Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daniel
Daniel - kişi adı. Daniel Alves - Braziliya futbolçusu. Daniel Batti - peşəkar İngiltərə futbolçusu Daniel Bell - Harvard Universitetinin professoru Daniel Berli Vulfoll - FİFA prezidenti Daniel Brül - Almaniya aktyoru. Daniel Defo - İngilis yazıçısı. Daniel Dixes - ispan müğənni. Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Deniel Kaneman - iqtisadçı və psixoloq Daniel Karvaxal - İspaniya futbolçusu, Daniel Kiz - Amerika yazıçısı. Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Quisa - İspaniya futbolçusu Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı. Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi Daniel Muşitu - peşəkar İsveçli futbolçu Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu. Daniel Orteqa - Nikaraqua prezidenti.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası – 14 sentyabr 1321, Ravenna, Papa dövləti) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Daniel Alvarado
Daniel Alvarado (12 avqust 1949 – 8 iyul 2020, Karakas) — Venesuelalı aktyor. == Həyatı == Alvarado 12 avqust 1949-cu ildə Venesuelanın Marakaibo şəhərində anadan olub. 1973-cü ildə başlayan və 2020-ci ildə ölümünə qədər davam edən aktyor karyerasında, əsasən Latın Amerikasında televiziya seriallarında göründü. Üç dəfə ailəli olan 7 uşağı var. == Ölüm == Alvarado 8 iyul 2020-ci ildə Venesuelanın Karakas şəhərində 70 yaşında vəfat etdi.
Daniel Alves
Daniel Alves — Braziliya futbolçusu. == Həyatı == Daniel Alves 6 may 1983-cü ildə Braziliyanın Juazeyroda şəhərində anadan olub. O, öz peşəkar futbolçu karyerasına Braziliya klubu "Bahia"da başlayıb. 2002-ci ildə Alves 6 aylıq Sevilya klubuna icarəyə verilib. 2003-cü ildə Alves gənclərin dünya çempionatında iştirak edib, bu turnirdə Daniel özünü yaxşı cəhətdən göstərib. Braziliya millisi bu turnirin qalibi olub, Alves isə turnirin ən yaxşı uç oyunçusundan biri seçilib. Çempionatda göstərdiyi gözəl oyundan sonra, Sevilya klubu Alveşi birdəfəlik heyətinə cəlb edib. 2006-cı ilin dekabrında Alveş Sevilya ilə 2012-ci ilə qədər müqavilə imzalayıb. 2008-ci ilin 7 iyununda Daniel Alves Barselona klubuna transfer olunub. Burada onun əsas işi, Milana keçmiş Canluka Zambrottanı əvəz etməkdir.
Daniel Antoş
Daniel Antoş (7 mart 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda qapıçı kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Antoş Rapid Vyana akademiyası vasitəsilə inkişaf etmişdir. Antoş 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 7 mart 2017-ci ildə Atletiko Madrid U-19 komandasına qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.Antoş öz peşəkar karyerasında debütünü 21 may 2018-ci ildə Avstriya Lustenau klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Daniel Batti
Daniel Batti (10 dekabr 1997-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Batti öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Tottenhem Hotspur klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 1-7 hesabı ilə məğlub olmuşdur.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü “iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator” adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Daniel Berjenyi
Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[…] – 24 fevral 1836[…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı.Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi. == Həyatı == Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər. 1788-ci ilin payızında 12 yaşı olan Berjenyi Şoprondakı evangelist liseydə təhsil almağa başladı.
Daniel Brühl
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Daniel Brül
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Daniel Defo
Daniel Defo (ing. Daniel Defoe; təq. 13 sentyabr 1660[…], 3 aprel 1660 və ya 30 sentyabr 1660, Kriplqeyt[d], London, İngiltərə və ya London – 24 aprel 1731[…] və ya 1731, Murfilds[d], London, İngiltərə) — ingilis yazıçı. == Həyatı == Daniel Defo öz qəhrəmanları kimi çox qalmaqallı və qalmaqallı həyat yolu keçmişdir. Defonun həyatı cəmiyyətdə özünə yer tutmaq istəyən bir adamın həyatıdır. Daniel Defo ət satıcısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə anadan olub. Atasının soyadı sadəcə "Fo" idi. Daniel Defo bəzi səbəblərdən soyadının əvvəlinə "De" artırır və ədəbiyyat tarixində Daniel Defo kimi tanınır. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər. Defo puritan ruhani akademiysına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyl etməyib.
