DƏRD

is. [ fars. ]
1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə.
( Ata. sözü ) …Mahnı adamın bütün dərdini unutdurur… M.Hüseyn.

// Haqqında düşünmək lazım gələn, qayğıya səbəb olan şey; ürəyi incidən daxili sıxıntı; qayğı, qeyd.
Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil… C.Məmmədquluzadə.

// Əndişə, fikir, qayğı.
Axşamın qaranlığı çökdükcə [Telmanın] dərdi, kədəri artır, onu qayğı alırdı. S.Hüseyn.
Kimsə gəlinin dərdindən agah ola bilmir. Çəmənzəminli.

2. Ağrı, bədən nasazlığı, xəstəlik, azar. Dərdi olan dərman arar. ( Ata. sözü ).
[Əvvəlinci azarlı:] Ax! Ax! …Vallah, bilmirəm ki, bu nə dərddi ki, gəlib yapışıb yaxamdan. C.Məmmədquluzadə.

// Məc. mənada.
Zakirəm, sızlaram misli-əndəlib; Tapmayıb dərdimi, əl çəkdi təbib. Q.Zakir.

3. məc. Ürəkdəki sözlər, gizli arzular; sirr, fikir, düşüncə, məqsəd. Onun bircə dərdi var, o da mühəndis olmaq.
4. Qarğış mənasında (bəzən “canına” sözü ilə).
– Sonra, Əsgər bəy, canına dərd buyururam. N.Vəzirov.
[Zeynal:] Zəhər, boğma, dərd, azar!… C.Cabbarlı.

◊ Dərd almaq – bir şeyin fikri ilə, qayğısı ilə məşğul olmaq, bir şeyin iztirabını çəkmək.
Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə keçəcəkdən xəbərim var idi. C.Məmmədquluzadə.

Dərd çəkmək1) acı bir hadisəni daim xatırlayaraq çox kədərlənmək, qəm-qüssə etmək, ruhi iztirab çəkmək.
Yol kəsib haramılar; Dərd çəkir yaralılar. (Bayatı).
[Dərviş:] Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır. Ə.Haqverdiyev.
[Zərqələmin] …üzündəki kədər onun daxilən … bir dərd çəkdiyini bildirirdi. Ə.Sadıq;

2) bax dərdini çəkmək.
Ağa dərviş! Deyirlər, el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir. N.Vəzirov.

Dərd eləmək (etmək)1) bax dərd çəkmək;
2) ürəyinə salmaq, bir şeyi özü üçün qayğı obyekti etmək.
Dərd əhli – özü dərd çəkdiyi üçün başqasının dərdini bilən, onun dərdini başa düşən adam.
Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi.
Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, ey əcəb! S.Ə.Şirvani.
Özün bir dərd əhli, bir qədir bilən; Danışıban deyən, oynayıb-gülən. Aşıq Pəri.

Dərd gəlmək – bax dərd olmaq.
Dərd götürmək – bax dərd almaq.
Məni dərd götürdü. Mir Cəlal.

Dərd olmaq – qayğı, fikir obyekti olmaq, hər zaman üzərində düşünülməsini tələb edən, həmişə narahat edən bir iş olmaq.
…Hər şey Pəri nənəyə dərd olmuşdu. M.Hüseyn.

Dərd vermək – dərdlənməsinə, kədərlənməsinə, mənəvi əzab və iztirab çəkməsinə səbəb olmaq.
Gəlişin ruhuma dərd verir, aman! Məhəbbət dəmidir, bahar, ay bahar! S.Vurğun.

Dərd yarıdır – bir şeyin lazım olduğundan daha az, arzu edildiyindən daha pis olduğunu göstərən ifadə.
Vahid, heç olmasa, dərd yarıdır, aləmdə yenə; Bizə rəhm eyləsə mindən biri cananələrin. Ə.Vahid.

Dərdə batmaq – bir şeyin fikri, qayğısı ilə məşğul olmaq, bir şeyi özünə dərd etmək.
Bu gecə Kosa dünyanın dərdinə batdığı halda, … pişik kefə batmışdı. S.Rəhimov.

