Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qımız
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dilboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Simbioz
Simbioz (yun. syn – müştərək həyat) – iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə bilavasitə qarşılıqlı təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada Simbioz parazitizm də (bu halda antoqonist Simbioz adlanır) daxil olmaqla müxtəlif növlərdən olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitki və heyvan mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. Simbioz terminini ilk dəfə alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı Simbioza ən yaxşı misal mikorizadır. == Simbiogenez == Simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı illərində) irəli sürülmüşdür. Simbiogenez problemi hələlik mübahisəli olaraq qalır.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dilboz atı

Dimdim döyüşü
Dimdim döyüşü — Səfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur. == Yer == Döyüş İranın şimal-qərbində, Urmiya gölünün ətrafındakı Bradost bölgəsindəki İslamdan əvvəlki dövrə aid Dimdim qalasında baş vermişdir. Əmir xan Lepzerin tərəfindən yenidən ucaldılan qala sonda Səfəvi qoşunu tərəfindən ələ keçirildi. Sonradan isə Osmanlı valisinin əmrilə dağıdıldı. Qalanın dağıdılmasına baxmayaraq, bu gün qalannı dəqiq yeri hələ də müəyyən edilə bilir. Qalanın yerində qalanın divarlarının bir hissəsi və bəzi tikinti materiallarının qalıqları hələ də qalır. == Döyüş == Döyüş Dimdim qalası ətrafında baş vermişdir. Dağılan qala 1609-cu ildə Əmir xan Lepzerin tərəfindən bərpa edildi. O, genişləyən bəyliyinin müstəqilliyini həm Osmanlıya, həm də Səfəvilərə qarşı müdafiə etmək istəyirdi. Buna görə də, Dimdim qalasını bərpa edərək, orada möhkəmlənməyi planlayırdı.
Dinboz döyüşü
Dinboz və ya Dimbos döyüşü – Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında 1303-cü ildə baş vermis döyüş. Döyüş Osmanlı bəyliyinin qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == 1302-ci ildəki Bafeus döyüşündən sonra Anadoludakı döyüşçü-qazilərdən Bizasn imperiyasının tabeliyində olan torpaqlara doğru axınlar çoxalmışdı. O dövrki Bizans imperatoru II Andronikos isə Elxanilər ilə Osmanlı bəyliyi təhlükəsinə qarşı ittifaq qurmağa çalışırdı. İmperator II Andronikos bu ittifaq təşəbbüsünün reallaşmamasından sonra Osmanlı bəyliyinə təkcə öz qüvvələri ilə hücum etmək qrarını verir. == Döyüş == Döyüş haqqında yazılı mənbələrdə məlumatlar o qədər də çox deyildir. Bu döyüş barədə məlumatlar daha çox şifahı formada, ağızdan-ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Buna görə də, bu məlumatlar içində xeyli əfsanəvi ünsürlər vardır. Teodor Spandounesə görə, Dimbos və ya Dinboz (bu sözün din pozmaqdan törədiyi ehtimal edilir) bölgəsi Osmanlı bəyliyi tərəfindən ələ keçirilən ilk Bizans yaşayış məntəqəsidir. XV əsrin tarixi qaynağı olan AŞıkpaşazadə Qoyunhisar bölgəsində yaşanan Bafeus döyüşünə dair qaynaqlardan olan çıxarışları Dimbos bölgəsində baş veribmiş kimi dəyişdirərək Dinboz döyüşü anlayışını formalaşdırmışdır.
Dizbin (Əhər)
Dizbin (fars. ديزبين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (63 ailə).
