BÜLÜRCÜX’
BÜRCƏH
OBASTAN VİKİ
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Andromeda (bürc)
Andromeda (lat. Andromeda) —Andromeda, II əsr Yunan-Roma astronomu Ptolemey tərəfindən sadalanan 48 və 88 müasir bürcdən biridir.Göy ekvatorunun şimalında, dəniz canavarı Cetus tərəfindən yeyilmək üçün bir qayaya zəncirlənmiş Yunan mifindəki Kassiopeiyanın qızı Andromedanın şərəfinə adlandırılmışdır.Ən böyük bürclərdən biridir. Ən parlaq ulduzu Alpha Andromedae, Pegasusun bir hissəsi olaraq da hesablanan ikili bir ulduzdur.Alfa'dan yalnız bir qədər cılız olan Beta Andromedae rəngi,adi gözlə görünən qırmızı bir nəhəngdir.Bürc daxilində Süd Yoluna ən yaxın qalaktika olan Andromeda qalaktikasını (M31) saxlayır.M31-in yoldaşları M110 və M32 , daha uzaq NGC 891 daxil olmaqla bir neçə solğun qalaktikalar Andromedanın içindədir.Planet dumanlığı olan Mavi Qartopu Dumanı, teleskopda mavi dairəvi bir cisim kimi görünür. Andromeda, Noyabr ayında meydana gələn zəif meteor yağışı olan Andromedidlər üçün parlaq yerdir.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balıqlar (bürc)
Balıqlar lat. Pisces — zodiakal bürc.
Boyakar (bürc)
Boyakar lat. Pictor — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü hec vax bütövlükdə görünmür, yalnız simal hissəsi yaz-yay vaxtları görünür.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Bürc (Marağa)
Bürc — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 35 km şimal-qərbdə, Marağa-Miyanə avtomobil yolunun üstündədir.
Bürc Dubay
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürc FM
100.5 FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == "Bürc FM" Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən Bakı şəhəri və onun ətrafında yayımlanır. "Bürc FM" Radiosu 100.5 FM dalğasında yayımlanır. Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə "Burc FM LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. Radio 2016-cı ildə "Bürc FM" adından imtina edərək "100.5 FM" adını alıb.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Delfin (bürc)
Delfin (lat. Delphinus) — göyün şimal yarımkürəsində bürc.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dovşan (bürc)
Dovşan (lat. Lepus) — göyün cənub yarımkürəsində bürc.
Durna (bürc)
Durna (lat. Grus) — göyün cənub yarımkürəsində bürc. Göyün cənub yarımkürəsində bürc. Durnanın ən parlaq ulduzu Əlnairin (α) parlaqlığı 1,7 ulduz ölçülüdür və Günəşdən təximən 100 işıq ili məsafədə yerləşir. Durnanın daha beş ulduzu 4-cü ulduz ölçüsündən parlaqdır.
Eridan (bürc)
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil cayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.
Göyərtə (bürc)
Göyərtə (lat. Puppis, Pup) — göy sferasının cənub yarımkürəsinə aid Süd Yolunda yerləşən bürc. Adi gözlə görünməyən 241 ulduzun daxil olduğu bürc 673,4 kvadrat dərəcə sahəni əhatə edir. Fevral ayında daha yaxşı müşahidə etmək olur.
Göyərçin (bürc)
Göyərçin (lat. Columba) — göyün cənub yarımkürəsində bürc. Sahəsi 270,2 kvadrat dərəcədir. Bürc Rusiyanın cənubu vilayətlərində dekabr — yanvar aylarında tamamilə görsənir. Bürcün ən parlaq ulduzu göyərçinin alfası adlanır.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Herakl (bürc)
Herkules(lat. Herculēs) — göyün şimal yarımkürəsində bürc. Sahəsi 1225,1 kvadrat dərəcə, tərkibində gözlə görünən 235 ulduz var. Herkules bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər iyun-avqust aylarında olur. Herkules yunanca - Herakl (yun. Ἡρακλῆς) qədim yunan mifologiyasının qəhrəmanıdır, tanrı Zevsin Alkemenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru "Heraklın on iki qəhrəmanlığı" hekayəsidir.
Herkules (bürc)
Herkules(lat. Herculēs) — göyün şimal yarımkürəsində bürc. Sahəsi 1225,1 kvadrat dərəcə, tərkibində gözlə görünən 235 ulduz var. Herkules bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər iyun-avqust aylarında olur. Herkules yunanca - Herakl (yun. Ἡρακλῆς) qədim yunan mifologiyasının qəhrəmanıdır, tanrı Zevsin Alkemenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru "Heraklın on iki qəhrəmanlığı" hekayəsidir.
Anar Bürcəliyev
Bürcəliyev Anar Məhəmməd oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Böyük Ayı (bürc)
Böyük Ayı bürcü (lat. Ursa Major)— Adətən göyün şimal yarımkürəsində axşamçağı görünür. Quyruq hissəsi qulplu abgərdəni xatırladır.Bu asterizm Böyük Abgərdən adlanır.Ona Alkaid, Alkor, Aliot, Dabi, Meqrez, Merak və Mizar daxildir. Elə bu asterizmə görə də çox asanlıqla ayırd edilir. Ən parlaq ulduzu maqnitudu 1.76 olan Aliotdur. Böyük Ayı bürcü Yerdən görünən ən parlaq bürclərdən biridir. Görünüşünə görə müxtəlif xalqlar tərəfindən müxtəlif adlarla adlandırılırdı: abgərdən, oraq, araba, yeddi müdrik və s.
