Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danna Paola
Danna Paola (23 iyun 1995, Mexiko) — meksikalı aktrisa, müğənni və model. == İlk illəri == Danna Paola 23 iyun 1995-ci ildə Mexiko şəhərində Patrika Munquia və keçmiş müğənni Yuan Cos Rivera Arellanonun ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaq yaşında valideynləri ayrılıb. Vania adlı böyük bacısı var. == Filmoqrafiya == == Teatr == == Diskoqrafiya == === Studio albomları === 2001: Mi globo azul 2004: Océano 2005: Chiquita pero picosa 2012: Danna Paola 2019: SIE7E + 2021: K.O === EP albomları === 2007: Danna Paola 2019: SIE7E == Qazandığı mükafatlar == 2010, 2012, 2013, 2014, 2015, 2016: Uşaqların seçimi mükafatı Meksika 2015: Shorty mükafatı 2020: MTV Musiqi mükafatı Avropa 2012, 2013, 2014: MTV Musiqi mükafatı İtaliya 2014, 2015: MTV Millennial mükafatı 2012, 2013, 2014: YouTube Musiqi mükafatı 2014: Universal mükafatı 2009, 2010: Premios Oye! 2014: Lunas del Auditorio 2006, 2008, 2009, 2010: Premios TVyNovelas 2014: E! Dəb mükafatı 2011: Yahoo!
Danna Qarsiya
Danna María García Osuna (4 fevral 1978, Medellin) — Kolumbiya'lı aktrisa və müğənni.
Kanna
Kanna - İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.Manna dövləti e.ə.
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna PavlovaAnna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast.Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Kolarova — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak —Oxşar adlarAnne Haney — ABŞ aktyoru.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Akşay Xanna
Akşay Xanna (28 mart 1975, Bombey) — məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Xanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Xanna məşhur hindistanlı aktyor və prodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Arianna Sanna
Arianna Sanna (d. 8 may 1998) — Dominikan Respublikasını təmsil edən üzgüçü. Arianna Sanna Dominikan Respublikasını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Arianna Sanna birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:08.45 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 41-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Danka Bartekova
Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı. 2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir.Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı. == Ailəsi == Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Dayna Ceyn
Dayana Ceyn Milika İlaysaane Hansen (ing. Dinah Jane Milika Ilaisaane Hansen; 22 iyun 1997, Santa Ana[d], Kaliforniya) — ABŞ müğənnisi.
Dayna Tayminya
Dayna Tayminya (latış. Daina Taimiņa‎, ing. Daina Taimina ; 19 avqust 1954, Riqa) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru. == Bioqrafiyası == Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi.Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb.Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.Dayna dolabının iki nüsxəsi var: biri Riqadaki Krişyanis Baron muzeyində, digəri isə Rusyanın Belqorod vilayətinin Muxouderovka kəndində. İkincisi keçmiş mülkədar İvan Stankeviçin malikanəsindədir, Baron burada müəllim işləmişdir və Latviya xalq mahnılarını toplamağa başlamışdır.1997-ci ildə kartotekada olan dayna əsərlərinin rəqəmsallaşdırılmasına başlandı, 2002-ci ildən etibarən rəsmi saytında tam olaraq İnternetdə yerləşdirilib. 2001-ci ildə Dayna dolabı dünya əhəmiyyətli mədəniyyət sərvəti kimi tanındı və YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının siyahısına daxil edildi.
Dianna Aqron
Dianna Aqron (/ˈeɪ.ɡrɒn/ , AY-gron; 30 aprel 1986, Savanna[d], Corciya) — Amerikalı aktrisa, müğənni, rəqqasə və rejissor. İfaçılıq və rejissorluqla yanaşı, o, xüsusilə LGBT hüquqlarını və insan haqlarını dəstəkləmək üçün əhəmiyyətli xeyriyyə işlərində iştirak etmişdir.
