Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Narınc
Mandarin (lat. Citrus aurantium) - sitrus cinsinə aid bitki növü.
ARINC
«Aviasiya radiosu» korporasiyası (ing. Aeronautical Radio, Incorporated, ARINC) — 1929–cu ildə qurulan şirkət, beş istiqamətdə kommunikasiya və sistem tədqiqatları sistemlərinin hazırlanmasında dünya liderlərindən biridir-aviasiya, hava limanları, müdafiə, dövlət və yüklərin daşınması. Baş qərargah Annapolisdə (Merilend, ABŞ). 1999-cu ildən bəri Londonda və 2003-cü ildən bəri Sinqapurda 2 böyük filial mövcuddur. Şirkətin 3800-dən çox heyəti dünyanın 80 zavodunda çalışır. == Standartların kateqoriyaları == 400: montaj, qoşulma, məlumat şinlərinin və məlumat bazalarının seçilməsi və s. üzrə texniki təlimatlar.
Kafur darçını
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Bartın ili
Bartın ili — Türkiyənin Qara dəniz regionunun Qərb Qara dəniz bölməsində kiçik bir il. 1991-ci ildə Zonguldak ilindən ayrılaraq Türkiyənin 74-cü ili olmuşdur. Şərqdən Kastamonu, cənubdan Karabük, qərbdən Zonquldak, şimaldan Qara dəniz ilə həmsərhəddir. Meşə ilə zəngin olan ilin böyük hissəsi Kürə Dağları Milli Parkının sərhədləri daxilindədir. Bartın çayı Türkiyədə nəqliyyat üçün istifadə olunan tək çaydır. == Coğrafiya == 410, 53° şimal enliyi ilə Qərbi Qara dəniz bölgəsinin 320, 45° şərq uzunluğu arasında yerləşir. Şimalda 59 km uzunluğunda sahil xətti ilə Qara dənizi, şərqdə Kastamonu, şərqdə və cənubda Karabük və qərbdə Zonquldak illəri ilə qonşudur. Sahəsi 2143 km²-dir. Şəhər mərkəzinin hündürlüyü 25 m-dir. == İnzibati bölgü == İl mərkəzi Bartın ilə yanaşı, ilin tərkibində 4 ilçə, 8 bələdiyyə, 50 məhəllə və 263 kənd yer alır: Bartın (il mərkəzi) Amasra Qurucaşilə Ulus (Bartın) == İdarəetmə == İllərdə protokola əsasən ən yüksək yeri tutan Qubernator, mərkəzi hökuməti təmsil edir və prezident tərəfindən təyin edilir.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) - dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Cavan budaqlarının soyulub qurudulmuş qabığından darçın alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kafur ağacı; Kamfora ağacı (Cinnamomum camphora (L.) Nees. et Eberm.) Çin darçın ağacı (Cinnamomum cassia Blume) Seylon darçın ağacı (Cinnamomum zeylanicum Blume) == İstinadlar == Darçın ağacı:The Plant List saytında takson barədə məlumat.
Martın Terexovski
Martın Matveyeviç Terexovski (rus. Марты́н Матве́евич Терехо́вский; 1740, Qadyaç[d] – 1796, Sankt-Peterburq) — XVIII əsrin görkəmli rus həkimi, bioloqu, tibb elmləri doktoru, professor. == Həyatı == Martın Terexovski 1740-cı ildə Poltava yaxınlığındakı Qaydaç şəhərində anadan olub. 1763-cü ildə Kiyev Akademiyasını bitirdikdən sonra Peterburq baş quru hərbi qospitalına daxil olmuş, 1765-ci ildə buranı bitirdikdən sonra həkim təyin olunub. Botanika elminə olan böyük həvəsinə görə onu Peterburqdakı Apteklər adasındakı Botanika bağına işə götürürlər. 1770-ci ilə qədər Martın burada işləyir, sonra öz hesabına tibb təhsilini artırmaq üçün xaricə getməyə icazə alır. Strasburqda dörd il yarım necə yaşadığı və təhsil aldığı məlum deyildi. bir çox məlumatlara əsasən güman etmək olar ki, Martın Terexovski burada çətin bir vəziyyətdə yaşamışdır. Terexovski Strasburq Universietini bitirir və 1775-ci ildə "İnfuzorların təbiəti və əmələ gəlməsi haqqındakı məsələnin eksperimental tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1777-ci ildə Kronşteyn Qospital Məktəbinə müəllim təyin edilir.
Narınc Məlikova
Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası – 22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib.
Narınc Xatun
Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından. == Həyatı == Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. == Yaradıcılığı == İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdir. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar. Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib. == Fəaliyyəti == XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib. == Kitabları == "Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh.. "Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar.
Sarınc (Maku)
Sarınc (fars. ‎سارنج‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (20 ailə).
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. == Tarixi == Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır.Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı.Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. == Coğrafiya == Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir. Dənizdən orta hündürlüyü 200 metr, sahəsi 713 km2-dır. 4000 nəfərin yaşadığı, turizm istiqaməti hələ kəşf edilməyən cazibədar bir ilçədir.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.
Patrinc
Patrinc, Voskehat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km masafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Batrınc formasında qeyd edilmişdir. Toponim urartu dilində «şəhər» mənasında işlənən patar sözü əsasında yaranmışdır. Ənənəyə görə, Patrinc adı kənddə tapılan Patrinc çiçəyinin adından yaranmışdır.Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914 - cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər,, 1918-ci ildə 526 nəfər,, 1919 - cu ildə 310 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilərək kəndə ermənilər yerləşdirilmişdir.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Bülənt Arınc
Bülənt Arınc (25 may 1948) – Türk siyasətçi və vəkil. Keçmiş prezidentin səlahiyyətlərini icra edib, TBMM-in 22-ci sədri və baş nazirin müavini. 2002–2007-ci illərsə 22-ci dönəmdə TBMM-nin sədri vəzifəsində çalışıb. TBMM-ə sədrlik etdiyi müddətdə prezident kimi çıxış edib. 2009–2015-ci illərdə 61 və 62-ci hökumətlərdə baş nazirin müavini vəzifəsində çalışıb. 2019-cu ildən üzvü olduğu Prezidentin Ali Məşvərət Şurasından 24 noyabr 2020-ci ildə istefa verib. O, ilk dəfə 24 dekabrda keçirilən ümumi seçkilərdə Rifah Partiyası Manisa millət vəkili olaraq parlamentə daxil olub və 19,5 il fasiləsiz millət vəkili kimi fəaliyyət göstərib. O, həm də AĞ Partiyanın qurucularından biridir. == Erkən həyatı və təhsili == Əslən Böyüksümbüllər Yunus Əmrə kəndindən olan Arınc 25 may 1947-ci ildə Jandarma çavuşu İbrahim Arınc və Sevdiyə Arıncın (1919–2003) dördüncü övladı olaraq atasının xidmət etdiyi Dəmirdaş, Osmanqazidə doğulub. 12 yaşında olarkən atasını itirib.
Darvin
Darvin — Dünyada işlədilən ad, soyad, təxəllüs. Bu adı olan tanınmış şəxslərÇarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası.Yaşayış məntəqələriDarvin (şəhər) — Avstraliyada şəhər.QuşlarDarvin tinamusu — quyruqsuz tinamu cinsinə aid heyvan növü. Darvin nandusu — nandu cinsinə aid heyvan növü.DigərDarvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi.
Martin
Martin — ad. Bu soyadı olanlarVilyam Martin — ingilis təbiətşünası.Bu adı olanlarMartin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Martın qardaşlarının binası
Martın qardaşlarının binası, Qırmızı ev — Rostov-na-Donu şəhəri ərazisində, Bolşaya Sadovnaya küçəsi və Krepesnovo xiyabanında yerləşən bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stildə inşa edilsə də Binanın ilk sahibi İvan Romanoviç Martın olmuşdur. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == İki mərtəbəli qırmızı kərpiçdən inşa edilmiş bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stilində inşa edilsə də, rusqotikası elementləri belə vardır. Binanın künc hissəsində qüllələr vardır. Bınanın ilkin sahibi britaniyalı İvan Romanoviç Martın olmuşdur. Sonrakı mülkiyyətçi isə onun həyat yoldaşı P. İ. Martın olmuşdur.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.
Çin darçın ağacı
Cinnamomum aromaticum (lat. Cinnamomum aromaticum) — dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Amblyseius martini
Amblyseius martini (lat. Amblyseius martini) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius martini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cuzeppe Tartini
Cuzeppe Tartini (8 aprel 1692[…], Piran[d], Venesiya Respublikası[…] – 26 fevral 1770[…], Padova[…]) — Barokko dövründə yaşayıb yaratmış italyan bəstəkar və skripkaçı.
Daryino (Avurğazı)
Darino (başq. Дарьино, rus. Дарьино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (42%), çuvaşlar (50) üstünlük təşkil edir.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764-1826) sahibkar idi. Anası Elizabet Renkin (1772-1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; d. 1 sentyabr 1988, Praqa, Çexiya) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Martina Centofani
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Dabkovska
Martina Dabkovska (25 may 1989) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == Martina Dabkovska Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Martina Kariddi
Martina Kariddi (isp. Martina Cariddi; 30 may 2001, Madrid) — ispaniyalı aktrisa. == Həyatı == Kariddi 30 may 2001-ci ildə Madrid şəhərində ispan ata və italyan ananın övladı olaraq dünyaya gəlmişdir.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Martina Çentofanti
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Martini-Henri
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Siti Hartina
Siti Hartina (23 avqust 1923 - 28 aprel 1996) İndoneziyanın ikinci prezidenti Suxartonun həyat yoldaşı. O, ümumiyyətlə indoneziyalılar üçün İbu Tien olaraq bilinir, eyni zamanda Siti Hartina Suxarto (yazıdakı fərq Holland Koloniyasi dövrünün yazılışından ibarətdir) kimi tanınır. Madam Suxarto da Suxarto üçün yaxın gizli və bir siyasi məsləhətçi olmaqla geniş tanınmışdı.
Xüsusi dartı qüvvəsi
Xüsusi dartı qüvvəsi — dartma nisbətinin mühərrikin və ya istismarın istənilən parametrinə nisbəti. Dizaynın effektivliyini xarakterizə etmək üçün istifadə olunur; məxrəc parametrləri adətən seçildiyi üçün: mühərrik çəkisi. "Xüsusi cazibə qüvvəsi", "çəkidən çəkiyə nisbəti" (Mühərrikin çəkidən çəkiyə nisbəti) müxtəlif mühərrik dizaynlarını müqayisə etməyə imkan verir; reaktiv mühərriklər üçün kütləvi hava axını (bu məna ümumiyyətlə İngilis dilindəki xüsusi vuruşa uyğundur); raket mühərrikləri üçün işləyən mayenin kütləvi axını (bu vəziyyətdə adətən "spesifik impuls" termini istifadə olunur); qüvvə xarakterizə etmək gücü .
Qışlaq-i Darçın (Kəleybər)
Qışlaq-i Darçın (fars. قشلاق دارچين‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (16 ailə).