Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düzyurd
Düzyurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Düzyurd oyk, mür. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Gədəbəy çayının sahilində, Başkənd-Dəstəfur çökəkliyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində həmin r-ndakı Gərgər (əsli Qarqar) kəndindən köçüb gəlmiş huydumlu və qırtdanlı nəsillərinə mənsub ailələr Düzyurd adlı ərazidə salmışlar. Coğrafi ad obyekti relyef cəhətdən təyin edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1793 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Düzyurd bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kükürd
Kükürd (S) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 16-cı element. Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin tərkibində kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoxdur. Taxıl, paxlalılar, süd məhsulları, balıq və yumurtada kükürd vardır. Metionin və sistein aminturşularının tərkibində olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B1 vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində iştirak edir. 60 Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 1 qramdır. Bitki orqanizmində kükürdün miqdarı orta hesabla 0,05 % kütlə miqdarında olur. Kükürd zülalların aminturşuları olan sistein və metioninin tərkibinə daxildir.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Şüyüd
Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir.
Avropa cüyürü
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər. == Qısa təsviri == Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur. == Yayılması == Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır.
Dağ düyünü
Dağ düyünü- İki və ya bir neçə sıra dağların və ya dağ silsiləsinin birləşdiyi yerə deyilir.Adətən belə yerdə ən hündür zirvələr yüksəlir.Məsələn,Pamirdə Kommunizm piki (7495 m) Tyanşanda Qələbə piki (7439 m).
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Limfa düyünü
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Qarabağ düyünü
Qarabağ düyünü (film, 1993)
Qordi düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qordion düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se) == Xassələri == Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.
Əkin düyüsü
Əkin düyüsü (lat. Oryza sativa) — düyü cinsinə aid bitki növü.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Dyörd Beşşeney
Dyörd Beşşeney (mac. Bessenyei György; 1747[…] – 24 fevral 1811 və ya 1811) — Macarıstanın dram yazıçısı və şair.
Dyörd Karpati
Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt – 17 iyun 2020, Budapeşt) — 1952, 1956, 1960 və 1964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir. == Karyerası == Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu. Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil). 1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi. Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi.
Dyörd Sabad
Dyörd Sabad (mac. Szabad György; 4 avqust 1924, Arad – 3 iyul 2015, Budapeşt) — Macar siyasi xadimi və tarixçisi, Macarıstan Demokratik Formunun yaradıcısı və üzvü. Dyörd Sabad 1990–1994-cü illərdə Macarıstan Milli Məclisinə sədrlik etmişdir. O, "Batyani Professorlar Cəmiyyəti"nin üzvlərindən biri olmuşdur. Dyörd Sabad 2015-ci ildə 90 yaşında vəfat etmişdir. == Əsərləri == A tatai és gesztesi Esterházy-uradalom (1957) Forradalom és kiegyezés válaszútján 1860–61 (1967) Hungarian Political Trends… 1849–1867 (1977) Kossuth politikai pályája (1977) Az önkényuralom kora 1849–1867 (1979) Miért halt meg Teleki László?
Dyörd Tsifra
Dyörd Tsifra (mac. Cziffra György; 5 noyabr 1921 — 17 yanvar 1994) — macar və fransız pianoçu və bəstəkar. == Bioqrafiyası == Dyörd Tsifra Budapeştdə kasıb macar qaraçı ailəsində dünyaya gəldi. Atası 1910-cu ildə Parisin kabare salonlarında və restoranlarında pianoda ifa edirdi. Birinci Dünya müharibəsinin başlanğıcından etibarən düşmən dövlətin vətəndaşı kimi həbs edilib və həyat yoldaşı və iki qızı Macarıstana beş kiloqramlıq baqaj ilə deportasiya edilib. Ailəsi yalnız müharibədən sonra bir araya gəldilər. Tsifranın oğlu Jorj Tsifra professional dirijor idi və atası ilə bir neçə konsert və yazılarda iştirak etdi. Ancaq 1981-ci ildə çıxan yanğında onun perspektivli karyerası ölümündən sonra kəsildi. Chiffre heç bir zaman orkestr ilə çıxış etməmiş və ya qeyd etməmişdi və bəzi tənqidçilər güclü duyğular təsirinin oyun keyfiyyətinə təsir etdiyini qeyd etdilər. Tsifra, 72 yaşındakı Longpont sur Orge, Essonne, Fransada, ağciyər xərçəngi ilə əlaqədar bir sıra komplikasyonlara səbəb olan bir infarkt nəticəsində vəfat etdi.
Dyörd Şarkozi
Dyörd Şarkozi (mac. Sárközi György; 22 yanvar 1899, Budapeşt – 8 mart 1945) — yəhudi əsilli macar şairi, tərcüməçisi və yazıçısı. == Həyatı == Nyuqat, Pandora (1927), Valas (1935-1938) və Kelet Nepe (1939) jurnalları ilə əməkdaşlıq edirdi. 1944-cü ildə Balfdakı işçi düşərgəsinə deportasiya edildi və orada vəfat etdi.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Büyura
Büyura (ərəb. البويرة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 557 metr yüksəklikdə yerləşir.Büyura ölkənin paytaxtı Əlcəzairdən təxminən 85 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 88,801 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Buira digər şəhərlərlə dəmir yolu və avtomobil yolu ilə bağlıdır. Ən yaxın hava limanı Əlcəzairdə yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı şəhər iqtisadiyyatının əsasını təşkil edir. Əsas şəhər ixracatı taxıl və zeytundur.
Daryurd
Daryurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daryurd kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd əvvəllər Salahlı adı ilə Novosaratovka kəndinin yaxınlığında olmuşdur. XIX əsrin ortalarında Novosaratovka kəndi salındıqdan sonra əhali həmin yerdən köçərək buradakı yurd yerlərində məskunlaşmışdır. Tədqiqatçılar oykonimi "darısqal, dar yurd" kimi izah edirlər. Yerli əhalinin məlumatına görə, kəndin əsl adı Töryurddur. Tör qədim türk dillərində "yüksək dağlıq ərazidə yerləşən otlaq" mənasındadır. Bu söz Azərbaycan dilinin qərb dialektində "yuxarı, baş" mənasında saxlanılmaqdadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin dağ tirələrindən birinin üstündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.
Dağyurd
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır. == Əhalisi == Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağyurd kəndinin əhalisinin faktiki sayı 380 nəfər, qeydiyyatdakı əhalinin sayı 388 nəfər təşkil edirdi.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Artur Dryuri
Artur Dryuri (3 mart 1891 – 25 mart 1961) — 1955–1961-ci illərdə FİFA prezidenti. == Həyatı == Rudolfun əvəzinə Dryurini FİFA prezidenti seçilməsini hamı gözləyirdi. Çünki həmin dövrdə Dryurinin futbol dünyasında böyük nüfuzu var idi. O, həmçinin İngiltərə Futbol Assosiasiyasının da rəhbəri idi. Artur Dryurinin FİFA prezidenti olduğu dövrdə İsveçrədə 6-cı Dünya Çempionatı təşkil olunur.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. == Etimologiyası == "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. == İkinci yurd == "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. == Yurdun təsviri == Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. == Həmçinin bax == İlk vətən Qohumluq münasibətləri Ana dili == İstinadlar == == Əlavə ədəbiyyat == Андерсон Б. Воображаемые сообщества.