Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Audoin qağayısı
Dominikan qağayısı
Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir. == Yayılması == Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Ermənistan qağayısı
Ermənistan qağayısı (lat. Larus armenicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur. == Xüsusiyyətləri == Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir. == Yuva == Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər. == Yayılış == Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrail və Sinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.
Göl qağayısı
Chroicocephalus ridibundus (lat. Chroicocephalus ridibundus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin chroicocephalus cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Böyüklükləri 38–44 sm, qanad açıqlıqları 94–105 sm qədərdir. Yay fəslindəki yetkin quşların şokolad rəngli bir başı, açıq boz bədəni, qara uclu ilk qanad tükləri və qırmızı dimdik və ayaqları vardır. Yetkinliyə çatması 2 il çəkir. İlk il quşlarının quyruq ucunda qara zolaqlar vэ qanadlarda tünd sahələr görülür. == Ekologiyası == Koloniyalar halında böyük qamış yataqları və ya bataqlıqlarda və adalarla göllərdə yaşayırlar, yerdə yuva qururlar. Açıq dəniz quşları deyillər. == Qidalanma == Şəhərlərdə zibil qarışdırır və ya onurğasız heyvanları ovlayırlar.
Qütb qağayısı
Qütb qağayısı (lat. Larus glaucoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64–65 sm olur. Çəkiləri 1,5–2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur. == Yayılması == Qütb qağayıları Asiya, Şimali Amerika və Avropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər. == Qidalanması == Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər.
Xəzər qağayısı
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi. == Təsviri == İri parlaq rəngli quşun elədə böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.
Şərq qağayısı
77-ci dağatıcı diviziya
Serqo Orconikidze adına Qırmızı Bayraqlı 77-ci dağatıcı diviziya — İkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin hərbi hissəsi, milli Azərbaycan hərbi birləşməsi (1940-cı ilə qədər). == Tarixi == 1920-ci il oktyabrın 20-də Bakıda 1-ci birləşdirilmiş azərbaycanlı fəhlə və kəndli sovet atıcı diviziyası kimi yaradılmışdır. 1924-cü ilə qədər hərbi birləşmə Qırmızı Bayraqlı Qafqaz ordusunun ərazi vahidinə daxil idi. 1929-cu ildə diviziya dağatıcı heyətinə çevrildi. SSRİ Hərbi Respublika Şurasının 29 oktyabr 1930-cu il tarixli 218 nömrəli əmri ilə hərbi birləşmə Serqo Orjonikidzenin adı ilə adlandırıldı. 1935-ci ildə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. Hərbi Nazirliyin 21 may 1936-cı il tarixli 072 nömrəli əmrinə uyğun olaraq nömrələnmə dəyişikliyinə görə diviziya Serqo Orjonikidze adına 77-ci Azərbaycan Dağatıcı Qırmızı Bayraq Diviziyası adlandırıldı. 1937-ci ilin iyulunda diviziyanın komandiri Q.M Vəzirov həbs edilmiş və güllələnmişdir. Dviziyanın digər zabitləri də repressiyaya məruz qaldılar. 1938-ci ilin may ayında 77-ci Azərbaycan dağatıcı diviziyasının 2-ci artilleriya diviziyası həyəcan siqnalı ilə qaldırıldı və qatarla Uzaq Şərqə göndərildi.
Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. == Həyatı == 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Ağakişi Kazımov
Ağakişi Şəmməd oğlu Kazımov (28 noyabr 1935, Ağcabədi – 8 oktyabr 2021, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti (2000), professor. == Həyatı == Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir. 1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir. == Fəaliyyəti == 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır. 1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A. Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S. Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s.
Ağakişi bəy
Ağakişi bəy — II Şəki xanı. I Şəki xanı Hacı Çələbi xanın oğlu, III Şəki xanı Məhəmmədhüseyn xanın əmisi.
Yezidxan asayişi
Yezidxan Asayişi (kürd. Asayîşa Êzîdxanê; mənası – "Yezidxan Təhlükəsizlik Qüvvələri") — PKK-ya bağlı Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda polis qüvvələri. Bu qüvvələr yezidilərin təşkilatıdır və məqsədi azlığın hüquqlarını qorumaqdır. Onun Sincarda PKK-nın təlim keçdiyi polis təlim məntəqəsi var. Qüvvə İraq hökumətindən də rəsmi maliyyə yardımı alır. Yezidxan Asayişi rəsmi olaraq Sincar Müqavimət Birliklərinə tabe deyil və institusional güclərdən asılılığı azaltmağa çalışır. 2014-cü ilin avqustunda "Peşmərgə" qoşunlarının geri çəkilməsi nəticəsində "Peşmərgə"nin müdafiə xətlərini aşaraq yezidilərin yaşadığı ərazilərə keçən İŞİD yezidilərə soyqırımı törətmiş, buna görə də rəsmi güclərə inam azalmışdır. Yeni qurulan qüvvələrin məqsədi, yezidilərin ölkəyə geri qayıtmasını təmin etmək üçün PKK və Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda təhlükəsizlik yaratmaqdır. Son zamanlar yezidilərin təxminən 90%-i hələ də Sincara qayıtmamışdırb. İraq Kürdüstanı bölgəsinin Kürdüstan Demokrat Partiyası (KDP) ilə gərginlik var, çünki KDP yenidən Sincar dağlarında hökmranlıq etmək istəyir.