moulin

m dəyirman; ~ a vent yel dəyirmanı

mouette
mourir
OBASTAN VİKİ
Moulin Rouge! (film, 2001)
Moulin Rouge! — 2001-ci ildə istehsal edilmiş, musiqili, romantik film. Filmin rejissoru, orodüsseri və ssenari müəllifi Baz Luhrmanndır. Qırmızı Pərdə prinsipi əsasında hazrlanmış filmdə Orfey əfsənəsi və Cüzeppe Verdinin "La Traviata" operasının motivlərindən istifadə edilmişdir. Filmdə gənc ingilis yazıçı – şairi olan Kristianın, ölümcül xəstə olan,Mulen Ruj gecə klubunun ulduzu, kabare aktrisa və kurtizan Satinə qarşı olan məhəbbətindən bəhs edilir. Hadisələr, incəsənət adamlarının yaşadığı ərazi kimi tanınan, Parisin Montmartre məhəlləsində cərəyan edir. Film səkkiz Oskar mükafatına namizəd göstərilmiş: Ən yaxşı bədii rejissor və Ən yaxşı paltar dizaynı nomanasiyalarında qalib gəlmişdir. Bu film iyirmi iki il ərzində Ən yaxşı şəkil nominasiyasında namizədliyi irəli sürülən ilk musicl idi. Film Avstraliyanın Sidney şəhərində, Fox Studiyasında çəkilmişdir. == Süjet == Filmdə hadisələr, 1900-cü ildə Paris şəhərində cərəyan edir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. == Mahnılar == Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.