)
Andromeda (lat. Andromeda) —Andromeda, II əsr Yunan-Roma astronomu Ptolemey tərəfindən sadalanan 48 və 88 müasir bürcdən biridir.Göy ekvatorunun şimalında, dəniz canavarı Cetus tərəfindən yeyilmək üçün bir qayaya zəncirlənmiş Yunan mifindəki Kassiopeiyanın qızı Andromedanın şərəfinə adlandırılmışdır.Ən böyük bürclərdən biridir. Ən parlaq ulduzu Alpha Andromedae, Pegasusun bir hissəsi olaraq da hesablanan ikili bir ulduzdur.Alfa'dan yalnız bir qədər cılız olan Beta Andromedae rəngi,adi gözlə görünən qırmızı bir nəhəngdir.Bürc daxilində Süd Yoluna ən yaxın qalaktika olan Andromeda qalaktikasını (M31) saxlayır.M31-in yoldaşları M110 və M32 , daha uzaq NGC 891 daxil olmaqla bir neçə solğun qalaktikalar Andromedanın içindədir.Planet dumanlığı olan Mavi Qartopu Dumanı, teleskopda mavi dairəvi bir cisim kimi görünür. Andromeda, Noyabr ayında meydana gələn zəif meteor yağışı olan Andromedidlər üçün parlaq yerdir.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balıqlar (bürc)
Balıqlar lat. Pisces — zodiakal bürc.
Boyakar (bürc)
Boyakar lat. Pictor — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü hec vax bütövlükdə görünmür, yalnız simal hissəsi yaz-yay vaxtları görünür.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Bürc (Marağa)
Bürc — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 35 km şimal-qərbdə, Marağa-Miyanə avtomobil yolunun üstündədir.
Bürc Dubay
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürc FM
100.5 FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == "Bürc FM" Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən Bakı şəhəri və onun ətrafında yayımlanır. "Bürc FM" Radiosu 100.5 FM dalğasında yayımlanır. Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə "Burc FM LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. Radio 2016-cı ildə "Bürc FM" adından imtina edərək "100.5 FM" adını alıb.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Delfin (bürc)
Delfin (lat. Delphinus) — göyün şimal yarımkürəsində bürc.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dovşan (bürc)
Dovşan (lat. Lepus) — göyün cənub yarımkürəsində bürc.
Durna (bürc)
Durna (lat. Grus) — göyün cənub yarımkürəsində bürc. Göyün cənub yarımkürəsində bürc. Durnanın ən parlaq ulduzu Əlnairin (α) parlaqlığı 1,7 ulduz ölçülüdür və Günəşdən təximən 100 işıq ili məsafədə yerləşir. Durnanın daha beş ulduzu 4-cü ulduz ölçüsündən parlaqdır.
Eridan (bürc)
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil cayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.
Göyərtə (bürc)
Göyərtə (lat. Puppis, Pup) — göy sferasının cənub yarımkürəsinə aid Süd Yolunda yerləşən bürc. Adi gözlə görünməyən 241 ulduzun daxil olduğu bürc 673,4 kvadrat dərəcə sahəni əhatə edir. Fevral ayında daha yaxşı müşahidə etmək olur.
Göyərçin (bürc)
Göyərçin (lat. Columba) — göyün cənub yarımkürəsində bürc. Sahəsi 270,2 kvadrat dərəcədir. Bürc Rusiyanın cənubu vilayətlərində dekabr — yanvar aylarında tamamilə görsənir. Bürcün ən parlaq ulduzu göyərçinin alfası adlanır.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Herakl (bürc)
Herkules(lat. Herculēs) — göyün şimal yarımkürəsində bürc. Sahəsi 1225,1 kvadrat dərəcə, tərkibində gözlə görünən 235 ulduz var. Herkules bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər iyun-avqust aylarında olur. Herkules yunanca - Herakl (yun. Ἡρακλῆς) qədim yunan mifologiyasının qəhrəmanıdır, tanrı Zevsin Alkemenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru "Heraklın on iki qəhrəmanlığı" hekayəsidir.
Herkules (bürc)

Andrea Duro
Andrea Duro Flores (14 oktyabr 1991, Fuenlabrada[d], Madrid regionu[d], İspaniya) — İspaniya aktrisası. Əsasən "Fisica o Quimica" serialı ilə tanınır.
Burc Hammud
Burc Hammud (ərəb. برج حموﺪ‎, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir.
Burc Hamod

Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) - Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid “yığıncaq evi”dir. == Ümumi məlumat == Selevki çarı I Nikator (təqribən e.ə. 358 - təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının “Parfiya istehkamları” siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.