Dərdə düşmək1) (bəzən “canı” sözü ilə) xəstələnmək, bir xəstəliyə tutulmaq;
2) bir şeyi özünə dərd etmək.
Mən düşən dərdə düşsə; Mum olur, dağ da ərir. (Bayatı).
Cahanda düşdünsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə… S.Vurğun.

Dərdə giriftar etmək, dərdə salmaq – dərdə düçar eləmək, dərdə salmaq, dərdlənməsinə səbəb olmaq.
Oğlanı dərdə salan; Bir alagöz gəlindir. (Bayatı).
Çəkərsən boynuna pərdə; Salarsan aşiqi dərdə. Q.Zakir.
Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi ruzigar, ey dust! S.Ə.Şirvani.

Dərd(in)ə qalmaq – birinin dərdini, fikrini çəkmək, birinin qeydinə qalmaq, haqqında düşünmək.
Əsrlərdən bəri, illərdən bəri; Dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq.

Dərdindən dəli (dəli-divanə) olmaq – bax dərdindən ölmək.
Dərdindən ölmək1) itirmiş olduğu ən əziz bir şeyi daim düşünmək, xatırlamaq və dərin iztirab nəticəsində özünü tələf etmək;
2) məc. son dərəcə sevmək, dəlicəsinə sevmək.
Şərbaf Qasıma, bəzzaz Ağa Qənbərə getmir; Dərdindən ölür, Molla Ələsgərə də getmir. Ə.Nəzmi;

// Son dərəcə qeydinə qalmaq, fikrini çəkmək, qayğısını çəkmək, maraqlanmaq.
Dərdinə dərman (çarə) eyləmək (etmək, olmaq) – birini düşmüş olduğu ağır vəziyyətdən, iztirabdan, qayğıdan, dərddən qurtarmaq üçün çarə tapmaq.
A kişi … xəbərin yoxmu, dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı! N.Vəzirov.
Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı.

Dərdinə qalmaq – bax dərdinə yanmaq.
Dərdinə şərik olmaq – birinin dərdini yüngülləşdirmək üçün ona təsəlli vermək, hüsn-təvəccöh göstərmək, onunla bərabər kədərlənmək.
Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı.

Dərdinə yanmaq – yazığı gəlmək, halına acımaq.
Dərdini açmaq (açıb tökmək) – sirrini, ürəyindəkiləri açıb söyləmək.
[Firidundan] savayı heç kəsə dərdimi açmaram. Ə.Haqverdiyev.
[Zeynalın] keçən gün əli hər şeydən üzülüb öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn.
Kosa dərdini açmaq, məsləhət almaq üçün bir ürək sirdaşı axtarırdı. S.Rəhimov.

Dərdini çəkmək – bir şeyin, yaxud başqasının fikrini, qayğısını çəkmək.
[Sevinc:] Qaşqay, niyə belə kefsizsən? Yoxsa, dostunun dərdini çəkirsən? Z.Xəlil.

Dərdini dağıtmaq – fikrini, zehnini məşğul edən bir qayğını, kədəri, qüssəni, qəmi özündən uzaqlaşdırmaq.
[Cahandar ağa] … bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. İ.Şıxlı.

Dərdini təzələmək – yaddan çıxmış acı bir hadisəni yadına salaraq ruhi iztirab vermək, dərdləndirmək, kədərləndirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRD dərd bax 1. xəstəlik; 2. qəm
  • DƏRD sirr — fikir — düşüncə
  • DƏRD qəm — qüssə — kədər — iztirab

Antonimlər (əks mənalı sözlər)

