Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayvinq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.
Darvin
Darvin — Dünyada işlədilən ad, soyad, təxəllüs. Bu adı olan tanınmış şəxslərÇarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası.Yaşayış məntəqələriDarvin (şəhər) — Avstraliyada şəhər.QuşlarDarvin tinamusu — quyruqsuz tinamu cinsinə aid heyvan növü. Darvin nandusu — nandu cinsinə aid heyvan növü.DigərDarvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Dayviet dövləti
Dayviet dövləti - Hərfi mənası Böyük Viet deməkdir. Vyetnamda 1069-cu ildə formalaşaraq güclü imperiyaya çevrilən dövlət qurumu. 1054-cü ildən 1400-cü ilə, 1428-ci ildən 1804-cü ilə qədər Vyetnam bu cür adlanırdı. == Haqqında == Vyetnamda hakim feodal istehsal üsulunun hökmranlıq etdiyi bir vaxtda 1069-cu ildə Dayviet dövləti formalaşaraq güclü imperiyaya çevrildi. Dayviet dövlətinin çiçəkləndiyi bir dövrdə bu dövlət üç dəfə monqol hücumlarına məruz qalmışdı. Hətta 1257-ci ildən 1288-ci ilə qədər Dayviet monqol istilasının qarşısını almağa müvəffəq olmuşdu. 1471-ci ildə Dayvietə qarşı yenidən Çin işğalları başlandı. Dayviet dövləti öz istiqlaliyyətini qoruyub saxlamaq üçün ölkədə bütün xalqları Çin istilasının qarşısını almağa səfərbər etdi və çinlilər güclü müqavimətə rast gələrək ölkədən qovuldular. Bununla yanaşı 1471-ci ildən etibarən Dayvietdə vətəndaşların hüquq bərabərliyinə nail olundu. Ədalət prinsiplərinə əsaslanan cəmiyyət quruldu.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Darvin (şəhər)
Darvin — Avstraliyanın şimalın­da şəhər == Ümumi məlumat == 1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Ç.Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı. Ç.Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları; həmçinin kriket, Avropa və Avstraliya futbolu, avtomobil və atçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir. Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir (işləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizmsahəsində). Darvində və şəhərətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır.
Darvin mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Darvin nandusu
Darvin nandusu (lat. Rhea pennata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinin nandu cinsinə aid heyvan növü.
Darvin tinamusu
Darvin tinamusu (lat. Nothura darwinii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Darvin zirinci
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Darvin çıxıntısı
Darvin çıxıntısı — insan qulağının heliks adlandırılan üst qığırdağında olan, anadangəlmə çıxıntıdır. Təkamül olaraq primatlardan qaldığı deyilir. Darvin çıxıntısı məməlilərin çoxunda var və insanlar da bunun xaricində deyil. Heyvanlarda səslərə diqqət yetirmək üçün (əsasən təhlükə səslərinə) istifadə edilməkdədir, lakin insanlarda artıq hər hansı bir funksiyası yoxdur. İnsanların yalnız 10%-da keçmişimizə aid olan bu qalıq gözə çarpan vəziyyətdədir, lakin ehtimalla insanların daha çoxunda bu qalıq mövcuddur, sadəcə daha diqqətə çarpan olmağını təmin etməyən geni daşıdıqları səbəbindən qalıq gözə çarpmır. Bu nöqtə (fotoşəkildə gördüyünüz) kiçik qalın bir çıxıntıdır və qulağın yuxarı və orta hissələrinin birləşdiyi yerdədir.
Çarlz Darvin
Çarlz Robert Darvin (ing. Charles Robert Darwin; 12 fevral 1809–19 aprel 1882) — ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşünas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur.
Darvin Nunyes
Darvin Nunyes (24 iyun 1999, Artiqas[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Danninq-Krüger effekti
Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. == Fərziyyə və eksperimental yoxlama == Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur.". Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər. Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur: Öz bacarıqlarını həddindən artıq şişirdirlər; Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; Təlimlərdən sonra sahib olduqları səriştəsizliklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdurBu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur. Oxşar araşdırmaların nəticələri 2003-cü və 2008-ci ildə dərc olunmuşdur.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Ernest Horas Ayzinq
Ernest Horas Ayzinq (ing. Ernest Horace Ising; 1884[…] – 1973[…], Adelaida) — Avstraliya botaniki. == Əsərləri == Ising E. H. The species of Bassia All. (Chenopodiaceae) in Australia // Transactions of the Royal Society of South Australia. — 1964. — Vol. 88. — P. 63—110. Ising E. H. Six new species of Bassia All. (Chenopodiaceae) // Transactions of the Royal Society of South Australia.
Çarlz Darvin Universiteti
Çarlz Darvin Universiteti (ing. Charles Darwin University) — Avstraliyada yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2003-cü ildə qoyulmuşdur.
Çarlz Darvin biblioqrafiyası
Çarlz Darvin biblioqrafiyası— Bu, Çarlz Darvinin əsərlərinin qismən siyahısıdır. Onun bütün yazıları İnternetdə Çarlz Darvinin Tam Əsərlərində mövcuddur: Mündəricat onun işinin tam biblioqrafiyasını, o cümlədən alternativ nəşrlər, kitablar və dövri nəşrlər üçün materiallar, yazışmaları, həyatı və əlyazmalarının tam kataloqunu təqdim edir. Oxumaq pulsuzdur. Onun əsas əsərlərinin icazəsiz açıq mətn versiyaları üçün Çarlz Darvinin Qutenberq Layihəsində əsərlərinə baxın. Standart elmi nəşrlərin toplusu var: Çarlz Darvinin Yazıları, Paul Barrett və Richard Brock Freeman tərəfindən redaktə edilmişdir. New York University Press, 1987–89. 29 cild. ISBN 0-8147-1796-9 LC == Nəşr olunmuş əsərləri == 1829–1832. [Records of captured insects, in] James Francis Stephens|Stephens, J. F., Illustrations of British entomology 1835: Extracts from Letters to Henslow (Read at a meeting of the Cambridge Philosophical Society on 16 November 1835, with comments by John Stevens Henslow and Adam Sedgwick, and printed for private distribution dated 1 December 1835. Selected remarks had been read by Sedgwick to the Geological Society of London on 18 November 1835, and these were summarised in Proceedings of the Geological Society published in 1836.
Çarlz Robert Darvin
Çarlz Robert Darvin (ing. Charles Robert Darwin; 12 fevral 1809–19 aprel 1882) — ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşünas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur.
Driving Miss Daisy
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. == Süjet xətti == Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. == Etimologiya == (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.