Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Devastasiya
Devastasiya (lat. devastatio) - tədricən və ardıcıl surətdə həyata keçirməklə insan və heyvanların patogen helmintozlardan azad olmasına yönəldən kompleks müalicə - profilaktik tədbirlər. Akademik K.İ.Skryabinə görə, devastasiyanın əsas prinsipləri helmintoların törədicilərini bütün inkişaf mərhələlərində mexaniki, farmoterapevtik və bioloji üsulla məhv etməkdən ibarətdir. 1959-cu ildə səhiyyə və xalq təsərrüfatının ehtiyacını nəzərə alaraq K.İ.Skryabin aşağıdakı helmintlərin devastasiyasını irəli sürmüşdür: öküz və donuz soliterləri, exinokokk, qoyunlarda senurozun törədicisi. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.