Daniel Delqadillo
Daniel Delqadillo (d. 27 sentyabr 1989) — Meksikalı üzgüçü. Daniel Delqadillo Meksikanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Daniel Delqadillo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 24-cü yeri tutdu və yarışı başa vurdu.
Daniel Diges
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Daniel Dixes
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Daniel Feuerriegel
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Daniel Franks
Daniel Franks (2 oktyabr 1993) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Daniel Franks Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Daniel Franks 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.251 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu.
Daniel Fransisko
Daniel Fransisko (8 fevral 2000) — Anqolalı üzgüçü. Daniel Fransisko Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Daniel Fransisko birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.33 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Daniel Fridman
Deniyl Friedman (ivr. ‏דניאל פרידמן‎‏‎; 17 aprel 1936, Britaniya Fələstini[d]) — Təl-Əviv Universitetinin Hüquq Fakültəsinin keçmiş professoru və dekanıdır. 2007-2009-cu illərdə o zamankı baş nazir Ehud Olmert tərəfindən təyin edilmiş İsrailin ədliyyə naziri vəzifəsini icra etdi. 7 fevral 2007-ci ildə Tzipi Livninin ardından and içdi. 2009-cu ildə Yaakov Nemanın yerinə gəldi.
Daniel Friedmann
Deniyl Friedman (ivr. ‏דניאל פרידמן‎‏‎; 17 aprel 1936, Britaniya Fələstini[d]) — Təl-Əviv Universitetinin Hüquq Fakültəsinin keçmiş professoru və dekanıdır. 2007-2009-cu illərdə o zamankı baş nazir Ehud Olmert tərəfindən təyin edilmiş İsrailin ədliyyə naziri vəzifəsini icra etdi. 7 fevral 2007-ci ildə Tzipi Livninin ardından and içdi. 2009-cu ildə Yaakov Nemanın yerinə gəldi.
Daniel Hopfer
Daniel Hopfer (alm. Daniel Hopfer‎, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[…], Kaufboyren, Şvabiya dairəsi – 1536[…], Auqsburq) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir. == Bioqrafiyası == Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Daniel Karvaxal
Daniel Karvaxal Ramos (isp. Daniel Carvajal Ramos; 11 yanvar 1992, Leqanes, İspaniya) — İspaniya futbolçusu, "Real Madrid" klubunun və İspaniya milli futbol komandasının sağ cinah müdafiəçisi. == Həyatı == Daniel Karvaxal 11 yanvar 1992-ci ildə İspaniyanın Leqanes şəhərində dünyaya göz açıb. Hazırda "Real Madrid" klubunda 2 nömrəli forma geyinir. == Karyeası == === Real Madrid Kastilya === Daniel Karvaxal peşəkar karyerasına "Real Madrid Kastilya" klubunda başlayıb. Bu klubun heyətində o, 68 oyun keçirərək 3 qol vurub. === Bayer 04 === 2012-ci ildə Daniel Karvaxal "Bayer 04" klubuna transfer olunub. Bu klubun heyətində 32 oyun keçirən Karvaxal cəmi 1 qol vura bilib. === Real Madrid === Daniel Karvaxal 2013-cü ildən heyətində çıxış etdiyi "Real Madrid" klubunun forması ilə 106 oyuna çıxıb və 2 qol vurub. O, bu klubda əvvəlcə 15, sonra isə 2 nömrəli forma geyinib.
