Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Dariyan
Dariyan — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,926 nəfər və 2,558 ailədən ibarət idi.
Darvin
Darvin — Dünyada işlədilən ad, soyad, təxəllüs. Bu adı olan tanınmış şəxslərÇarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası.Yaşayış məntəqələriDarvin (şəhər) — Avstraliyada şəhər.QuşlarDarvin tinamusu — quyruqsuz tinamu cinsinə aid heyvan növü. Darvin nandusu — nandu cinsinə aid heyvan növü.DigərDarvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi.
Darxan
Darxan — türk, altay və monqol mifologiyasında ər-arvad metal tanrıları. == Darxan xan == Darxan xan - türk, altay və monqol mifologiyasında metal ilahı. Darqan xan və ya Darqah xan olaraq da bilinər. Metal ocaqlarını, metal işliklerini, metal ustalarını qoruyar. Əlində bir çəkic və qarşısında bir örs ilə betimlenir. Eyni zamanda atəş ilahı olaraq da görülər. Çünki metal və dəmir işçiliyi atəşdən ayrıla bilməz və od bu zanaat bir hissəsidir. Qısa boyludur. Özünə hörmətsizlik edildiyində çox hirslənər və hər tərəfi yandırar. Dəmir (geniş mənada metal) yer üzündəki hər cəmiyyətdə gücün və qəhrəmanlığın simvolu olaraq görülmüşdür və hərbi medallar ilə müsabiqələrdə verilən medallar bunun ən gözəl nümunəsidir.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Diareya
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.
Səreyn
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Dreyf
Dreyf – xarici sahələrin təsiri ilə mütəhərrik yük daşıyıcıların nizamlı hərəkətidir. Yük daşıyıcıların dreyfi onların nizamsız (istilik) hərəkətinə əlavə olunur, sürəti isə istilik hərəkətinin sürətilə müqayisədə adətən kiçikdir. Yarımkeçiricilərdəki qeyri-tarazlə daşıyıcılar "paketinin" E elektrik sahəsində hərəkəti zamanı müxtəlif yürüklüyə malik olması səbəbindən keçirici elektron və deşiklərin fəza parçalanması baş verir. Buda dreyf adlanır.
Dreön
Dreön (fr. Dréan; ərəb. الذرعان‎) - Annaba şəhərinin 25 km cənubunda yerləşən, El-Tarf vilayətinin tərkibində olan sahil qəsəbəsi. Alber Kamü Əlcəzairin Fransanı işğal etdiyi dövrdə bu qəsəbədə dünyaya gəlmişdir və o zaman şəhərin adı Mondovi idi. Dreön Dreön rayonunun mərkəzidir. Dreönün əhalisi, təxminən, 40 000 nəfərdir.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken.Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Yaren
Yaren — Naurunun de fakto paytaxtı.
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Ağqala (Səreyn)
Ağqala (fars. اق قلعه‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (65 ailə).
Bacey Darxan
Bacey — XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan MoldoqorXVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Careya coccinea
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Cek Laleyn
Francois Henri LaLanne (ing. Jack LaLanne; 26 sentyabr 1914 – 23 yanvar 2011) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Damyen Rays
Damien Rice - İrland əsilli müğənni, söz yazıçısı və bəstəkardır. Musiqi karyerasına 90-cı illərdə Juniper ilə başlamışdır. Qrupla ilk albomunu çıxardıqdan sonra qrupdan ayrılmış və solo fəaliyyətinə başlamışdır. The Blower's Daughter, Cannonball, Volcano, Woman Like a Man, Lonely Soldier, Rootless Tree, 9 Crimes sinqlləri məşhurdur.
Daneya Qrandoveç
Daneya Qrandoveç (2 iyul 1984) — Sloveniyanı təmsil edən marafonçu. Daneya Qrandoveç Sloveniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daneya Qrandoveç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
Dargin dili
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə - Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür.Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Dargin dilləri
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə - Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür.Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Darvin (şəhər)
Darvin — Avstraliyanın şimalın­da şəhər == Ümumi məlumat == 1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Ç.Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı. Ç.Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları; həmçinin kriket, Avropa və Avstraliya futbolu, avtomobil və atçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir. Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir (işləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizmsahəsində). Darvində və şəhərətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Bayraq dirəyi
Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır. Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır. == Rekord hündürlük == 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.. Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub. Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur .