Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəmirçilik
Dəmirçilik — orta əsrlərdə əsas əmək alətləri və silahlar dəmirdən düzəldilirdi. Dəmir həm də tikintidə, təsərrüfatda və məişətdə geniş tətbiq olunurdu. Tədqiqatlar dəmirçiliyin həm şəhər, həm də kəndlərdə mövcudluğunu təsdiqləyir. == Azərbaycanda dəmirçiliyin inkişafı == Azərbaycanın zəngin dəmir fılizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Dəmirçiliklə bağlı istehsalat komplekslərinin qalıqları arxeoloji qazıntılarla Şamaxı, Beyləqan, Qəbələ və Şabran şəhər yerlərində üzə çıxarılmışdır.. === Dəmirçiliyin tarixi === Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Bunun üçün fıliz parçaları kömür ilə birlikdə kürənin odluğuna yığılırdı. Qoşa körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pasa mütəmadi əlaraq qədgir vasitəsilə çıxarılıb təmizlənirdi. Lakin sırf dəmir əldə etmək üçün bu kifayət etmirdi.
Dəvəçilik
Dəvəçilik — Heyvandarlığın bir növü olub, dəvə saxlama və dəvə ilə yük daşıma işindən ibarətdir. Əsasən səhra, yarımsəhra və quru çöl ərazilərində yayılmışdır. Dəvəçilikdə süd, ət və yun əldə edilir. Üstəlik dəvədən minik və yük vastəsi kimi istifadə olunur. Bu kənd təsərrüfatı sahəsi ərəb və islam ölkələrinin arid ərazilərində yayılmışdır. 1997-ci ildə dünyada 19,63 mln baş dəvə olmuşdur. Bunun 6,1 mln başı Somalidə, 3,1 mln başı Sudanda yetişdirilmişdir. Üstəlik milyon baş Hindistan, Mavritaniya, Pakistan, Efiopiya ərazilərində mövcud olmuşdur. Mərkəzi Asiya və Qazaxıstan ərazilərində üç cins ikihürgüclü (Kalmıs, Qazax, və Monqol) və bir cins Bir hürgüclü (Arvana) dəvə yerişdirilir.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.