Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdullah ibn Rəvaha
Abdullah ibn Rəvaha (bilinmir, Mədinə – 629, Muta[d], ərəb. عبدالله ابن رواحة‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. O, Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur. Müsəlman olduqdan sonra Əqəbə beyətində (sadiqlik andı) mədinəlilərin sıralarında yer almışdır. Məhəmməd peyğəmbərin yaxın səhabəsi, eləcə də katibi olmuşdur. Bədr döyüşü, Uhud, Xəndək, Xeybər döyüşlərində müsəlmanların sıralarında vuruşmuşdur. Muta döyüşündə qəhrəmancasına vuruşaraq şəhid olan Abdullah ibn Rəvahanın gözəl şeir yazmaq bacarığının olduğu da qeyd edilir. O, bəzi bütpərəst şairlərin Məhəmməd peyğəmbərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı cavablar yazdığı bilinir. Bu isə Quranda (26: 224-227) qeyd edilmişdir.
Deşdahat
Deşdahat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Toponimikası == Deşdahat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə Böyük "at (indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan yerdə saldığına görə belə adlandırılmışdır. Oykonim dəşt (İran dillərində "çöl") və Hat (toponim) komponentlərindən düzəlmiş bu coğrafi ad "çöldə yerləşən Hat kəndi" mənasındadır. Dəştəhat variantında da qeydə alınmışdrr.