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina.Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
II Kambiz
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559 – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
Simbioz hadisəsi
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Simsiz teleqraf
Radioteleqrafiya və ya simsiz teleqrafiya — teleqraf siqnallarının radio dalğaları ilə ötürülməsinə imkan verən telekommunikasiya sistemidir. Simsiz teleqraf və ya radioteleqrafiya, adətən CW (fasiləsiz dalğa), ICW (kəsintili fasiləsiz dalğa) ötürülməsi və ya açma-söndürmə kimi adlandırılan və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən A1A emissiya növü kimi təyin edilmiş, göndərən operatorun istifadə etdiyi radio rabitə üsuludur. Teleqraf açarından istifadə edir, açar radio ötürücünü açır və söndürür, adətən Morze əlifbasında mətn simvollarını kodlayan "nöqtələr" və "tire" adlanan müxtəlif uzunluqda modullaşdırılmamış daşıyıcı dalğa impulsları yaradır. Qəbul yerində kod radioqəbuledicinin qulaqcığında və ya dinamikində Morze əlifbasını bilən operator tərəfindən yenidən mətnə ​​çevrilən bir sıra vızıltı və ya siqnal səsləri kimi eşidilir.
Simsiz texnologiyalar
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Simsiz şəbəkə
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Simsiz USB
Simsiz USB (ing. Wireless USB, WUSB) — "Wireless USB Promoter Group" tərəfindən yaradılmış, ümumi USB əsaslı texnologiyaların mövcudluğunu artırmaq məqsədi daşıyan qısa diapazonlu, yüksək bant genişliyinə malik simsiz radio kommunikasiya protokolu. Onun Wi-Fi ilə əlaqəsi yoxdur və "Cypress WirelessUSB" təkliflərindən fərqlidir. 2009-cu ildə fəaliyyətini dayandıran "WiMedia Alliance" tərəfindən saxlanılırdı. USB Tətbiqçiləri Forumu onu rəqabət aparan UWB standartından fərqləndirmək üçün "Certified Wireless USB" texnologiyasını adlandırmağa üstünlük verir. Simsiz USB "WiMedia Alliance"ın "Ultra-WideBand" (UWB) ümumi radio platformasına əsaslanırdı. Bu, 3 metrə qədər məsafədə 480 Mbit/s və 10 metrə qədər məsafədə 110 Mbit/s ötürmə qabiliyyətinə malikdir. 3,1–10,6 GHz tezlik diapazonunda işləmək üçün nəzərdə tutulmuşdur, baxmayaraq ki, yerli tənzimləmə siyasətləri bəzi ölkələrdə qanuni əməliyyat diapazonunu məhdudlaşdıra bilər. Standarta dəstək "Linux" 5.4-də dayandırılmış və "Linux" 5.7-də silinmişdir. Standart artıq köhnəlmişdir və uzun illərdir ki, yeni avadanlıq istehsal olunmamışdır.
Andryu Diqbi
I Diniz
I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[…], Lissabon – 7 yanvar 1325[…], Santaren[d]) — Portuqaliya krallığının VI kralı.
İlbiz Paul
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı, Qərb xurafatı. Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir. Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir. Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib.
Mussa Diabi
Moussa Diaby (7 iyul 1999, Paris) —Bundesliqa klubu Bayer Leverkuzen və Fransa milli komandasında cinah hücumçusu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Paris Sen Jermen === Diabi Paris Sen Jermenin akademiyasının yetirməsidi. O, 13 yaşında kluba qoşulub və 2017-ci ildə B komandasında oynamağa başlayıb. Diabi Paris Sen Jermen akademiyasının ən perspektivli və ən yaxşı istedadı olaraq 2016-cı ildə Titi d'Or mükafatına layiq görülüb. ==== Kroton (icarə) ==== Diabi İtaliya A Seriyasının 2017-2018 mövsümünün ikinci yarısında Krotoneyə icarəyə verilib. Peşəkar debütünü 14 aprel 2018-ci ildə A Seriyasında Cenoa ilə matçda edib. O, səfərdə 1-0 hesabı ilə uduzduqları matçda 84-cü dəqiqədə Marçello Trottanı əvəz etdi. O, aprelin 18-də Yuventus ilə 1-1 heç-heçə etdikləri matçda Krotonenin heyətində daha bir matça çıxıb. ==== PSJ-yə qayıdışı ==== 14 sentyabr 2018-ci ildə keçirilən "Sent-Etyen"ə qarşı matçda 86-cı dəqiqədə qol vurub. Matç PSJ-nin 4-0 hesablı qələbəsi ilə başa çatıb.