Vərziqan
Vərzəqan, Vərziqan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Vərziqan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,549 nəfər və 930 ailədən ibarət idi.
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Vərziqan ətrafında olan, dünyanın yüzdə 3 ümumi olaraq tanınan mis rezervuarına malik olan Süngün mis mədəni və Əndəriyan qızıl mədəni üçün məşhurdur.
2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur.