Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dinsizlik
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Azərbaycanda dinsizlik
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir.Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir. Ölkə üzrə həmin sorğuda iştirak edən insanların yalnız 20%-i dinin həyatlarında vacib olduğunu bildirmişdir.
Qazaxıstanda dinsizlik
Qazaxıstanda dinsizlik — Qazaxıstan vətəndaşlarının təxminən 3%-i dinsiz olaraq tanınır. == Haqqında == Daniyar Nauryzın sözlərinə görə, ateizm mövzusunda qadağa əslində informasiya baxımından tətbiq edildi. Həmçinin, Ridder-dən olan bir jurnalist və hüquq müdafiəçisi və Aleksandr Xarlamov dinlərarası nifrət oyatdığına görə həbs olundu. Xristianlıq və dindarların hisslərini təhqir edən müxtəlif dini cərəyanlar haqqında nəşrlərində ateizmi təbliğ etməkdə ittiham olunur. Milli Məclisin deputatı Jumatay Əliyev dinşünaslıqla yanaşı ateizmə də dərs deməyi təklif etdi. Qazaxıstanın siyasi partiyalarından ateizm və ateist təbliğat məclisdə təmsil olunur. Proqramın birində deyilir: “Kommunistlər vicdan azadlığının, hər hansı bir dinə etiqad etmək və ya heç bir etiqad etmə hüququnun tanınmasını, kilsə və məscidi dövlətdən, məktəbləri kilsə və məsciddən ayırmaq üçün müdafiə edirlər. Bununla yanaşı, kommunistlər dindarların hisslərini təhqir etməkdən çəkinərək, geniş ateist təbliğat aparırlar." Qazaxıstanda ateistlərə qarşı ayrı-seçkilik əlamətləri aşağıdakı faktlarla ifadə olunur: Təkamül nəzəriyyəsi elementlərini təhsil proqramlarından kənarlaşdırmaq cəhdləri. Dini fikrin yeganə mümkün mənbəyi kimi Əxlaq, ateizmin əxlaqı məhv edən dünyagörüşü kimi təbliği. Kütləvi informasiya vasitələrində dini mövqenin təbliği.
Ədəbsizlik
Ədəbsizlik ədəb qanunlarının, normalarının və ya standartlarının pozulmasıdır. Ədəbsizlik adətən insanlara və ya hərəkətlərə, daha geniş mənada qruplara, korporativ orqanlara və sənət əsərlərinə tətbiq edilir. Ədəb düzgün olan şeyləri nəzərdə tutduğundan, ədəbsizlik oğurluq, yalan danışmaq və öldürmək kimi yanlış şeylərə aiddir. Ancaq bu, tamamilə doğru bir fikir deyildir və çaşdırıcıdır, çünki fərdlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fərdi fikirləri mövcuddur. Bir çox insanlar öldürməyi ədəbsizlik nümunəsi olaraq düşünür, lakin bəzi insanlar jarqon kəlmələrdən istifadə kimi şeylərin ədəbsizlik olub-olmaması ilə bağlı razılaşa bilmirlər. Fərqli dinlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fikirləri mövcud olsa da, bu söz həmişə yanlış hərəkətlər və təcavüzlə əlaqələndirilmişdir.
Dənizli
Dənizli — Türkiyənin cənub-qərbində yerləşən sənaye şəhəri. Şəhərin əhalisi təxminən 577,000 (2013 siyahıyaalınması) nəfərdir. Dənizli ilinin inzibati mərkəzidir. Dənizli son bir neçə onillikdə, əsasən tekstil istehsal və ixracı ilə iqtisadi olaraq inkişaf etdi.
Dənizli ili
Dənizli - Türkiyədə il. Dənizli ili balıqçılıq sektorunda birincidir. Əhalisinin çoxu da balıqçılıqla məşğuldur. Bura Türkiyənin kurort bölgələrindən biridir. == Adının mənası == Adından bəlli olduğu kimi burada dənizçilik çox inkişaf etmişdir. Adı da məhz buradan götürülmüşdür. == Tarixi == Dənizli bizim eranın 150-ci ilində xanlar, şahlar, varlı insanlar tərəfindən qoyulmuşdur. Bunun sübutu da, Dənizlidəki yüzlərə arxeoloji qazıntılardır. Bura vaxtilə şahların iqamətgahı olub və onların sarayları indi də qalmışdır. Bura vaxtilə bir çox dövlətlərin paytaxt və yaxud mərkəz şəhəri olmuşdur.
Mustafa Dənizli
Mustafa Dənizli (10 noyabr 1949, Alaçatı, İzmir ili) — keçmiş türkiyəli futbolçu. İranın "Traktor Sazi" klunun baş məşqçisi. Türkiyənin "Altay" və "Qalatasaray" klublarının, həmçinin Türkiyə milli futbol komandasının futbolçusu olub. == Həyatı == Mustafa Dənizli 10 noyabr 1949-cu ildə Alaçatıda anadan olmuşdur. == Karyerası == === Klub karyerası === Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur. ==== Statistika ==== === Milli komanda karyerası === ==== Milli komandada oyunlar ==== ==== Milli komandada qollar ==== === Məşqçilik karyerası === 1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur.
Dengizik
Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406 – 469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaqanı. Atillanın 2-ci oğlu, İlekin kiçik, İrnekin də böyük qardaşı. == Həyatı == 453-cü ildə Atillanın ölümündən sonra digər qardaşları İlek və İrneklə ayrı hökmranlıq etdilər. Çökən imperiyanın bir hissəsində üç qardaş fərqli bölgələrdə hökmranlıq edirdi. 460-cı ilin ilk yarısından etibarən Dengizik və İrnek vəziyyətlərini bərpa etməyə çalışdılar. Konstantinopola elçi göndərdilər. Sülh müqaviləsi bağlamaq, dostluq qurmaq istəyirdilər. Dunayın bir hissəsində Hunlar və Romalılar üçün sərbəst ticarət bazarının qurulmasını tələb etdilər, lakin I Leo bu istəkləri rədd etdi. Bu qərardan sonra iki qardaş ayrıldı. Dengizik bunu təhqir olaraq gördü və döyüşmək istədi, İrnek isə yeni cəbhə açmağın əleyhinə idi.
Evsizlik
Evsizlik — sosial-iqtisadi problem olaraq müntəzəm sığınacaq sahibi olmama halıdır. Küçələr, tərk edilmiş yerlər, gecə istifadəsi aşağı olan şəhər yerləri adətən evsiz sığınacaq yerləridir. Evsizlik hadisəsini yaşayan şəxsə evsiz deyilir. 2015-ci ildə QHT-nin məlumatına görə, Bakıda 50.000 civarında evsiz var.