Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Fərq
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. == Rayonları == Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fəraz Kəmalvənd
Fəraz Kəmalvənd (26 dekabr 1976, Xurrəmabad, Luristan, İran) — Təbrizin Traktor Sazi futbol klubunun keçmiş (2008-2011) baş məşqçisi. Fəraz Kəmalvənd İranda peşəkar futbol məşqçilərindən sayılır və İran yüksək futbol liqasında ən gənc baş məşqçidir. Fəraz Kəmalvənd Traktor Sazi futbol klubunu 7 ildən sonra bir daha İran Futbol üstün liqasına qaytarmağa görə, Güney azərbaycanlılar arasında dərin hörmətə sahib olmuşdur.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Məxdumqulu Fəraqi
Məhdumqulu (türkm. Magtymguly Pyragy; ing. Magtymguly; azərb. Məxdumqulu Fəraqi‎; təq. 1733 – təq. 1782[…], Gülüstan ostanı) — türkmən şairi, Dövlətməhəmməd Azadinin oğlu == Həyatı == Şair Dövlət-Məmmədin oğlu, türkmən ədəbiyatının görkəmli nümayəndəsi Məhtumkulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olmuşdur. Məhtumkulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin, Qışıq qoluna aiddir. Yetkin çağlarında Məhtumkulu özünə Fərağı ləğəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. Bundan başqa Məhtumkulu uşaqlıqdan zərgərlik və dəmirçiliklədə məşğul olub.
Şəbnəm Fərah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. == Həyatı == Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Məhtimqulu Fəraqi
Məhdumqulu (türkm. Magtymguly Pyragy; ing. Magtymguly; azərb. Məxdumqulu Fəraqi‎; təq. 1733 – təq. 1782[…], Gülüstan ostanı) — türkmən şairi, Dövlətməhəmməd Azadinin oğlu == Həyatı == Şair Dövlət-Məmmədin oğlu, türkmən ədəbiyatının görkəmli nümayəndəsi Məhtumkulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olmuşdur. Məhtumkulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin, Qışıq qoluna aiddir. Yetkin çağlarında Məhtumkulu özünə Fərağı ləğəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. Bundan başqa Məhtumkulu uşaqlıqdan zərgərlik və dəmirçiliklədə məşğul olub.
Fərat vulkanı
Fərat vulkanı (ərəb. بُرْكَان الْفُرَات‎, Burkan əl-Furat) — Suriyada vətəndaş müharibəsi zamanı qurulan birgə əməliyyat otağı və koalisiya. Əsasən Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (XMB) və Azad Suriya Ordusunun (ASO) müəyyən fraksiyalarından ibarət olmuşdur. Qrup İraq və Şam İslam Dövlətini Hələb və Rəqqə mühafəzələrindən çıxarmaq üçün mübarizə aparmışdır. 2015-ci ilin oktyabrında Vaşinqtonda yerləşən "Institute for the Study of War" qurumu "Fərat vulkanı"nı Hələb mühafəzəsindəki "güc vasitəçilərindən" biri hesab etmiş, ilk növbədə "İŞİD-ə qarşı" olduğunu, lakin mütləq "rejim əleyhdarı" olmadığını əlavə etmişdir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Fərd
Fərd— bir şəxs. == Ümumi məlumat == Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Gərd
Gərd (Ermənistan)
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Klermon-Feran
Klermon-Feran (fr. Clermont-Ferrand) - Fransanın mərkəzi hissəsinin cənubunda şəhər və kommunadır, Overn bölgənin paytaxtıdır. Şəhər təxminən 410 metr dəniz səviyyəsindən yuxarı hündürlükdə yerləşir. Ətraflarda çox dağlar var, həmçinin sönmüş vulkanlar.
Phytoseius ferax
Phytoseius ferax (lat. Phytoseius ferax) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius ferax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şebnem Ferah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. == Həyatı == Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bərdə Zərd (Bükan)
Bərdə Zərd (fars. برده زرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 984 nəfər yaşayır (202 ailə).
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Əbdüləziz Cərad
Əbdüləziz Cərad (ərəb. عبد العزيز جراد‎; 12 fevral 1954, Xenşela) — Əlcəzair Xalq Demokratik Respublikasının sabiq Baş naziri. == Həyatı == Cərad 12 fevral 1954-cü ildə Xenşelada anadan olub. 1976-cı ildə Əlcəzair Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra Parisdəki Nanter Universitetində təhsilini davam etdirdi və doktorluq dərəcəsini aldı. Əlcəzair Universitetində siyasi elmlər professoru olaraq da çalışmış və bir neçə kitab nəşr etdirmişdir. 1989–1992-ci illərdə Cərad Əlcəzair Milli Hökumət Məktəbinin direktoru idi. == Siyasi fəaliyyəti == === 1990-lar === 1996–2000-ci illərdə Əbdüləziz Cərad Əlcəzair Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş direktoru oldu. Cərad Əli Kafi, Liamin Zerual və Əbdüləziz Buteflikanın rəhbərliyi altında xidmət etmişdir. Lakin, 2003-cü ildə Buteflika dövründə kənarda qaldı və o zamandan bəri keçmiş prezidentin açıq tənqidçisinə çevrildi. === Baş nazir fəaliyyəti === 28 dekabr 2019-cu ildə Prezident Əbdülməcid Təbbun Cəradı Əlcəzairin Baş naziri təyin etdi və dərhal yeni hökumət qurmaq tapşırığını verdi.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.
Atriplex fera
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.