Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Dartma
Dartma xarici və daxili səthləri kəsmə ilə emal etmək üçün texnoloji əməliyyat növüdür. Bu əməliyyat üçün tətbiq olunan alətlərə isə darma deyilir. Dartma əməliyyatı iskənələmənin xüsusi növüdür. Tipik tətbiq sahəsi çevrəvi deşiyə qeyri bəarbər forma verməkdir. Təpənməz bərkidilmiş pəstahın deşiyinə dartıcı ya itələnir ya da deşikdən xaricə çəkilir. Bu zaman alətin üzərində müxtəlif hündürlüyə malik dişlər addım-addım material qatını çıxararaq deşiyi tədricən lazımi formaya salır. Dartmanın itələnməsi və ya çəkilməsi emal olunan səthin uzunluğundan asılıdır. Böyük uzunluqda olan deşiklərin emalında çəmkəyə üstünlük verilir. Bu zaman alətin əyilmsi və sınmasının qarşısı alınır. Emalda veriş və kəsmə sürəti eyni oxboyunda yerləşir.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi