Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Xəramə
Xəramə- İranın Fars ostanının şəhərlərindən və Xəramə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,683 nəfər və 5,189 ailədən ibarət idi.
Dəram
Dəram (az.-əbcəd درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Dərabad (Ərdəbil)
Dərabad (fars. دراباد‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (103 ailə).
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. == Həyatı == İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. === Şəxsi həyatı === Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Kəramə (Miyanə)
Kəramə (fars. كرامه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (50 ailə).
Xəramə şəhristanı
Xəramə şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xəramə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 57,372 nəfər və 13,731 ailədən ibarət idi.
Banarı (Dəram)
Banarı (az.-əbcəd بانارێ‎, fars. بنارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 38 nəfər yaşayır (15 ailə).
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Sepidərə-i Dərmə (Sərdəşt)
Sepidərə-i Dərmə (fars. سپيداره دارمه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 152 nəfər yaşayır (28 ailə).