ƏDƏBSİZLİK

is. Ədəb və tərbiyə nöqsanı, tərbiyəsizlik, nəzakətsizlik, qanacaqsızlıq. Ədəbsizlikdən doğan kobudluq.
// Ədəbsiz hərəkət, söz. Ədəbsizlik etmək. – Molla başını qaldırıb Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. “M.N.lətif.”.
Zeynalın bu ədəbsizliyinə qarşı Dursun o qədər də susmayırdı. A.Şaiq.
Bu zamanlarda bəzi narəva hallar üz verib, bir taqım ədəbsizliklər olmuşdusa da, Mehriban onlara göz yumub qatlaşmışdı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏDƏBSİZLİK ƏDƏBSİZLİK [Töhrə:] Mən isə deyərdim, qurusun o dillər ki, ədəbsizlik, əxlaqsızlıq yayır... (M.İbrahimov); BİƏDƏBLİK Bala Sultan: Mən bu tövr biədəbli
  • ƏDƏBSİZLİK tərbiyəsizlik — nəzakətsizlik — qanacaqsızlıq
  • ƏDƏBSİZLİK qabalıq — kobudluq — diliuzunluq — hörmətsizlik
ƏDƏBSİZCƏSİNƏ
ƏDƏD
OBASTAN VİKİ
Ədəbsizlik
Ədəbsizlik ədəb qanunlarının, normalarının və ya standartlarının pozulmasıdır. Ədəbsizlik adətən insanlara və ya hərəkətlərə, daha geniş mənada qruplara, korporativ orqanlara və sənət əsərlərinə tətbiq edilir. Ədəb düzgün olan şeyləri nəzərdə tutduğundan, ədəbsizlik oğurluq, yalan danışmaq və öldürmək kimi yanlış şeylərə aiddir. Ancaq bu, tamamilə doğru bir fikir deyildir və çaşdırıcıdır, çünki fərdlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fərdi fikirləri mövcuddur. Bir çox insanlar öldürməyi ədəbsizlik nümunəsi olaraq düşünür, lakin bəzi insanlar jarqon kəlmələrdən istifadə kimi şeylərin ədəbsizlik olub-olmaması ilə bağlı razılaşa bilmirlər. Fərqli dinlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fikirləri mövcud olsa da, bu söz həmişə yanlış hərəkətlər və təcavüzlə əlaqələndirilmişdir.

Digər lüğətlərdə

горды́ня кана́тный преприя́тный сгна́иваться схи́миться хлопкосе́ющий выпы́тывающе ено́товый лезть на́ стену отфутбо́ливать хо́рный circumaviate gadroons hepcat metatheory mismarriage tent-pin vice-county аэропорт выбывать навостриться сбруя фраза элите этиловый