Daniel Kiz
Daniel Kiz — Amerika yazıçısı. == Həyatı == Daniel Kiz 9 avqust 1927-ci ildə New Yorkda anadan olmuşdur. Ohaya universitetində fəxri professor olan Daniel Kiz Floridada yaşayıb. Elcernon üçün güllər ona “Hüqo” və “Nebula” mükafatlarını qazandırmışdır. Həmçinin bu romanın əsasında çəkilmiş “Çarli” filmi “Oskar” mükafatını almışdır. Səkkiz kitab yazan müəllif 15 İyun 2014-cu ildə vəfat etmişdir. == Mükafatlar == 1960-cı ildə "Elcernon üçün güllər" hekayəsi "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hüqo" mukafatına layiq görülmüşdür. 1966-cı ildə isə eyni adlı romanı "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür.
Daniel Libeskind
Daniel Libeskind(Daniel Libeskind; d. 12 may 1946, Lodz, Polşa) — yəhudi əsilli ABŞ memarı. == Həyatı == Yəhudilərin ən çalışqan memarlarından biri də irqçi təfəkkürə malik Daniel Libeskint adlı şəxsdir. O 1946-cı ildə Polşada dünyaya gəldi. İsraildə musiqi təhsilinə başladı. Amerikada rəssamlıq və riyaziyyat oxuduqdan sonra memarlıq ixtisasını seçdi və 1971-ci ildə İngiltərə memarlıq tarixi və nəzəriyyəsi üzrə yüksək ixtisasa sahib oldu. Libeskind şimali və cənubi Amerika və Avropa, Yaponya və Avstraliyanın müxtəlif universitetlərində dərs keçib. “Berlin muzeyinin Yəhudi Muzeyi bölməsi ilə genişləndirilməsi” beynəlmiləl müsabiqəsinin qalibi olub. Libeskindin qərbin kütləvi informasiya vasitələri ilə müxtəlif şəkillərdə insanlara təbliğ etdiyi memarlıq əsərlərindən biri də Berlin Yəhudi Muizeyidir. Berlin Yəhudi Muzeyi ikinci dünya müharibəsində öldürülmüş yəhudilərin xatirəsi üçün Berlində tikilib.
Daniel Lioneye
Daniel Lioneye — Finlandiyadan olan stoner rock/metal qrupu. == Haqqında == HIM qrupunun üzvləri tərəfindən 2001-ci ildə yaradılmışdır. Gitaraçı-vokalist Linde Lindström, basda Mige, və baranban da Ville Valo çıxış edirdi. Onların ilk debüt albomu yarandıqları ildə çıxartmışdlar. Və albom "The King of Rock 'n Roll (2001)" adlanırdı. Bu albomdan "The King of Rock 'n Roll (2001)" adlı trek Bam Margera-nın Viva La Bam TV verlişinin arxa fon musiqi olaraq səslənirdi. 2010-cu ildə qrupa daha HIM qrupunun üzvü olan klavişdən Burton daxil oldu. Həmən ildə qrup özünün ikinci albomunu buraxdı. Bu albom "Vol. II" adlanırdı.
Daniel Maldini
Daniel Maldini (11 oktyabr 2001, Milan) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Spetsiya" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Müqavilə ilə "Milan" klubuna məxsusdur. Keçmiş futbolçu Paolo Maldininin oğlu, keçmiş futbolçu və məşqçi Çezare Maldininin nəvəsidir. Qardaşı Kristian Maldinidə futbolçudur. == Karyerası == === Gənclik Karyerası === Maldini 2010-cu ildə "Milan"ın Gənclər Akademiyasına qoşulur. Növbəti illərdə o, "Milan"ın 10 yaşadək uşaq komandasından başlayaraq "Milan"ın U19 komandasına qədər müxtəlif yaş qrupları komandalarında oynayır. 2016–17 mövsümündə onun komandası, finalda "Latsio" klubunu 5–2 hesabı ilə məğlub edərək 16 yaşadək futbolçuların milli çempionatının (Campionato Nazionale Under-16) qalibi olur. === Peşəkar karyerası === Daniel 2 fevral 2020-ci il tarixində baş tutmuş "Milan" — "Hellas Verona" oyununda ispaniyalı Samu Kastiyexonu əvəzləyərək "Milan"ın heyətində debüt edir. Futbolçunun avrokuboklarda debütu isə, 15 sentyabr 2021-ci il trixində "Liverpul" klubuna qarşı oyunda baş verir.