DİLSİZ

sif.is.
1. Dili olmayan, lal.
// məc. Səssiz, cansız.
Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. M.İbrahimov.
Nə balıqlar danışırlar; Nə də cansız dilsiz daşlar. M.Seyidzadə.

2. məc. Yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz (adam).
Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLSİZ yazıq — fağır — aciz — sakit — müti — həlim — dinməz (adam)
  • DİLSİZ səssiz — cansız
  • DİLSİZ dilsiz bax 1. lal I; 2. yazıq 1
DİLRÜBA
DİLSİZ-AĞIZSIZ

Digər lüğətlərdə