Böyük Ayı bürcü
Böyük Ayı bürcü (lat. Ursa Major)— Adətən göyün şimal yarımkürəsində axşamçağı görünür. Quyruq hissəsi qulplu abgərdəni xatırladır.Bu asterizm Böyük Abgərdən adlanır.Ona Alkaid, Alkor, Aliot, Dabi, Meqrez, Merak və Mizar daxildir. Elə bu asterizmə görə də çox asanlıqla ayırd edilir. Ən parlaq ulduzu maqnitudu 1.76 olan Aliotdur. Böyük Ayı bürcü Yerdən görünən ən parlaq bürclərdən biridir. Görünüşünə görə müxtəlif xalqlar tərəfindən müxtəlif adlarla adlandırılırdı: abgərdən, oraq, araba, yeddi müdrik və s.
Böyük Köpək (bürc)
Böyük Köpək (lat. Canis Major) — göyün cənub yarımkürəsində balaca bürc.
Bürc-Baci-Muxtar
Bürc-Baci-Muxtar (ərəb. برج باجي مختار‎) ‎ — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Bürc-Baci-Muxtar rayonunun inzibati mərkəzidir. == Adı == Fransa müstəmləkəçiliyi dövründə şəhər Borj-Le-Priye fr. Bordj Le Prieur) adlanırdı. Əlcəzair müstəqillik əldə etdikdən sonra şəhər müasir adını almışdır. Şəhərin ölkənin müstəqilliyi uğrunda mübarizə aparan Baci Muxtarın adı ilə bağlıdır. == İqlim == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 28,4-dür °C. == Nəqliyyat == Bürc-Muxtar hava limanı şəhərin şimal-şimal-şərqində yerləşir.
Bürc-Bü-Ərriric
Bürc-Bü-Ərriric (ərəb. برج بوعريريج‎) — Əlcəzairin şimalında şəhər. Eyniadlı vilayət tərkibində şəhər dairəsidir. 2005-ci ildə olan təxminlərə görə, şəhərin əhalisi 140 min nəfərdir.Bürc-Bü-Ərriric Setifdən 70 km qərbdə və Buiradan 115 km cənub-şərqdə yerləşir. Şəhərin iqtisadi həyatı əsasən kənd təsərrüfatı və kiçik sənaye istehsalı ilə təmsil olunur.
Bürc-Bü-Ərriric vilayəti
Borc-Bu-Arreric vilayəti — == Ərazisi == Borc-Bu-Arreric vilayətinin ərazisi 4 115 Km2-dır. Borc-Bu-Arreric vilayətinə 10 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Borc-Bu-Arreric vilayətinin əhalisi 628 475 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bürc-Ömər-Driss
Bürc-Ömər-Driss (ərəb. برج عمر إدريس‎) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. In-Amenas rayonuna daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərbində, Böyük Səhranın şimalındakı vahələrdən birinin ərazisində, Tinqertdən cənubda, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1010 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 360 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,8 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,5°C, ən isti ayda (iyulda) 34,5°C-dir. == Nəqliyyat == Şəhərin şimalından 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Bürc-əl-Huas
Bürc-əl-Huas (ərəb. برج الحواس‎, fr. Bordj El Haouès) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,400 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1088 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 21 mm). Orta illik temperatur 23,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 11,9°C, ən isti ayda (iyun) 31,6°C-dir.
Bürc əl-ərəb
Bürc əl-Ərəb (Ərəbcə: برج العرب "Ərəblərin Qülləsi") — Dünyanın ən lüks otellərindən biri olan “Bürc əl-Ərəb” oteli Dubaydan 15 km cənubda Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir (Birləşmiş Ərəb Əmirlikləri). Bürc əl-Ərəb oteli: "The Jumeirah Beach Resort" kompleksinin tərkibi sayılır. Dünyada ilk 7 ulduzlu oteldir. Dünyanın 4-cü ən hündür oteldir. (2013-cü il) Süni adanın üzərində inşa edilib. Üçüncü minilliyə dünyanın ən hündür, ən lüks və ən məşhur oteli kimi daxil olub.Tikintisi 1994-cü ildə Basra körfəzi yaxınlarında başlanan otel 1 dekabr 1999-cu ildə qapılarını müştərilərinə açmışdır. Otel dəniz sahilində əvvəldən böyük qaya bloklarının dənizə endirilməsiylə yaradılan bir adacıq üzərinə qurulmuşdur. Burc əl-Ərəb "Ərəb qülləsi" mənasını versə də, arxitektura baxımdan dənizdə üzən bir yelkəni xatırlatdığı üçün "Yelkən otel" adlandırılır.
Bürcgah (Bicar)
Bürcgah (fars. برجگه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (30 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə

ворси́нчатый воспроизво́дство кру́глый стол напомина́ние поволо́чься пошама́нить просла́вленный тяну́чка воплоща́ть ме́тина обща́ться рагу́ разла́пистый семи́ты синкрети́ческий ха́нша ёкнуть обильный пилигрим dehiscent heliced кашевар обмораживать сменяться удачно