Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalğaqıran
Dalğaqıran (brekvater) — port akvatoriyası, dəniz, göl, su hövzələri və s.nin sahilboyu hissəsini dalğalardan (külək dalğalarından) və axınlardan mühafizə edən hidrotexniki qurğu. == Haqqında == Dalğaqıran dalğalardakı enerjini söndürür və ya dalğalar ondan əks olunaraq geri qayıdır. == Növləri == Təyinatına və konstruktiv əlamətlərinə görə hüdudlayıcı (qoruyucu) və sahil qoruyan dalğaqıranlar olur. Hüdudlayıcı dalğaqıran liman akvatoriyasının girişində, sahilə toxunmayan hissədə yerləşdirilir. Belə dalğaqıranlar bütöv (şaquli və ya maili profilli, eləcə də qarışıq tipli), açıq (su buraxmaq üçün deşikləri olan), üzən, pnevmatik və hidravlik növlərə ayrılır. Gəmiçilik işləri dalğaqıranın bir və ya hər iki tərəfindən yerinə yetirilə bilər. Şaquli profilli bütöv dalğaqıranlar qra vitasiyalı və yortaclı olur. === Qravitasiyalı dalğaqıran === Qravitasiyalı dalğaqıran beton bloklardan (400 t-adək), yaxud daş əsas üzərində qurulmuş böyük diametrli örtüklərdən (qabıq konstruksiyalardan) düzəldilir. Yortac tipli dalğaqıran (iki cərgəli, yaxud özəkli konstruksiya) qruntla doldurulub bərkidilmiş yortac və ya şpuntdan qurulur. Maili profilli bütöv dalğaqıranlar yamacları bərkidilmiş və ya bərkidilməmiş torpaq damba növlərinə ayrılır.
Danaqıran
Danaqıran (lat. Merendera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Bəzək əhəmiyyətli, efir yağlı, dərman bitkisidir. Aralıq dənizi sahillərində, Yaxın Şərqdə, Hindistanda bitkinin 10 növü məlumdur. Azərbaycan florasında isə 5 növü bitir.Bunlar Budaqlı, Radde, Üçsütuncuqlu, Ağaran və Eyxler danaqıran növləridir. Ağaran danaqıran növü respublikamızın florası üçün səciyyəvidir.Azərbaycanda ən çox Naxçıvan Muxtar Respublikasında, Quba,Qusar, Ağdam, Şuşa,Laçın, Lənkəran, Lerik rayonlarında, aşağı və yuxarı dağ qurşaqlarında, alp və subalp çəmənliklərində bitir.Umumiyyətlə, bitki dəniz səviyyəsindən 500-3500 metrə qədər yüksəklikdə bitir. Müxtəlif ekoloji şəraitdə, əsasən daşlı-çınqıllı, gilli qayalıqlarda, boz , şabalıdı, qəhvəyi və qumsal torpaqlarda bitir. Danaqıranın soğanaqlarında, gövdəsində vəyarpaqlarında kolxisin alkaloidi müəyyən edilmişdir. Bu alkoloid isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Ağaran danaqıran