  • DƏRD DƏRD – SEVİNC Dərd içində yaşadı; Yazdı sevinc nəğməsi (B.Vahabzadə)
DƏRC
DƏRD-BƏLA
OBASTAN VİKİ
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Abi-Dərdə türbəsi
Abi-Dərdə türbəsi — Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin tanınmış ziyarətgahlarından biri. Abi-Dərdə Yardımlı rayonunun Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır. == Memarlıq xüsusiyyətləri == Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülmüş və günbəzlə örtülmüşdür. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilmişdir == Tarixi == Türbənin kitabəsi olmadığından orada uyuyan şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. O, türbə haqqında məlumat verərkən yazmışdır: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılmışdır ).
Dərdcə yarımadası
Dərcə yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistanın Balkan vilayəti ərazisində yerləşir. Yarımadanın şimalında Türkmənbaşı körfəzi, cənubunda isə Şimali Çələkən körfəzi vardır. Ən hundür nöqtəsi Cadır dağı 17 m (d.s) və Kocanlıdır ki onunda hündürlüyü. 24 m (d.s) təşkil edir. XX əsrin əvəllərində Önxəzər dəmir yolu inşa edilmişdir. Bir zamanlar ərazidə Uzun-ada stansiyası vardı. Hazırda isə təkcə Molla-Qara stansiyası fəaliyyət göstərir. Ərazi bütünlüklə qumlu səhradan ibarətdir. Bu səbəbdən calılar aləmindən məhrumdur. ada ərazisində yerləşir.
Dərdimə şərik ol (roman)
Dərdimə şərik ol — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Roman Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == Moskvanı nahaq yerə indinin "oğru Roması", "dünyanın kriminal paytaxtı", "Rusiya Çikaqosu" adlandırmırlar. Moskva quldur müharibələrinin döyüş arenasına çevrilib. Burada adi quldurlar deyil, kriminal aləmin kralları toplaşıblar. Burada, sadəcə olaraq, cinayətlər törədilmir, həm də "quldur siyasətinin" aglasığmaz dərəcədə iyrənc çəkişmələri gedir. Satılmış və ya qorxmuş asayış orqanları susur. Bəs yeni "Vətəndaş müharibəsini" - mafioz qruplaşmaların müharibəsini kim dayandıracaq?...
Xudafərin-dərdi dərin (film, 1990)
== Məzmun == Kinolent Azərbaycan memarlığının nadir nümunəsi olan Xudafərin körpülərinə həsr olunmuşdur. Filmdə Azərbaycanı İranla bağlayan bu körpülərin dağılmaq təhlükəsindən danışılır və qeyd olunur ki, vaxtilə bu körpülər sərhəd yaxınlığında ticarətin inkişafına, dostluğun möhkəmlənməsinə xidmət etmişdir. == Film haqqında == Film Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Azəryar Ssenari müəllifi: Cəfər Qiyasi Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Əbu əd-Dərda
Əbu əd-Dərda (580, Mədinə – 653, Dəməşq, ərəb. أبو الدرداء‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Əbu əd-Dərda Mədinədə doğulmuş, Xəzrəc qəbiləsinin əl-Haris nəslindən idi. Bədr döyüşündən sonra hicrətin ikinci ilində İslamı qəbul edir. O, ticarətlə məşğul idi, lakin İslamı qəbul etdikdən sonra bu işi tərk edərək zahid həyat tərzi keçirir. O, Uhud döyüşündə və müsəlmanların məkkəlilərə qarşı digər döyüşlərində iştirak etmişdir. Quran, hədislər və İslam hüququ (fiqh) üzrə mütəxəssis olur. Xəlifə Osman ibn Əffanın dövründə əvvəlcə ona təklif olunan dövlət vəzifəsindən əl çəkmiş və insanlara İslamın əsaslarını öyrətməyə başlamışdır. Bununla belə, o, Suriyanın qazisi olmağa razı olur. O, üçüncü Saleh xəlifə Osmanın öldürülməsindən əvvəl 653-cü ildə vəfat etmişdir.

Digər lüğətlərdə

-итёнок- ...ли́цый довёртывать зашвырну́ть наси́льничание наслажда́ться отпеча́таться перекукова́ть студени́стый трёхты́сячная бо́йко групе́тто моло́чно-животново́дческий рябо́к гора камедь портфель airman langue d'oc Newtonian night table optima впускной забыться увядать