Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəyirmanlı
Dəyirmanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dəyirmanlı oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim "dəyirman olan yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1655 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmanlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmanlar
Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.
Dəyirmanlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə,pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal,yanacaq tərkibli-alov,yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement,əhəng,gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar,millər) fırlanması zamanı və üyüdülən obyektlər («yük» adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
"Sədərək" un dəyirmanı
"Sədərək" un dəyirmanı — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yeyinti sənaye müəssisəsi. == Haqqında == 2004-cü ildə istifadəyə verilmişdir. Gündəlik istehsal gücü 15 t-dur.
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dərnəgül Dəyirmanı (1991)
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).
Skobelev qardaşlarının dəyirmanı
Skobelev qardaşlarının dəyirmanı — Bakıda malakan Sergey və İvan Skobelev qardaşları tərəfindən tikilmiş dəyirman binası. Bəzi mənbələrdə onların bu dəyirmanı Hacı Zeynalabdin Tağıyevlə birlikdə tikdirdikləri də qeyd olunub. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Skobelev qardaşları == 1820-ci ildən başlayaraq, malakanlar öz dini inanclarına görə Cənubi Qafqaza, Krıma, Sibirə və digər ərazilərə sürgün ediliblər. Azərbaycanın da bir çox bölgələrinə köçürülən malakanlar əsasən kənd təsərrüfatı ilə məşğul olublar. Skobelev qardaşları 1860-cı ildə Bakıya köçməmişdən qabaq Mərəzə kəndində əkinçiliklə məşğul olublar. Bakıya gəldikdən sonra onlar ikinci malakan icmasının üzvü olublar. Sergey və İvan Skobelev qardaşları 1872-ci ildə Bakıda 2 buxar maşınlı dəyirmanın əsasını qoyurlar. == Haqqında == Skobelev qardaşları 1902-ci ildə Bakıda yeni dəyirmanı tikmək üçün Bakı Şəhər Dumasına müraciət etdikdə 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri olmuş Aleksandr Novikov buna qarşı çıxıb.O bunu onunla əsaslandırırdı ki onların dəyirmanı tikmək istədikləri ərazi gələcək 10 ildə şəhərin mərkəzinə çevriləcək. Yaratdığı səs küy və narahatlığa görə o dəyirmanın şəhərin kənarında tikilməsini istəyirdi.
Dərnəgül dəyirmanı (film, 1991)
Dəyirmandağ
Dəyirmandağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Dəyirmandağın ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Faiq Qəzənfəroğlu — jurnalist-filosof; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi. Rizvan Cəfərli — hüquqşünas, şair-publisist. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmandağ bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.