QURC

(Kürdəmir, Salyan)
balığın kəsilmiş kiçik parçası. – Balığdan iki qurc bacımgilə göndərdim (Salyan)
QURBAĞAGÖZİ
QURC-QURC
OBASTAN VİKİ
Qurcaani bələdiyyəsi
Gürcaani bələdiyyəsi (gürc. g.ə. გურჯაანის მუნიციპალიტეტი, l.ə. qurcaanis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Gürcaani rayonu adlanırdı. İnzibati mərkəzi Gürcaani şəhəridir.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Qurcaq (Miyanə)
Qurcaq (fars. قورجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
Maya Qurci
Maya Qurci (ukr. Майя Михайлівна Гурджі; 25 may 1946, Simferopol – iyun 1992, Simferopol) — Sovet və Ukrayna musiqişünası və müəllimi. Ukrayna Bəstəkarlar İttifaqının üzvü. == Bioqrafiya == 25 may 1946-cı ildə Simferopolda krımçak ailəsində anadan olub. Simferopol Musiqi Kollecinin məzunudur. 1971-ci ildə Qnessinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunun (Moskva) tarix, nəzəriyyə və bəstəkarlıq fakültəsini bitirmişdir. 1971-ci ildən Simferopol 1 saylı Uşaq Musiqi Məktəbində dərs deyirdi, 1975-ci ildən rayon radiosunda musiqi şərhçisi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur. Jurnal və qəzetlərdə məqalələrin, mühazirələrin, radio və televiziya proqramlarının müəllifidir. O, bəstəkar A. S. Karamanovun əsərlərinin təbliği ilə məşğul olmuş, onun haqqında bir sıra məqalələr yazmışdır.
Georgi Qurciyev
Georgi Qurciyev (13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877, Gümrü – 29 oktyabr 1949[…], Nöyi-sür-Sen) - XX əsrin birinci yarısında məşhur olmuş olan ruhani müəllim, quru və yazıçıdır. O, Qafqazda dünyaya gəlsə də, uşaqlığı Qarsda keçmişdir. O, "insan həyatının məqsədi nədir?" sualına cavab tapmaq istəmiş və axtardığı sualın cavabını yalnız qədim adət-ənənələrdə tapacağını düşünərək həqiqətə çatmaq üçün təxminən iyirmi ilə yaxın bir müddət ərzində Hindistan, Tibet, Mərkəzi Asiya, Anadolu və Misiri gəzmişdir. O, faqirlərdən (bədənə nəzarətə diqqət yetirənlər), rahiblərdən (emosiyalara nəzarətə diqqət yetirənlər) və yoqilərdən (zehni idarə etməyə diqqət yetirənlər) təsirlənmiş, lakin səyahətinin sonunda Dördüncü Yol adlı özünəməxsus bir təlim yaratmışdır. Dördüncü yolun digər üç yoldan əsas fərqi ondan ibarət idi ki, o, gündəlik həyatda tətbiq oluna bilərdi və bədən, hisslər və ağıl arasında tarazlığın yaradılmasına əsaslanırdı. O, insanların hipnoz vəziyyətinə oxşar olan bir yuxu vəziyyətində olduqlarını və onun Dördüncü Yolunun insanları bu vəziyyətdən xilas edib, şüur səviyyəsini tam qaldıracağını müdafiə etmişdir. O, ömrünün sonuna kimi bu təlimini qərb dünyasında tanıtdırmaq üçün çalışmışdır. == Həyatı == === Qurciyevin uşaqlıq illəri === Qurciyev XIX əsrin son rübündə Rusiya imperiyasının Aleksandropol şəhərində (indiki Ermənistanın Gümrü şəhəri) anadan olmuşdur. Atası yunan, anası isə erməni mənşəlidir. Onun dünyaya gəldiyi tarix dəqiq olaraq məlum deyildir.
Qurcaani kilsəsi
Qurcaani kilsəsi — Qurcaani kilsəsi indiki Gürcüstan Respublikasının Kaxeti bölgəsində Qurcaani rayonunda yerləşir. Qurcaani məbədini Albaniyanın digər xristian məbədlərindən fərqləndirən xüsusi cəhət iki mərtəbəli inşa edilməsidir. Məbəd uzunsov, düzbucaqlı formaya malik olub, üç nefli bazılika üslubunda tikilmişdir. Məbədin qərb tərəfində düzbucaqlı narteks inşa edilmiş, buraya cənubdan və qərbdən 2 giriş olmuşdur. Narteksin qərb girişi ibadət zalının qərb divarındakı qapı yeri ilə üzbəüz qərar tutmadığı üçün xaricdən ibadət zalının içərisini görmək mümkün deylldir. == Tarixi == Qurcaani məbədi IV–V əsrlərə aid kilsələr sırasına daxil edilmişdir. == Memarlıq xüsusiyyətləri == Birinci mərtəbədəki ibadət zalının interyeri 3 cüt pilon və şərq tərəfdəki 1 cüt pilyastrla 3 nefə bölünmüşdür. Orta nef yan neflərdən daha enlidir və şərqdə məbədin düzbucaqlı çərçivəsindən kənara çıxmayan nal formalı mehrab apsidası ilə tamamlanır. Apsidanın hər iki tərəfində düzbucaqlı pastoforilər yerləşmişdir. Bunlardan şimal-şərq küncündəki protezis daha iri ölçülüdür və şimal divarından bir qədər kənara çıxmışdır.