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. == Həyatı == Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Donna Striklend
Donna Striklend (27 may 1959, Quelf[d], Ontario[…]) — lazer fizikası və xətti olmayan optik sahəsində çalışan bir Kanada fiziki. Mourou Gerard ilə birlikdə cingiltili nəbzləri gücləndirmək üçün bir metod icad etdi. Fizika üzrə Nobel Mükafatı 2018 London Kral Cəmiyyətinin üzvü (2020), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2020). == Həyatı == 1981-ci ildə McMaster Universitetini Mühəndis Fizikası ixtisası ilə bitirib. 1989-cu ildə professor Gerard Mourunun rəhbərlik etdiyi Rochester Universitetində fizika üzrə doktorluq dissertasiyasını almışdır. Donna Striklend, sonrakı sıxılma ilə cırıltılı impulsların gücləndirilməsini tədqiq etdi 6], bu da ultrashort nəbzləri görünməmiş bir səviyyəyə qaldırmağa imkan verdi. 1988-1991-ci illərdə Kanadanın Milli Tədqiqat Şurasının üzvü. Waterloo Universitetində işləyir (mükafat alarkən dossent idi). Xətti olmayan optiklərdə araşdırma üçün yüksək intensivlikli lazer sistemləri inkişaf etdirən Lazer Tədqiqat Qrupuna rəhbərlik edir. Sloane Bursu (1998).
Hanna Adams
Hanna Adams (ing. Hannah Adams; 2 oktyabr 1755[…] – 15 dekabr 1831[…]) — ABŞ-də ilk peşəkar xanım yazıçı, tarixçi və müqayisəli dinşünaslıq pioneri. == Bioqrafiya == O, Tomas Adamsın və Elizabet Klarkın beş uşağından ikincisi idi. Hana 12 yaşında olanda, anası öldü. Uşaqlığda tez-tez xəstələndiyi üçün məktəbə getmirdi, amma özü çox oxuyurdu və atası onun öz-özünə təhsil almasını şövqləndirirdi. Adams öz xatirələrinə əsasən, o, cənnəti insanların billiyə yiyələnməsini tamamilə ödəyəcək bir yer sayırdı. Tomas Harvard tələbələri üçün özəl repetitor fəaliyətini göstərirdi və onlara yemək və yaşayış yeri verirdi. Hanna bu tələbələrlə birlikdə oxuyurdu və gələcəkdə özüdə özəl repititor oldu.. ABŞ İstiqlal müharibəsi zamanı Tomas Adamsın tələbələrindən biri Hannaya Tomas Broutonun 1742-ci ildə nəşr olunmuş "Dünya yaranandan indiyədək bütün dinlərin tarixi lüğəti" adlı kitabını oxumağa verdi. Broutonun əsərinin mütaliəsi qızda dünya dinlərinə marağı oyandırdı, amma bu kitab və, Hannanın oxuduğu belə mövzuda olan başqa kitablar kimi, müəllifin dinindən başqa bütün dinlərə nifrət və mənfi rəylərlə dolu idi.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Hanna Mançini
Hanna Mançini — Amerikalı müğənni. Hanna Mançini 2013 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı "Straight Into Love" mahnısı ilə təmsil edib.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Hanna Pakarinen
Hanna Helena Pakarinen (Fin dilində:Helena Pakarinen) – finlandiyalı müğənni. == Həyatı == Hanna Helena Pakarinen 17 aprel 1981-ci ildə Finlandiyanın Lappeenranta şəhərində anadan olmuşdur. 2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsində “Leave me alone” (“Məni yalnız burax”) adlı mahnı ilə Finlandiyanı təmsil etmiş və 16-cı olmuşdur. Hanna pop və rok janrında olan mahnıların ifaçısı və bəstəkarı kimi tanınır. İndiyədək 4 albomu və 9 sinqlı işıq üzü görmüşdür. 2009-cu ildə Hanna “Love in a Million Shades” albomunu buraxmışdır.