Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darboğaz
Darboğaz — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kənd 1913-cü ildə salınmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 50 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 246 nəfər daimi əhali yaşayır.
Qaraboğaz
Qaraboğaz — Türkmənistanın Balkan vilayətinin Xəzər dənizi sahilində yerləşən şəhəri.
Arboğa
Ərbuğa — türk mifologiyasında yarı insan, yarı buğa olan varlıq. "Arbuğa, Yarbuğa" və ya "Ərboğa", bəzən də Arboğa olaraq adlandırılar. Dişi olanları üçün "Işbuğa" deyilər. (Iş sözcüyü monqolcada dişilik bildirir.) Buğa və Bugu sözcüyü bir çox Türk ləhcəsində Geyik mənasında da istifadə edilər, bu səbəblə bəzən yarı insan, yarı maral olaraq görülə bilər. Yarı insan və yarı heyvan olan varlıqlara dünyada bir çox mədəniyyətdə rast gəlinir. Kimilərində alt qisim heyvan, diyarın yuxarısı insandır, bəzilərində isə baş, heyvan başı biçimindeyken alt tərəf insan şəklindədir. Türk mifologiyasına yunan mədəniyyətinin təsiri ilə girmiş olması ehtimal edilir. == Əryund == Türk mifologiyasında yarı insan, yarı at olan varlıqlara isə Aryund adı verilər. Aryunt, Aryond, Əryunt olaraq da bilinər. "Yaryunt" olaraq da ifadə edilər.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Qaraboğaz (Qoşaçay)
Qaraboğaz (fars. قره بوغاز‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. == İqlimi == Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Sarıboğaz bağrıqara
Sarıboğaz bağrıqara (lat. Pterocles gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Ağboğaz qaratoyuq
Ağboğaz qaratoyuq (lat. Turdus albocinctus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağboğaz samur
Ağboğaz susamuru
Ağboğaz susamuru (lat. Hydrictis maculicollis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin hydrictis cinsinə aid heyvan növü. Hydrictis cinsinə daxil olan yeganə növdür. == Təsviri == Aşboğaz susamurları 44-68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5-19,0 sm arasında dəyişir. Çəkiləri isə 3-5 kq arasındadır. Erkəklər bir qayda olaraq dişilərdən böyük olur. Bədəni şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir.
Bala Darbaz
Bala Darbaz (gür.: g.ə. პატარა დარბაზი, l.ə. patara darbazi) - Gürcüstanın Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Faxralı kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimali-şərqdə Faxralı, cənubda dağlarla (Sarvan bələdiyyəsi), şərqdə Qudro (Sarvan bələdiyyəsi), qərbdə Çatax, şimali-qərbdə Şəmşiöyü, İncəoğlu kəndləri, Bolnisi şəhəri, Xatissopeli və Mığırlı kəndləri ilə əhatələnib. Kəndə ən yaxın (5 km məsafədə) yaşayış məntəqəsi Faxralıdır. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 40 nəfər (22 nəfəri kişilər, 18 nəfəri qadınlar) əhali yaşayır.
Darbaz (Borçalı)
Darbaz (gürcücə: დარბაზი - Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir. == Tarixi == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Adi ağboğaz bülbül
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Dardoqqaz
Dardoqqaz (keçmiş Ulam) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm inzibati ərazi vahidində kənd. == Tarixi == Dardoqqaz kəndi düzənlikdədir. Keçmış adı Ulam (qəd. türk. "kecid" mənasındadır) olmuşdur. Yaşayış məntəqəsi XVIII əsrdə Dağıstandan gəlmiş avar ailələrinin Dardoqqaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən düzəlib, "dar kecid" deməkdir. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.