Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Donanma
Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur. == Tarixçə == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.Orta Çağ səyyahlarının qeydlərindən Şirvan gəmilərinin görünüşü haqqda əldə etmək olur: "görkəmcə qaleraya oxşayırlar, amma ölçüləri tartanınkı kimidir".
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. == Tarixi == Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Qalanta
Qаlаntа (slovak. Galanta, alm. Gallandau‎, mac. Galánta) — Slovakiyanın cənub-qərbində şəhər. Əhalisi 16 min nəfərdir. === Əhali === (2001)-ci ilə əsasən əhalinin etnik müxtəlifliyi: Slovaklar: 60,4% Macarlar: 36,8% Qaraçılar: 1,1% Çexlər: 0,7%Əhalinin konfessional müxtəlifliyi: roma-katolikləri: 67,1% ateistlər: 20,1% evangelik kilsəsi: 6,3% öz dinini təsdiqləməyənlər: 3,5% == Partnyor şəhərlər == Slovakiya Liptovski Mikulaş, (2006-cı ildən) Çexiya Mikulov, (2003) Serbiya cz:Bečej, Srbsko (od roku 2001) İtaliya en:Albignasego, (2007) Macarıstan Slovenski Komloş, (1996) Macarıstan Keçkemet, (1998) Macarıstan Paks, (1998)Neformal partnyor şəhərlər: Avstriya de:Stockerau Macarıstan DyörKeçmiş partnyor şəhərlər: Çexiya Pardubice Çexiya Yihlava Rusiya Petrovsk Almaniya de:Lutherstadt Wittenberg Macarıstan sk:Stoličný Belehrad == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Luftaufnahmen des Schlosses Oficiálna webová stránka mesta Letecká fotografia centra mesta Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine Pamätná tabuľa plk.
Qidalanma
Qidalanma (fizioloji akt) — qida köməyi ilə canlı bir orqanizmin həyatı və sağlamlığını qorumaq — həyati fəaliyyətin fizioloji proseslərinin normal gedişatını qorumaq üçün canlı orqanizmlər tərəfindən qidanın udulması prosesi, xüsusən enerji tədarükünü artırmaq və böyümə və inkişaf proseslərini həyata keçirmək; maddələr mübadiləsinin ayrılmaz bir hissəsidir. Heyvanlar və digər heterotrof orqanizmlər yaşamaq üçün yeməlidirlər; onların pəhrizi və qida maddələrinin udulması prosesi mənsub olduqları bioloji sinifdən asılıdır. İnsanlarda və heyvanlarda qidalanma adi gündəlik fəaliyyətdir. == Bakteriyaların qidalanması == Bakteriyaların qidalanmasının iki yolu var: heterotrof və avtotrof . Heterotrofik bakteriyalar hazır üzvi maddələrdən istifadə edirlər. Üzvi maddələrlə qidalanan bakteriyalar üç qrupa bölünür — saprotroflar, parazitlər və simbionlar. Birincisi ölü orqanizmlərin qalıqları ilə qidalanır, ikinci və üçüncü isə canlı orqanizmlərdən kənarda yaşayır. Avtotrof bakteriyalar özləri qeyri-üzvi maddələrdən üzvi maddələr yaradırlar. Avtotrof bakteriyalara siyanobakteriya, dəmir bakteriya və kükürd bakteriyası daxildir. == Bitki qidası == Bitkilərlə əlaqədar olaraq qidalanma, bitki tərəfindən qeyri-üzvi birləşmələrin torpaq, hava və ya su mühitindən çıxarılması prosesidir.
Şüalanma
Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi əks olunur, bir hissəsi cisimlər tərəfindən udularaq onların daxili enerjisinə çevrilir. Bunun nəticəsində cisimlər qızır. "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar alfa, betta və qamma kimi müxtəlif şüalar yaymaq sürətiylə parçalanmaqdadırlar. Ətrafına bu şəkildə şüa saçaraq parçalanan maddələrə Radioaktiv maddə ("işıqlanmış maddə") deyilir. Şüalanma sözünün mənası bir nöqtədən çıxma, yayılma, səpilmə ( şüa-bir nöqtədən başlayan düz xətt) deməkdir.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osm. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alpinia galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Alpiniya qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Amomum galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Ağ dalamaz
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Böyük qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Canlılarda qidalanma
Canlılarda qidalanma — orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır. Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar da hər biri özlüyündə iki qrupa bölünür. == Bitkilərdə qidalanma == Bütün canlılar kimi bitkilər də qidalanırlar. Qidalanma bitkilər üçün onların yaşamasını təmin etməklə bərabər, bitkilərin bizim həyatımız üçün vacib olan funksiyaları həyata keçirməsini də təmin edir. Yabanı bitkilər insanların iştirakı olmadan qidalanmasını təmin edir. Bəzi bitkilər, xüsusilə kənd təsərrüfatı bitkilərinin qidalanmalarını insan idarə edə bilir.
Dalamaz gicitkan
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Donanma gəmisi
Donanma daşıyıcısı və ya donanma gəmisi bir ölkənin donanmasının əsas donanması ilə işləməsi üçün nəzərdə tutulmuş təyyarə daşıyıcısıdır. Bu termin, İkinci Dünya müharibəsi zamanı donanma gəmisini müşayiət gəmilərindən və digər daha az qabiliyyəti olan gəmilərdən fərqləndirmək üçün hazırlanmışdır. Bir çox orta ölçülü daşıyıcılardan əlavə, super daşıyıcılar və bəzi yüngül daşıyıcılar da donanma daşıyıcıları kimi təsnif edilirlər. == İkinci Dünya Müharibəsindəki donanma gəmilərinin müqayisəsi == Aşağıdakılar tam siyahı deyildir, lakin İkinci Dünya Müharibəsi zamanı aktiv olan donanma gəmilərinin üç növündən bəzi nümunələr müqayisə edilərək əlaqə təqdim edilmişdir.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8-16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800-1000 hoplit olan 8-16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə - lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar.E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi. Falanqa hələ Troya müharibəsi dövründən məlumdur, amma döyüş qaydası kimi e.ə VI-cı əsrdən təsdiq olunmuşdu.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.